BÖYÜK YALANLAR – III yazı

PAYLAŞIN

MÜƏLLİFDƏN:

Serdar2

İndi Azərbaycan nəfəsini içinə çəkmiş halda, dişlərini sıxaraq, təlaş içində, həyacanla dünyanın reallıqlarını qəbullanmaqda və gerçək vəziyyətin ağırlığını çiyinlərinə götürməkdədi. Bu ağırlıqlara o sısqa çiyinlər davam gətirə biləcəkmi, bunu zaman göstərər. Amma indi küllən Azərbaycan əhli, bəzən susqun baxışlarla, bəzən də hayqıran pıçıltılarla bir-birindən soruşur ki, nədən və niyə biz buralara gəldik, bu günlərə düşdük, başımıza gələnlərin və ya gətirilənlərin səbəbi, yaxud da səbəbləri nə?!! …

Əslində məsələ çox sadədi və bütün olub-bitənlərin tək bir səbəbi var. İllərdi, “müstəqillik illəri” saydığımız bir qərinə qədərdi ki, bu ölkə “ŞİRİN NAĞILLAR” qiyafəsində cəmiyyətə sırınan “BÖYÜK YALANLAR”la idarə olunur və biz də bu yalanlara sadəlövh uşaqlar kimi inanıb, bu “ŞİRİN NAĞILLAR”ın xoş təəssüratlarınnan yaşamışıq, yatıb durmuşuq. İndi isə bəlli olur ki, bizim “ŞİRİN NAĞILLAR” bitib, amma  “BÖYÜK YALANLAR” da  bu arada öz işini görüb…

Qısacası,  baş verənlərin mahiyyəti, mənası və səbəbləri bundan ibarətdi. 20 ilin üzərində, bir igidin ömrünü “BÖYÜK YALANLAR”dan ibarət olan “ŞİRİN NAĞILLAR”a uyaraq yaşayan toplumun aqibəti nə olmalıydı ki?!! Ama mən hələ illər öncədən hamını xəbərdar eləmişdim axı. Oysa, özü yıxılanlar ağlamasın gərək. Ya özündə taqət tapıb yıxıldığı yerdən qalxaraq bulaşdığı çikabdan təmizlənmək, ya da acı göz yaşları axıtmaqla, düşdüyü çirkabın içində çürüməyə davam etmək seçimi var qarşıda. Bundan sonrası toplumun ləyaqətinə və kəramətinə qalır…

 

                                                              Sərdar ƏLİBƏYLİ 

BÖYÜK YALANLAR – III yazı

İNDİ AZƏRBAYCANDA BU YALANLARLA YOĞRULAN BİR FƏLSƏFƏ  HAKİMDİ

 Ötən yazıda qeyd etdim ki, bu ölkədə hər gün əkilib-biçilən BÖYÜK YALANLAR təkcə Heydər Əliyevin adı ətrafında yaradılmır. Artıq bundan da betər olan yalanlar İlham Əliyevin, prezident ailəsınin və yaxınlarının ətrafından da cücərdılərək cəmıyyətə ötürülür ki, BU YALANLARIN MİQYASlLARI DAHA BÖYÜKDÜ. Ona görə böyükdü ki, ındi Heydər Əliyevin özü həyatda yoxdu və təbii ki, bu səbəbdən də öz adı ətrafında baş verənlərın qarşısını almaq iqtidarında da deyil.

Bəs, CƏNAB İLHAM ƏLİYEV MƏSƏLƏSİNƏ VƏ ONUN ƏTRAFINDA TOXUNAN AĞ, DÜMAĞ YALANLARA NƏ DEYƏK? ƏCƏBA, PREZİDENTİN ÖZÜMÜ BU YALANLARIN YAYILMASINDA MARAQLIDI, YOXSA BURADA DA İDEOLOQLAR, RUS DEMIŞ “ПЕРЕСТАРАЮТСЯ” ???…

