“BİZİM XALQ NİYƏ PİS YAŞAMALIDIR?”!!!

PAYLAŞIN

Mübariz MƏNSİMOV:

“Bu millətin cibindən, dövlətdən oğurladıqlarınız fitil-fitil gələcək burunuzdan.”!!!

“Son zamanlar gördüklərim və eşitdiklərim məni çox düşündürür. Və hər dəfəsində niyə, nədən sualı qarşıma çıxır. Baxıram iş toplantılarına müxtəlif ölkələrdən gələnlər var. Mən özüm də tez-tez xarici səfərlərdə oluram və görürəm ki, insanlar, iş adamları necə bir-birinin tərəfini tutur, dövlət necə bu iş adamlarının arxasında durur. Bizdə axı bu birlik niyə yoxdur? Nədəni nədir? Niyə bizim əzəl düşmənimiz bir olub bizə qarşı ola bilir, biz amma yox?

Niyə bizim Rusiyadakı iş adamlarımız ermənilərə çörək verə bilir? Onların damarlarında azərbaycanlı qanı axmırmı? Onlar bu vətənin oğulları deyillərmi? Heçmi öz vətənləri üçün nəsə etmək istəmirlər? Heç bir bir ideologiya yoxdur ki, onun ətrafında birləşsinlər? Bizim axı bitməyən, sağalmayan yaramız var – Qarabağ!!!

Mən başa düşmürəm, niyə biz ermənilərə, onların kilsələrinə pulsuz qaz verməliyik, amma öz xalqımıza  limitlə veririk?

Bir-birimizə olan bu paxıllıq bizi məhv edəcək.
Mən düşünürəm, niyə bizim iş adamlarımız imkansız insanlara əl tutmaq istəmir? Niyə ölkəmdə dövlətin qapılardan qovulub bu qapıya gəlirlər? Axı biz ürəyi böyük xalqıq. Qonaqpərvər, insansevər. Bəs özümüzdən olanları niyə sevmirik? Niyə bir-birimizə nifrət edirik? Bir-birimizə ancaq problem yaratmağa çalışırıq? Doğrudanmı biz bir-birimizə problem yaradırıq, yoxsa bizim kimi görünənlər kürəyimizdənmi vurur? Namərdlər !!!

Bizim xalq niyə pis yaşamalıdır? Bu qədər zəngin varkən dərdimiz nədir?
Zəngin demişkən, neftimizdən pul qazanıb bundan doymayan SOCAR rəhbərliyi nə zamana qədər qohumlarınızı yedirəcəksiniz? Bir az o çərçivədən çıxın da. Ətrafa baxın, yanınızda yox tabeliyinizdə olan insanlara, o neft daşlarında, dənizin ortasında işləyənlərə baxın. Ailələrinə baxın. Neftimizdən varlanıb özünü iş adamı sayanlar, baxın görün sizi sayan var? Necə gəlmisiniz elə də gedəcəksiz. Heç iziniz də, tozunuz da qalmayacaq bu tarixdə. Bu millətin cibindən, dövlətdən oğurladıqlarınız fitil-fitil gələcək burunuzdan. İnanın ki, ədalət kor və topal olsa da, mənzilinə hər zaman çatır.”

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


Show Buttons
Hide Buttons
Follow by Email
Facebook