BİZİ BAĞIŞLA(ma)YIN, ƏZİZ ANALAR, BACILAR, XANIMLAR !!!

PAYLAŞIN

MƏXSUSİ OLARAQ SİYASİ MƏHBUS ANALARINA !!!

Bayram ertəsində Gözəl xanım Bayramlı başda olmaqla, siyasi məhbusların, vicdan əsirlərinin analarına, bacılarına, xanımlarına səbr, inam, iman və güc diləyirəm. Arzularınız çin, yuxularınız gerçək, ümidləriniz göyərən olsun, 

ƏZİZ ANALAR, BACILAR VƏ XANIMLAR.

Dünən bilərəkdən Sizləri məxsusi olaraq təbrik eləmədim, zira, mən yaxşı bilirəm ki, bu illərdə Sizlər üçün bayramlarda təbrik qəbul etməkdən ağır işgəncə yoxdu. Gedəniniz gəlsin İnşaallah…

İllər öncəsiydi, mən Rusiyada yaşayırdım onda, arabir gəlib-gedirdim buralara. Bir dəfə Bakıda rəhmətlik anamla yas yerinə getdim. Mağarın qabağına çıxanda anam dedi ki, Sərdar, hər dəfə toyda-yasda sənin tay-tuşlarını görəndə ölüb-dirilirəm. Açığı o zaman üstünü vurmadım, ama anladim ki, analar el içində, toyda-yasda öz oğullarını görməklə xoşbəxt olullarmış. O səbəbdən, inanın ki, ilk dəfə şeytanın əməlinə tuş gəlib, şərin zindanına gedəndə, anamın həyatda olmamasına sevindim, ki, xəbəri qaldıra bilməyəcəkdi və mən də bir ömür ana qatili duyğusu ilə yaşamaq zorunda qalacaqdım. 

Siyasi məhbus analarının da bu gün ən böyük arzusu öz oğullarını el-oba arasında, ağır-yüngül məclislərdə görməkdi və onlar üçün ən böyük bayram da elə o günlərdi. Allah qovuşdursun, gəlməyəcəyini bilə-bilə oğul yolu gözləyən analar, nisgilini içində boğaraq, nəmli gözlərini hər kəsdən gizlədən mehriban bacılar, gündüzlər gözləri yol çəkən, gecələr yuxusu ərşə çəkilən xanımlar. Oğullarınızı, qardaşlarınızı, ərlərinizi şərin zindanından, şeytanın əməlindən qurtara bilmədiyimiz üçün bizi bağışla(ma)yın !!!!!!!!

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*