“BİRLİK YÜRÜŞÜ”NƏ HAZIRLIQLAR DAVAM EDİR !!!

PAYLAŞIN

İki hərəkat arasında ilkin razılıq əldə edildi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) qərargahında Azərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu, AXH İdarə Heyətinin üzvü, Alov Partiyasının sədri Rza Səfərsoy, AXH İdarə Heyətinin üzvü, Azad Azərbaycan Partiyasının (AAP) sədri Həsən Həsənov və AXH İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev Bəyaz Hərəkatının təşkilat komitəsinin sədri Hürrü Əliyevlə görüşüblər.

Görüşdə Hürrü Əliyev Bəyaz Hərəkatın yaranması və fəaliyyətilə bağlı məlumat verərək, AXH-nı Bəyaz Hərəkatın iyunun 24-də təyin etdiyi “Birlik Yürüşü”nə dəvət eib. 

AXH İdarə Heyətinin üzvləri bu dəvəti məmnuniyətlə qəbul etdiklərini bildiriblər.

Görüşdə “Birlik Yürüşü”ndə və AXH 20 iyul 2019 il tarixinə təyin olunan Qarabağ mitinqində birgə iştrakla bağlı ilkin razılıq əldə olunub.

AXH və Bəyaz Hərəkatın gələcəkdə birgə fəaliyyətlərilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Fuad Əliyev Hürrü Əliyevə “ALDP-20” yübiley hədiyyələri təqdim etdi.

ALDP Mətbuat Xidməti 

12 iyun 2019 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*