İlham Əliyev

Bu qədər ağ yalanların yaranmasında kımin və ya kimlərın daha çox maraqlı olması o qədər də önəmli deyil. Əsas məsələ odu ki, əvvəl bu yalanları uydurur, sonra da zor-xoş onlara papış geydirərək cəmiyyətin içərisinə yeridirlər.
Bu yalanlardan ilki, bəlkə də ən böyüyü hələ cənab İlham Əliyevin Baş Nazir gətirilməsi dövrünə təsadüf edib. O zaman, sonradan çay kimi axıdılacaq yalanların ayaqlandırılaraq cəmiyyətə yeridiləcəyıni planlayan ideoloqlar, həm də belə şeylərə ıctimai rəyin necə reaksiya verəcəyinı və ictimai müqavımətin nə səviyyədə olduğunu sınaqdan keçırdilər. Heç özlərinin də gözləmədikləri halda, 

İCTIMAİ RƏYİN ARTIQ ÖLDÜ(RÜLDÜ)YÜNÜ, MÜQAVİMƏTİN İSƏ SIFIR SƏVİYYƏSİNDƏN DƏ AŞAĞIDA OLDUĞUNU

görüb, daha da qol-qanad açdılar…

Məsələ burasındadı ki, İlham Əliyevın Baş Nazir kürsüsünə gətirilməsi zamanı Heydər Əliyevin sağlıq durumu ilə bağlı müxtəlif şayiələr dolaşırdı və onun şüurlu şəkıldə oğlunun Baş Nazir təyin edilməsiynən bağlı sərəncam və ya fərman imzalamasına şübhəylə yanaşanların sayı kifayət qədəriydi. Zira, məsələnin çox ciddi olmasına rəğmən, ilk nöbbədə cəmiyyətin şüurunda oturuşmuş bu şübhələri dağıtmalı olan hakim sınfin ideoloqiarı buna hacət görmədilər və olanlar oldu. Ardınca prezident seçkisinin finişinə az qalmış Heydər Əliyevın adından daha bir sənəd cəmiyyətə təqdim edildi və İlham Əliyev prezidentlik yarışında hakim partiyanın yeganə namizədinə və seçkinin fovaritinə çevrildi. Nəticə də artıq bəllidi və cənab prezident 5 ildi ki, Azərbaycanı idarə edir, ÖZÜ DƏ ÇOX UGURLA!(?!?) Ancaq heç də ıçəridə hər şeyın təqdim edildıyı qədər sakit və rahat getmədiyinə işarə vuran məqamlar, sonradan Heydər Əliyevin dəfn prosesındə görünən səvıyyəyə çıxdı. Belə ki, dəfnin təşkilinin rəsmi yönlərində dünyada änoloqu olmayan bir para məsələlər, geniş ictimaiyyətın diqqətindən kənarda qalsa da, diqqətli müşahidəçilərin və bu tip məsələlərlə məşğul olan mütəxəssıslərin diqqətindən yayınmadı. Bır sözlə, 

DƏFN KOMİSSİYASINA O ZAMANKI SƏHİYYƏ NAZİRİ ƏLİ İNSANOVUN SALINMAMASI, İÇƏRİDƏ MÜƏYYƏN İNTRİQA VƏ NARAHATÇILIQLARLA YANAŞI, HƏM DƏ NARAZIUQLARIN OLDUĞUNA ŞÜBHƏ YERİ QOYMURDU. 

