“BOZ KARDİNAL”LIĞA GƏTİR(il)ƏN YOLUN TƏZADLARLA DOLU SİRRİ !!!

PAYLAŞIN

“R.MEHDİYEVİN SİFƏTİNDƏKİ KİNİ, QƏZƏBİ AÇIQCA SEZMƏK OLSA DA…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Ramiz TAGİYEV

03 avqust 2020

HEYDƏR ƏLİYEV “ONU QOV”- DEDİ”!!!

“Geriyə bax qoca”!!!

Ramiz Mehdiyev xeyli mənə tərif yagdırdı. Culfada gedən Milli Azadlıq Hərəkatına rəgbət bəslədiyini xűsusi pafosla qeyd etdi. Ardınca őz məqsədini açıqlayıb, təklif etdi ki, mən, Şahmərdanla gőrűşűb, seçkidən geri çəkilməyini xahiş edim. Dostumu inandırım ki, R.Mehdiyev deputat seçilsə bőyůk işlər gőrəcək…

Qonaqlar bir neçə gűndən sonra yenidən gələcəklərini sőyləyib ayrıldılar.

Ertəsi gűn Heydər Əliyev məni Naxçıvana dəvət etdi.O da deputatlıga namizəd oldugundan seçkilər barədə sőhbət açdıq. Sőhbət əsnasında R.Mehdiyevin Culfa səfərinə toxunub H.Əliyevi məlumatlandırdım. Gőzlədiyimin əksinə, O, əsəbləşib,  “sən, onu qəbul etdin?” – dedi. “Nə etməliydim, qonaq gəlmişdi” – sőylədiyimdə , H.Əliyev qəzəblənərək, R.Mehdiyev barəsində təhqiredici ifadələr işlədib, onu uzun illər himayə etdiyini, sonunda isə ondan xəyanət gőrdűyűnű sőylədi. Ayrılarkən H.Əliyev məndən R.Mehdiyevi nővbəti gəlişində qovmagımı istədi…

Gələcəyin “boz kardinal”ı işini etibarlı tutmuşdu. Bu dəfə elə bir insanla gőrűşə gəlmişdi ki, mən, onları hőrmətlə qarşılamaya bilməzdim. Şəxsiyyətinə bőyűk hőrmət bəslədiyim, iqtisad elmləri doktoru Əli Əlirzayevin gəlişinə sevindim hətta. Sőhbətimiz uzun çəkdi. Məqsədinə nail olmayan R.Mehdiyevin sifətindəki kini, qəzəbi açıqca sezmək műmkűn olsa da, Əli műəllimi nəzərə alıb, qonaqları hőrmətlə yola saldım. Bu kinli baxış sonradan bizi addım-addım izlədi. Şahmərdan qardaşımı bir neçə il, məni isə dűnənə qədər…


R.Mehdiyevin “boz kardinal”lıga, mənə, onu qovmagı təklif edən H.Əliyev tərəfindən yűksəldilməsindəki təzad bu gűnə qədər məni dűşűndűrsə də cavabın tapa bilmirəm…

Analoji hal digər bir təyinatla baş verdiyindən həmin məqama da toxunmaq istəyirəm. 1991-ci ilin Yanvar ayı idi. Naxçıvan Ali Məclisində 20 Yanvara siyasi qiymət vermək űçűn yıgışmışdıq. Gűnahkarların siyahısı tərtib olunmaqdaydı. H.Əliyev hələ Ali Məclisin sədri seçilməsə də, deputat kimi sesisiyada iştirak edirdi. Gőzlənilmədən, O, Artur Rəsizadənin adının gűnahkarlar siyahısına salınmasını tələb etdi. H.Əliyev tələbini A.Rəsizadənin sovet ordusunu Bakıya çagırılması űçűn Moskvaya vurulmuş teleqramın hazırlanmasında iştirakıyla əsaslandırmışdı…

Nə bilək, bəlkə, əsil siyasət elə bu imiş. Budursa, bizim siyasətdən zərrə qədər anlayışımız olmayıb…
“Vurulmuş”ların siyahısında daha bir maraqlı isim var – Eldar Həsənov. Onunla da bircə dəfə gőrűşűműz olub. Səhv etmirəmsə 1992-ci ildə, Gəncədə. Dűşűnűrəm ki, həmin gőrűş də oxucular űçűn maraqsız olmayacaq…

Ardı var

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*