“BİZ NİYƏ ÖZ DİLİMİZİ BİLMİRİK… BİZ NİYƏ ÖZ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?”!!!

PAYLAŞIN

KONSTİTUSİYAMIZ DEYİR:

“… AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİDİR. DÖVLƏT DİLİNİ BİLMƏK HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ BORCUDUR”

Fb-NİN GÜNDƏMİNDƏN

Novruz bayramını Azərbaycanın gözəl bölgələrindən biri, Şimal bölgəsində, qeyd etdim. Həqiqətən də Azərbaycan təbiətin gözəlliyinə görə, mənim fikrimcə, dünyada birinci yerdədir. Təbiətin gözəlliyi haqqında çox yazmaq olar, amma bu yazı başqa bir mövzu ilə bağlıdır. Bir günlük Şahdağ İstirahət Mərkəzinə yollandım. Yeməkxanada qiymətlərlə tanış olanda, bir daha özümü həqiqətən də, “analoqu” olmayan bir dövlətdə hiss etdim. Balaca “pitsa” – 7 manat (dollarla desək 4,12$ edir. Vaşınqtonda 45 sm. “pitsa” 9$-a satılır. Bir “pitsa” 6 hissədən olanda, onda “Şahdağ”da bütöv “pitsanın” qiyməti 24,72$ edir), birdəfəlik stəkanda çay – 3 manat, lavaşdan düzəldən balaca qutab – 2 manat və s. Müqayisə üçün  – Bakıda “pitsa” 45 sm. – 8 manat, bir çaynik çay – 2 manat, normal ölçüdə qutab – 0,50 qəpik. Nəzərə alsaq ki, Bakıya ət, göyərti rayonlardan gətirilir, işçi qüvvə, yerin icarəsı rayonlardan daha çoxdur, bu məntiqlə “Şahdağ”da qiymətlər qat-qat ucuz olmalıdır.

Deyə bilərlər ki, bura turizm mərkəzidir, ona görə qiymətlər belədir. Amma mən hesab edirəm ki, bu cür Turizm Mərkəzlərində qiymətlər birinci növbədə Azərbaycan vətəndaşları üçün əl çatan olmalıdır. 2-3 nəfərlik kiçik ailənin orada bir günlük istirahəti bir aylıq maaşa bərabərdir. Ona görə də bizim vətəndaşlar əsasən Gürcüstan, Ukrayna, Rusiya və Türkiyəyə dincəlmək üçün səfər edirlər. Bu ölkələrin turizm mərkəzlərində olan qiymətlər öz vətəndaşları üçün də əl çatandır.

İkinci bir məsələyə toxunmaq istəyirəm. Mən insanların və xüsusən uşaqların bir neçə xarici dil bilmələrinin tərəfdarıyam. Bu, savadın, dünya görüşünün artması deməkdir. Amma Azərbaycan dilini mütləq bilmək lazımdır. Bu bizim Azərbaycan Respublikasının Qanununda təsbit olunub. Şahdağ TM-də işçilərin Azərbaycan vətəndaşları olduğuna baxmayaraq, əksəriyyəti Azərbaycan dilini bilmirlər. Onlara müraciət edəndə başqa dildə cavab verirdilər. Mənim təhsil nazirinə sualım var. Şimal bölgələrində təhsil alan şagirdlər Ali məktəblərə Azərbaycan dilində imtahanları verərkən göstəriciləri necə olub? “Şahdağ Turizm Mərkəzi” — Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Niyə nazirliyin əməkdaşları Azərbaycan dövlət dilinə hörmətsizlik göstərirlər, buna nəzarət etmirlər?

Bir daha sizi Azərbaycan dövlət dilinə hörmət etməyə çağırıram və bir daha Azərbaycan dili haqqında qanunu nəzərinizə çatdırıram:

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

Yeri gəlmişkən, bu günlərdə Gürcüstan prezidentinin azərbaycanlılarla görüşündə dediyi sözləri bəyənirəm. O deyib ki, mən sizlərə çox şey demək istəyirəm, amma bunu rus dilində demək istəmirəm. Çünki dövlət dili gürcü dilidir.

Biz niyə öz dilimizi bilmirik, ona hörmət etmirik?

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*