Əgər söhbət istənilən bir ölkə başçısının vəfatından gedirsə, məsələ ilk növbədə bioloji və tibbi xarakter daşıdığına görə, son sözü ölkənin baş həkimi, yəni səhiyyə naziri deməlidi. Onun dəfn komissiyasında, ən azı ikinci-üçüncü şəxs statusunda iştirakı isə, artıq rəsmi protokol gərəyi olan bir məsələdi. Bunun baş verməməsi isə, hələ o vaxtdan bəri, xeyli cavabsız suallar saxlayıb kı, onlar cavablandırılmayınca nələrin və niyə baş verdiyinə, həmçinin də baş vermişlərin nə qədər qanuni əsaslara söykəndiyinə bir kimsə təminat verə bilməz. Ən azından, ortada, Əli İnsanovun məhkəmə prosesində səsləndirdiyi çox ciddi bir açıqlama da var idi və hansısa naməlum səbəblərdən bu açıqlamaya da, aidiyyatlı qurum və orqanlar tərəfindən heç bir əsaslı rəy, yaxud da münasibət hələ də bildirilməyib. Bu da öz növbəsində belə qənaətə gətirir ki, işin içində yenə də BÖYÜK YALANLAR var. Orası heç də önəmli deyil ki, bu böyüklükdə yalanı danışan Əli İnsanovdu, yoxsa hakimiyyət dəyişikliyini həyata keçirənlər. Ancaq hər iki halda, məsələyə aydmlıq gətirməli olan aidiyyatlı qurumlar var və onların dəlil və sübutlara əsaslanan inandırıcı açıqlamaları çoxdan ortada olmalıydı. Lakin hələ də hamının susması onu göstərir ki, proseslərin gedişində həqiqətən də MÜƏMMALI və QARANLIQ MƏQAMLAR kifayət qədərdi. Bir sözlə, lap başından bəri BÖYÜK YALANLAR hesabına fəth edildiyi ehtimal olunan (buna siyasi leksikonda bəzən «HAKİMİYYƏTİN UZURPASİYASI» da deyirlər – S.Ə) indiki hakimiyyətin sonrakı fəaliyyətində də belə yalanlardan yararlanmaq istəyinin təkrarlanmayacağının təminatı yox idi, indi də yoxdu və gələcəkdə də ola bilməz. Artıq, özü də çox ciddi və genişmiqyaslı şəkildə bu tip BÖYÜK YALANLARDAN yararlanılır belə, həm də çoxdan. Cəmiyyətə qurtum-qurtum deyil, vedrələrlə içizdirilən bu yalanların sayı-hesabı itib və indi cəmiyyətin özü də, bəzən söylənilən fantastik şeylərə inanır kimi görsənir. Məsələn, gəlin bir anlığa 2003-cü ilin seçki kampaniyasına qayıdaq və o zamankı namizəd İlham Əliyevin təbliğat çıxışlarını xatırlayaq. O bildirirdi ki, prezident seçiləcəyi təqdirdə Azərbaycanda 500 000 iş yerinin açılacağına söz verir. O dövrün rəsmi statistika göstəricilərinə görə isə , ölkədə cəmi 40 – 45 000 civarında işsiz var idi. Belə bir vəziyyətdə yarım milyonluq iş yerlərinin açılması üçün öhdəçilik götürməyə nə hacət var idi və bu kimin ağlının məhsuluydu? Deməli, ya rəsmi statistikanın verdiyi məlumatlar həqiqətdən çox-çox uzaqdaymış, ya da namizədin ımicmeyker və polittexnoloqları bilərəkdən İlham Əliyevi “YÜKLƏYİRLƏRMİŞ”. İndi isə prezidentin özü də, yaxın ətrafı da bir ağızdan bildirirlər ki, ötən 5 ildə 650 000 iş yeri açılıb(??!). Ancaq rəsmi statistikada isə hələ də işsizlərin sayı dəyişməyib və yenə də Azərbaycanda işsizliyin rəqəmlərlə ifadəsi 40-45 min civarında dönməkdədi. Yəni o vaxtdan bu vaxta qədər işsizliyin səviyyəsi ilə bağlı göstəricilər yerində sayırsa, o zaman prezidentin də dəfələrlə öz dilindən səsləndirdiyi 650 000 iş yerində kimlər işləyir görəsən? Bir də, Bakıdakı qul bazarlarının bütün göstəricilər üzrə artan dinamikası real vəziyyətin necəliyini bariz şəkildə ortaya çıxarır. Ancaq, yenə də prezidentin özü tərəfindən səsləndirilən bir fikirə də necə münasibət bəsləmək gərəkdiyini oxucuların öhdəsinə buraxmaqdan başqa yol görmürəm. 

CƏNAB PREZİDENT DEYİR Kİ, BİZDƏ İŞSİZLİK PROBLEMİ YOXDU, İŞLƏMƏK İSTƏMƏYƏNLƏR PROBLEMİ VAR.

