“BİZ BİZİ XATIRLAYAN SON ADAM ÖLƏNDƏ ÖLƏCƏYİK” !!!

PAYLAŞIN

“Vurğunun ölümü ilə anladım ki, bu dünyada ölümdən başqa hər şey illüziyadı!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

ÜŞÜYƏN MƏZARLARI İSİTMƏYƏ GEDƏNLƏR

Aç, aç o bədən qəfəsi,
Görəcəksən ruh nəfəsi;
Tanrıya yol birdi,özgəsi,
Puçdu, təriqət işidi…

Xəstə olduğumdan Vurğun bəyin dəfnində iştirak eləyə bilmədim!

Vurğunun ölümü ilə anladım ki, bu dünyada ölümdən başqa hər şey ilüiziyadı!
Bir daha əmin oldum ki, insanlar yer üzündə deyil,onları sevənlərin qəlbində yaşayır və bizi xatırlayan son adam öləndə biz öləcəyik!
Bu mənada o ölmədi ki!

Divanə sorsan, mənə bax,
Mən tək dəli olmayacaq;
Burax gedim, məni burax,
Mənsiz məzarım üşüdü…

Bu məzar deyilən, hər an
Sonsuzluğa sökülən dan,
Aç qəbrimi, girim, ordan
Gəlməyim də bir iş idi…

Soyuq, üşüyən məzarları isitməyə gedənlər ölməz ki!
Biz bizi xatırlayan son adam öləndə öləcəyik!
Qəbrin nurla dolsun, qardaş!

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*