“BİZ BU HAKİMİYYƏTİ YA DƏYİŞDİRƏCƏYİK, YA DA DƏYİŞDİRƏCƏYİK”!!!

PAYLAŞIN

KXCP lideri Mirmahmud Mirəlioğlunun Azərbaycan xalqına və Azərbaycan hakimiyyətinə müraciəti.(10.07.2019)

————————————————————————————————-

P.S.

KXCP-DƏ AXC-NİN 30 İLLİYİTƏDBİRLƏRİNƏ HAZIRLIQLAR DAVAM EDİR 

08 iyul 2019-cu ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai–siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 30 illiyi münasibəti ilə, KXCP rayon (şəhər) şöbələrində və Bakıda keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılmışdır. AXC-nin yaranmasının 30 illiyi münasibəti ilə, 16 iyul 2019-cu il, saat 11 : 00 – da, Fəxri Xiyabanda Əbülfəz Elçibəy məzarını ziyarət etmək haqqında qərar qəbul edilmişdir. Ziyarətdən sonra, KXCP qəragahında yubiley tədbiri davam edəcəkdir.

İdarə Heyətinin yığıncağında, Güney Azərbaycan Milli fəalı, Abbas Lisani haqqında İran məhkəməsinin çıxardığı həbs və sürgün qərarları müzakirə edilmişdir. KXCP, Abbas Lisaninin həbsini fars şovinist siyasətinin milli kimliyimizə qarşı apardığı mübarizədə son addımlardan biri kimi qətiyyətlə pisləyir, bu anti-insani addımın molla rejiminin sonunun gəlməsinin sürətlənməsi kimi qiymətləndirir. Abbas Lisani haqqında çıxarılan məhkəmə qərarı Güneydə milli hərəkatın daha da güclənməsinə səbəb olacaqdır. KXCP, Abbas Lisaniyə azadlıq tələb edir.

KXCP, AXC-nin yaranmasının 101-ci ilində, Azərbaycan Milli Məclis üzvlərinin ucdan tutma “AXC-nin 100 illiyi medalı” ilə təltif olunmasını doğri saymır. KXCP, AXC-ni, M.Ə.Rəsulzadəni bir mənalı şəkildə qəbul etməyən və onların əleyhinə fikir söyləməkdən çəkinməyən, Azərbaycan müstəqilliyinin əleyhinə səs verib, fəaliyyət göstərən insanların yubiley medalına layiq görülməsini heç bir məntiqə uyğun saymır, tarixin təhrifi, qurucu babalarımızın təhqiri, medal alanların cəzalandırılması kimi qiymətləndirir.

İdarə Heyətinin yığıncağında, Bakı və Ərazisi işğal olunmuş rayon (şəhər) şöbə rəhbərlərinin, AXC-nin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Mətbuat xidməti

08 iyul 2019-cu il

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*