Bax belə, yenə də günahkar bizikmiş və sən demə, qul bazarlarında günlərlə iş gözləyib, papağı günə verən kişilər işləmək istəmirlərmiş. Bu yerdə nədənsə, ölkənin bütün tərəflərindən hər gün gələn onlarla intihar xəbərləri yadıma düşdü və deyəsən bu intiharların əsas səbəbini də indi anladım. Hər halda, mənə elə gəlir ki, 

BUNUN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ DƏ, ƏN ÜSTÜN SƏVİYYƏLƏRDƏ DANIŞILAN BÖYÜK YALANLARDI VƏ İNSANLAR UMUB-KÜSDÜKLƏRİ YERLƏRDƏN ÇİRKAB KİMİ ÜZƏRLƏRİNƏ AXIDILAN BU YALANLARLA YAŞAMAĞI, BÖYÜK YALANLARA QATLAŞMAĞI ÖZ QÜRURLARINA SIĞIŞDIRA BİLMƏYƏNDƏ, İNTİHARDAN SAVAYI YOL BULA BİLMƏKDƏ ZORLANIRLAR.

Amma BÖYÜK YALANLAR təkcə bu deyilənlərlə də bitmir. Azərbaycan artıq özü boyda “BÖYÜK YALANLAR” bataqlığına çevrilib və bu bataqlıqdan qurtulmaq üçün nə qədər çox çabalayırsansa, buraya bir o qədər çox saplanırsan, yalanlar hər çabada səni bir az da çox udur. Əslində, indi həyatın bütün sahələri yalanlar üzərində qurulub deyə, hansısa sahəni və ya hansısa yalanı seçərək xüsusi vurğulaya bilmək olduqca çətin bir işdi. Məsələn, bu ölkənin az qala hər iki vətəndaşından birinin hər gün ya rüşvət almaqla, ya da rüşvət verməklə işini aşırdığını hamı bilir. Ancaq eyni zamanda da hər gün rüşvət və korrupsiyaya qarşı aparılan mübarizədən, qədərindən çox danışılsa da, dövlətin dayaqlarını dağıdan bu bəlaların miqyası daha da artır ki, azalmır. Ona görə kı, bu sahədə də BÖYÜK YALANLARın saysız-hesabsız nümunələri var və bir halda ki, rüşvət və korrupsiyada suçlu bilinən hər kəsdən yeni rüşvət istəyir, yeni korrupsiya əməli tələb edirlərsə, başqa cür də ola bilməz. Ümumiyyətlə isə, birmənalı olaraq söyləmək mümkündü ki, 

İNDİ ÖLKƏNİ YÖNƏTƏN SİSTEMİN QANI RÜŞVƏT, CANI İSƏ KORRUPSİYADI VƏ HƏR İKİSİ KƏSİLDİYİ AN BU SİSTEM ÇÖKƏSİDİ. 

Bu məsələ sistemin yönəticilərinə də gün kimi aydındı və məhz bu səbəbdən də ilk növbədə onların özləri, nə rüşvətin, nə də korrupsiyanın durdurulmasında maraqlı deyillər. Əks təqdirdə, ilk növbədə dövlət ərkanı və ölkənin biznes elitası istisnasız olaraq dama doldurulmalıdı. Əli İnsanovla Fərhad Əliyevin məhkəmələri də bunu bir daha sübut etdi. Bir sözlə, bu sistem elə bir«monstr»dı ki, bunun ən aşağı qatlarından ən son mərtəbəsinədək hərə öz miqyasında rüşvətlə, hərə öz səlahiyyətləri ölçüsündə korrupsiya ilə məşğul olur. Əslində, indi vəziyyət belədi ki, 

AZƏRBAYCANDA NƏ RÜŞVƏTSİZ DOĞULUB DÜNYAYA GƏLMƏK, NƏ DƏ ÖLÜB DÜNYADAN KÖÇMƏK MÜMKÜNDÜ.

Bütün ölkə özlüyündə böyük bir cinayətkar şəbəkəyə çevrilib. Çünki məsum körpələrindən tutmuş, ixtiyar qocalarınadək hamının cinayət şəbəkəsinə cəlb edildiyi bir cəmiyyətin idarə olunması olduqca asan məsələdi. Ona görə ki, belə cəmiyyətlərin insanları ucdantutma mövcud sistemin gözükölgəli köləsinə çevrilir və istənilən an, istənilən şəxsi “publiçni” cəzaiandırıb, digərlərinə görk etmək mümkündü. Burada da, şübhəsiz ki, nazirin nazir, məmurun məmur, fəhlənin fəhlə «razmer»i var. İş burasındadı ki, bu məsələlərin İlham Əliyev dönəmindəki fəsadları daha ağır basır və bu zaman sistemin bolşeviksayağı idarəçiliyi daha aydın görsənir. 

