“BİZ DÜŞMƏNDƏN GÜCLÜYÜK, YETƏR Kİ …”

PAYLAŞIN

“Bütün gücümüz Vətənə, Milli Ordumuza, Dövlətimizə dəstək istiqamətinə yönəlməlidir. Heç bir, pessimizmə və təxribata yer verilməməlidir.”

Fb-NİN GÜNDƏMİNDƏN 

Dünəndən ölkəmiz, insanlarımız ayaq üstündədir. Düşmən ölkəmizə növbəti dəfə hücum etdi. Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd etdi. Qəhrəman əsgərlərimiz, Milli Ordumuz tərəfindən hücumun qarşısı alındı, düşmənə layiqli cavab verildi, ermənilər yerlərinə otuzduruldu, xeyli düşmən əsgəri və zabiti öldürüldü, hərbi texnikası sıradan çıxarıldı. Təəssüflər olsun ki, biz də bu döyüşdə şəhid verməli olduq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

Son dövrlər ölkə daxilində pandemiyadan başqa da bir gərginlik hiss olunurdu, nəticədə ermənilərin növbəti təxribatı ilə üzləşməli olduq. Torpaqlarımız işğaldan tam azad olana qədər hər dəqiqə, hər an belə təxribatlar bizi gözləyir. Odur ki, tədbirli və güclü olmalı, ərazilərimizi işğaldan azad etmək üçün əməli tədbir görməliyik. Düşmən də, onu dəstəkləyənlər də bizim qərarlığımızı və gücümüzü hiss etməlidir.

Sevindirici haldır ki, insanlarımızda ruh yüksəkliyi, düşmən üzərinə yerimək istəyi, igid əsgərlərimizə sevgi və ümumxalq dəstəyi var. İndi birlik, bərabərlik zamanıdır. Millətin böyüklüyü belə yerdə bilinir. Bütün gücümüz Vətənə, Milli Ordumuza, Dövlətimizə dəstək istiqamətinə yönəlməlidir. Heç bir, pessimizmə və təxribata yer verilməməlidir. Təslimçilik ruhu yayan, əsgərimizə dil uzadan kimsə bağışlanmamalıdır. Onsuz da bu mübarizədə ermənilərin qalib gəlmə şansları yoxdur. Ermənistanda sosial-iqtisadi vəziyyət, siyasi qüvvələr arası münasibətlər, pandemiyanın səviyyəsi, Paşinyan iqtidarının öz xalqı arasında nüfuzu ürək açan deyil. Onlar gündəmi dəyişmək, xaricdən pul dilənmək üçün belə təxribatlardan dəfələrlə istifadə ediblər. Amma indi belə təxribatlar keçmir, çünki Azərbaycan Ordusu güclüdür, təxribat törədən düşməni cəzalandıra bilir.

Azərbaycan haqlı mübarizəsində tək deyil. Qardaş Türkiyədən gələn dəstək mesajları dediklərimizin sübutudur və təqdir olunmalıdır. Soydaşlarımıza tövsiyəm ondan ibarətdir ki, Türkiyə ilə bağlı həssas məsələlərdə ehtiyatlı olsunlar. Ayasofiya muzeyinin məscidə cevrilməsi ilə bağlı ölkəmizdə qaldırılan isterikanı, sosial şəbəkələrdə çoxlarının etiraz şüvənlərini, Roma Papasından çox katolik olmalarını sübut etmə cəhdlərini anlamaq çətindir. Bu Türkiyənin daxili məsələsidir və biz nə Ayasofiyaya, nə də başqa bir şeyə görə Türkiyə ilə, onun rəhbərliyi ilə düşmən ola bilmərik. Türkiyə bizim qardaş ölkəmizdir və öz ölkəmizdir, yalnız Türkiyə güclü olandan sonra türkdilli dövlətlər və bütövlükdə türk dünyası rahat nəfəs alacaqdır. Bizim həm də dövlət maraqlarımız Türkiyənin güclü olmasını tələb edir. Türkiyə güclü olacağı təqdirdə ermənilər də, onların havadarları da ərazilərimizə göz dikməyə risq etməyəcəklər. Yəni, Qarabağ probleminin həlli həm Azərbaycanın, həm də Türkiyənin güclü olmasından keçir. Odur ki, dostumuzu, düşmənimizi seçək.

Biz onsuz da düşməndən güclüyük, sadəcə qüvvələri səfərbər edək, qərarlı və tədbirli olaq. Sonda biz qalib gələcəyik!

1 Comment

  1. BU CIRTDAN İŞIĞA YOX, QARANLIĞA GEDİR …YTJJI

    PƏNAH HÜSEYNİN STATUSUNA “P.S.”

    Dünyanın yaranışından bu yana, gəlmiş-getmiş siysət adamları və dövlət görəvində olmuş şəxslərin sırasında heç vaxt görünməmiş və görünməyəcək şərəfsizlik, ləyaqətsizlik və alçaqlıqdi bu cür starus yazmaq. İlahi ədalətə gəlincə, hələ dünyanın sonu deyil, olmuşlar olanların, olanlar isə olacaqların mabədidi, Pənah bəy, o ədalət gec-tez təcəllə edəcək. Ayrıca izləyciilər üçün də bir xatırlatma, nə sirri-ilahidirsə, bu gün də özünü müxalifət adlandıranlardan bir çoxunun, o cümlədən də Panah Hüseynin mövqeyi,Rəhim Qaziyev məsələsində, hakimiyyətdəkilərin mövqeləri üs-üstə düşür. Baş verənlərin içərisində əsas diqqət yetirilməli məqam da elə budu. !!!!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published.


*