“BİZİ NƏ İLƏ VƏ KİMLƏRLƏ BARIŞDIRMAQ İSTƏYİRLƏR?”!!!

PAYLAŞIN

“HANSI SÜLHÜN YARADILMASINDAN DANIŞILIR?”!!! 

Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Elmar Məmmədyarovun “Biz əhalini sülhə hazırlamalıyıq” və deputat Eldar Quliyevin də barışığa və sülhə çağırışları müzakirə olundu və bəyanat qəbul olundu.

Bəyanatda deyilir:

“Dağlıg Qarabağ münaqişəsi həll olunmadan, Ermənistandan yüz minlərlə qovulan azərbaycanlıların hüquqları bərpa olunmadan, Ermənistan hökuməti tərəfindən azərbaycanlıların öz torpaqlarına qayıtmağına şərait yaradılmadan heç bir halda sülhdən danışmaq olmaz. Minlərlə azərbaycanlı Ermənistanda hələ də girovluqda saxlanılır. Hesab edirik ki, azərbaycanlılar yaxın tariximizdə ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirən soyqırımları yaddan çıxarmamalıdır. Torpaqlarımız işğal altında olduğu halda bizi nə ilə və kiminlə barışdırmaq istəyirlər. Hansı sülhün yaradılmasından danışılır? Bugünkü şəraitdə sülh yaratmaq adı ilə düşmənlə əməkdaşlıq edilməsi yalnız işğalçı və onların havadarlarının istəkləri ola bilər. Sülhə çağırışlardan işğal faktının unutdurulması məqsədi güdülür. Ermənistan mono respublikadır və orda nəinki, azərbaycanlılar, hec digər millətlər də qalmayıb. Torpaqlarımız azad edilməli, əsir və girovlar geri qaytarılmalı, Azərbaycanının ərazi bütövlüyü təmin edilməli və bütün bunlardan sonra sülhdən danışmaq olar.

Biz bir daha bəyan edirik ki, bugünki iqtidar Dağlıq Qarabağ məsələsində yanlış siyasət aparır. Biz, AXH İdarə Heyəti olaraq, sülh danışıqların dayandırılmasını və işğalda olan torpaqlarımızı azad olunmasını tələb edirik.”

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*