BÜTÜN BU OLUB-BİTƏNLƏRİN İÇƏRİSİNDƏ İSƏ BÖYÜK NAİLİYYƏTLƏRDƏN, GÖRÜNMƏMİŞ TƏRƏQQİ VƏ İNKİŞAFDAN DANIŞMAQ, CƏMİYYƏTƏ BÖYÜK YALANLAR YEDİZDİRMƏKDƏN SAVAYI HEÇ BİR ANLAMA GƏLMİR. 

Ən təəccüblüsü və təəssüf doğuranı isə odu ki, bütün bu YALAN SELİni yaradanların başında duran və bu seldə üzən gəmiyə kapitanlıq edən şəxs prezidentin özüdü. Hər halda aysberqin görünən tərəfi belədi. Başqa türlü görüntü yaratmaq istəyənlər və başqa türlü vəziyyət təsvir etmək iddiasında olanlar da yox deyil. Zira, zaman-zaman tiraniya və avtoritorizmi pərdələmək üçün belə bir deyim işlənib ki, məsələn, “padşah yaxşı adamdı, ölkədə baş verənlər isə vəzir-vəkilin bəd əməllərindən doğan nəticələrdi”. Bütün zamanların ən zalım və ən qəddar tiranlarından biri olmuş Stalin haqqında da belə deyirdilər və qara maşınlarda gəzən qara geyimli sərnişinlər, qara gecələrin qaranlığında insanları “qaradan da qara qaranlıq dünyaya” yolçu edir, səhərin ala-toranından isə adamlar «ellər atası»na yalvarış dolu məktublarla müraciət edib imdad diləyirdilər. Ancaq heç kimin ağlına gəlmirdi ki, əslində, qara gecələrin qaranlığında, qara maşınlarda gəzən bu qara geyimli «yarasalar», əslində “ellər atası” deyib üz tutduqları “BÖYÜK KİŞİ”nin dünyanın beşdə biri boyda oian ölkənı dolaşan kölgələriydi. İndi Azərbaycanda da təxminən belə bir ab-hava yaradılıb. Halal haqları, günahsız övladları, sənədli-sübutlu evləri, «simasız quldurlar»a ətək-ətək rüşvət verib aldıqları obyektləri, daha nələri, nələri tapdalanan, tutulan və ya öldürülən, əlindən alınan, dağıdılan insanlar da, gecə-gündüz cənab prezidentə və birinci lediyə məktublar yazmaqla imdad diləməkdədilər. Hətta bəzən həyatlarını riskə qoyub (çünki bəzi hallarda küçədə prezıdentlə görüşmək həyat bahasına da başa gələ bilər – S.Ə) prezident və birinci ledi ilə görüşmək imkanı bularaq dərdlərini deyə bilənlərin belə, dərdinə dərman tapılmadığına dair yüzlərlə faktlar və canlı şahidlər var. Elə isə, nə baş verir və bu ölkənin vətəndaşlarını dizin-dizin sürünmək halına, halal haqlarını yalvarışla, min kərə “canım sizə qurban olsun” deməklə ala bilmək vəziyyətinə gətirən kimdi, padşahın özü, yoxsa vəzir-vəkillər? Bax budur, bu günkü Azərbaycanın və azərbaycanlıların yaşam fəlsəfəsi – 

BÖYÜK YALANLARLA YOĞRULAN BİR FƏLSƏFƏ İNDİ AZƏRBAYCANDA HAKİMDİ.

Bu mənada, kim nə deyir desin, hələ ki, bunun əksini sübut edən dəlil və sübutlar ortada yoxdu, yaranmış vəziyyətin də, hakim fəlsəfənin də sorumluluğu birbaşa Əliyev İlham Heydər oğlunun üzərindədi!

Gələn yazımızda isə bitib-tükənməyən “BÖYÜK YALANLAR” sisiləsinin davamı olacaq. Təbii ki, əgər SAĞLIQ və AZADLIQ OLSA.

                                 «Nota bene» qəzeti
                                                                        24-30 iyun 2008-ci il

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*