“BİZ XALQI VƏTƏN MÜHARİBƏSİNƏ ÇAĞIRMALIYIQ”!!!

PAYLAŞIN

“HANI BU ÖLKƏNİN ALİ BAŞ KOMANDANI?”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Hanı bu ölkənin ali baş komandanı? Hanı heç nəyə yaramaz nazirlər? Bu ordunu özünüzü qorumağamı saxlamısınız? Kimdən məsləhət alacaqsınız? Kiminlə müzakirə edəcəksiniz? Ya müharibəyə başlamalısınız, ya da, mənim kimiləri həbs etməlisiniz! Bunlardan birini etməsəniz, kişi deyilsiniz! Biz xalqı Vətən müharibəsinə çağırmalıyıq!

————————————————————————————

“AZƏRBAYCAN HAKİMİYYƏTİNİN RAZILIĞI OLMASA, ERMƏNİSTAN QARABAQDA HEÇ BİR ADDIM ATA BİLMƏZ” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Aydın ŞÜKÜR

06 avqust 2019

QARABAĞ və paşinyanlar!

AZƏRBAYCAN HAKİMİYYƏTİNİN razılığı olmasa, Ermənistan dövləti Qarabağda heç nə edə, heç bir addım ata bilməz!!?

1993-cü ildən Azərbaycan ərazisində-Qarabağda Ermənistan dövlətinin idarəçiliyinə şərait yaradan Azərbaycan hakimiyyətinin kimliyi bəllidir.
Lakin,adını hakimiyyətə milli müxalifət qoyub Azərbaycan dövlətinin Ali qanunvericilik qurumunda- Milli Məclisdə oturub özlərini “millətin vəkili” sayanların kimliyi bəlli deyil.

Əgər bunlar (siyahı bəllidir,YAP-dan başqa digərləri), özlərini milli-mənəvi dəyərlərə söykənən əxlaq və təfəkkür adamları-partiyaları hesab edirlərsə, niyə Qarabağda baş verən dövləti cinayətlərə qarşı susurlar?!

Niyə ayrı-ayrılıqda boş və mənasız çıxışlar edib öz “borclarını” ödəmiş kimi özlərini xalqın gözünə soxurlar, ama Milli Məclisdə birləşib qanunauyğun formada QARABAĞ FRAKSİYASI yaratmırlar ?!

Niyə, özünün müxalifət adı altında həyat rahatlığını qurmuş bu deputatlar Azərbaycan dövlətinin Qarabağda baş verənləri durdurması üçün Milli Məclisin FÖVQƏLADƏ SESSİYAsını çağırmaq təşəbbüsü göstərmirlər ?! 
Niyə Azərbaycan xalqının Qarabağ məsələsində milli iradəsinin nümayiş etdirməsi üçün heç bir əməli səy göstərmirlər?!

Niyələr çoxdur…

Görsənən budur ki, anti-qarabağ, anti-azərbaycan hakimiyyətlə işbirliyində olan bunların, təşəbbüs göstərmək, tələb etmək, əməli fəaliyyət göstərmək kimi izinləri yoxdur, bunlar, sözün əsl mənasında millət üçün,milli dövlət üçün heç nəyə yaramayan əl oyuncaqlarıdır. 
Bunların işi, milli-mənəvi dəyərlərdən uzaq boş-boş danışıb xalqı aldatmaqla, mənasız-mənasız tədbir və çıxışlarla xalqı lazım olan hədəfdən yayındırmaqla, özlərinin boş və mənasız maddi dünyalarına təminat almaqdan ibarətdir. 
Qarabağ məsələsi, Azərbaycan dövlətinin həm ümumilli, həm də daxili işidir. 
Lakin, Dövlət olan yerdə, Qarabağ məsələsini gündəmdə saxlamaq üçün ictimai qurumların yaradılması və varlığı təsdiq edir ki, dövlətin mövcud hakimiyyəti bu məsələ ilə ciddi məşğul olmaq niyyətində deyil. Azərbaycan cəmiyyətinin daha çox bu kimi ictimai birliklərə ümid etməsi də təsdiq edir ki, xalqın Azərbaycan dövlətinin mövcud hakimiyyətinə inamı, ümidi yoxdur və dövlətə sədaqət təfəkkürü hələ formalaşmayıb.
Aralıqda əməli siyasi işlə deyil, “sözçülük”, şüarçılıq fəaliyyətinə, söyüş və təhqir “maarifçiliyinə” cəlb olunmuş siyasi institutların primitivliyi də,bu anormallığın yaranmasının komponentlərindəndir.

Milli iradəsi müəyyən olmayan xalq, heç bir ümumxalq işində qalib ola bilməz…!

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*