BİZ NƏ ETMƏLİYİK???!!!

PAYLAŞIN

Ermənilərin 21 may “inaqurasiyasına” ən yaxşı cavab 21 mayda heç kəslə hesablaşmadan onların başına bomba yağdırmaqdır.”!!!

“Paşinyana ən yaxşı cavab isə hərbi əməliyyatlara başlayıb ölkəni işğaldan və işğalçılardan azad etməkdir. Ayrı yol yoxdur…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Qondarma Dağlıq Qarabağ rejimi 21 mayda Şuşada “prezident” inaqurasiyası keçirməyi planlayır. O biri tərəfdə də Ermənistanın baş naziri Paşinyan milli dövlətimizin banisi Məmmədəmin Rəsulzadəyə dil uzadır, onu alman faşistləri ilə işbirliyində şərləməyə çalışır.

Bəs biz nə edirik? Əvvəlki səhvlərimizi təkrarlayırıq. Paşinyan böhtana başlayan kimi, biz də olmayan şeylərin sübutuna çalışırıq və bu məsələni gündəmdə saxlamaqla həm də erməni təbliğatına kömək etmiş oluruq. Qorbaçovun sovetlərə rəhbərlik etdiyi dövrlərdə də bizim səhvimiz bu idi. Hüquqdan, konkret sərhədlərin çərçivəsinin hüdudlarından deyil, tarixdən danışırdıq SSRİ Ali Sovetinin iclaslarında. Müstəqillik dövründə də eyni səhvləri hələ də təkrarlayırıq, amma beynəlxalq hüququ, BMT-nin hansı sərhədlər çərçivəsində ölkələri tanıdığını əsas götürmürük.

Mətbuatımızda yalançı vətənşüvənlik və ölkə rəhbərliyinə mədhiyyələrlə donuzu darıdan çıxartmaq olmaz. Ermənilər bu əməlləri ilə sadə vətəndaşımızdan prezidentədək hər kəsi təhqir edir, millətimizin qüruru ilə oynayırlar. Belə yaşamaq olmaz!

Ermənilərin 21 may “inaqurasiyasına” ən yaxşı cavab 21 mayda heç kəslə hesablaşmadan onların başına bomba yağdırmaqdır.

Paşinyana ən yaxşı cavab isə hərbi əməliyyatlara başlayıb ölkəni işğaldan və işğalçılardan azad etməkdir. Ayrı yol yoxdur…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*