“BORÇALI” DAVAM DEDİ !!!

PAYLAŞIN

“Biz Borçalının yerləşdiyi coğrafiyanı və strateji mahiyyətini dərk edərək şüurlu şəkildə ağır yolu seçdik.”

Fb-NİN GÜNDƏMİNDƏN

Bayraq günü şərəfinə növbəti konfransımız işini uğurla sona çatdırdı.

“Borçalı Cəmiyyəti” İctimai Birliyi Bayraq günü şərəfinə növbəti konfransını keçirdi.
Konfrans Azərbaycan, Türkiyə və türk dünyasında haqq yolunda şəhidlərin, o cümlədən Axıska və Qərbi Azərbaycan sürgünü qurbanlarının xatirəsinə sayğı duruşu, daha sonra isə Azərbaycan himninin ifası və Bayraq günü münasibətilə alqışla öz işinə başladı. Sədarət, katiblik, say komissiyası seçildikdən sonra konfransın gündəliyi təsdiq olundu. Sədr Zəlimxan Məmmədli tezis formasında son 10 il, eyni zamanda son bir ildə görülmüş işlər haqqında geniş məruzə etdi.

O, son 10 ilə nəzər salaraq tezis formasında bunları qeyd etdi: 

“Biz Borçalının yerləşdiyi coğrafiyanı və strateji mahiyyətini dərk edərək şüurlu şəkildə ağır yolu seçdik. Xaotik və konyuktur yanaşmalardan Borçalı mövzusunu sistemli təsnifatla zənginləşdirərək hər şeyin öz adı ilə çağrılmasına nail olduq. Süni qışqırıq və həyacandan problemi müzakirə müstəvisinə daşıdıq. Azərbaycan və Gürcüstanın rəsmi mövqeyini, eyni zamanda Türkiyənin müəyyən maraqlı dairələrinin diqqətini bu mövzuya yönəltdik. Həmçinin, Borçalının həm Azərbaycanda, həm də Türkiyədə və Türk dünyasında dolğun tanıdılması istiqamətində faydalı addımlar ata bildik. Biz məsələlərin emosional müstəvidən elmi müstəviyə daşınması istiqamətində əhəmiyyətli yol keçdik. Bir sıra sahələr üzrə, konkret olaraq təhsil, inteqrasiya, torpaq islahatları, toponimlər, aqrar, gömrük, sərhəd keçidi, dini maarifləndirmə, mədəniyyətin qorunması və inkişafı, gürcü dilinin tədrisi haqda təkliflər paketi, “soydaşlar haqqında” qanun, Gürcüstanda ali təhsil və elm ocağının qurulması, “Azərbaycanda təhsil alan tələbələrlə iş” və “geri dönən kadrların sosial müdafiə proqpamı” layihələrinin müəllifi kimi əsas yol xəritəsinin əsasını qoya bildik. Bizim icadımız olan Elat bayramı qədər Cənubi Qafqazda fərqli mədəniyyətlərin bir araya yığan ikinci bir layiyə olmamışdır. Hər soydaşımızın, eyni zamanda, əksər Azərbaycan və Türk coğrafiyalarında milyonların ruhuna hopmuş Elat ruhunun dirçəlişi münasibəti ilə hamınızı, bu işlərə könül verən hər kəsi ürəkdən təbrik edirəm. Biz eyni zamanda məhz 26 iyulda Azərbaycanda ilk Elat bayramı – Milli Yaylaq Festivalının keçirilməsini alqışlayır, və bu ideyanın ölkəmizə ayaq açnmasında Borçalı türklərinin Elat Mədəniyyəti tədbirinin ideya qaynağı olduğunun məmnunluğunu yaşamaqdayıq. Biz hər hansı bir qurumun bu layihələrin həyata vəsiqə qazanması yolunda təşəbbüslərini dəstəkləməklə, onları təşkilat olaraq bizim müəlliflik hüququmuza da ehtiramlı olmağa dəvət edirik.”

Daha sonra sədr cari tədbirlər və perspektivlər haqqında fikirlərini bölüşdü. Ardınca NTK-nın hesabatı dinlənildi. Hesabat məruzələri ərtafında Hacan Hacısoy, Mədət Coşqun, İsa Mehtiyev, Mahmud Hümbətov, Gülzar İbrahimova və s. çıxış edərək hesabat dövründə sədrin və İdarə Heyətinin, NTK-nın fəaliyyətini müsbət qiymətləndirdilər. Daha sonra İdarə Heyətinin yeni tərkibi fəxri üzvlərlə birlikdə yekdilliklə təsdiqləndi. NTK-nın əvvəlki tərkibinə təkrar etimad göstərildi. İdarə Heyətinin yeni tərkibinə Zəlimxan Məmmədli, Sabir Aşurov, Akif Acalov, Mahmud Hümbətov, Hüseyn Yadigarov, Salman Murğuzlu, Qiymət Məhərrəmli, Elbəyi Cəlaloğlu, Azad Əbdürrəhmanlı, Akif Nəsibov, Gülü Tomarlı, Osman Əhmədoğlu, Nargilə Mehtiyeva, İsmixan Məmmədli, Mustafa Vəliyev, İlham Mirzəliyev, Valeh Məmmədli yekdil səslə daxil edildilər.

Sonda “Borçalı Cəmiyyəti”nin gələcək fəaliyyəti proqramı təkliflərlə birlikdə qəbul edildi, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarına mövcud problemlərlə bağlı müraciət olunması qərara alındı.

Sonda balaca Adil Ərtoğruldan bir sətir dedi.

 

Mətbut xidməti
09 noyabr 2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*