“… BU İLAHİ BİR QƏRARDI, ARXANDADI AZƏRBAYCAN!”!!!

PAYLAŞIN

Yetim haqqı yeyənləri,
Yeyib özün öyənləri…
Qul şalvarı geyənləri
İfşa edən, ey qəhrəman,
Allahının sevgisiylə
Arxandadı Azərbaycan!

Fb-NİN GÜNDƏMİNDƏN

Namuslu, qeyrətli, səxavətli, iş adamı Mübariz Mənsimovu mən yaxından tanımıram və heç bir əlaqəm yoxdu. Ancaq onun Azərbaycana və Türkiyəyə bağlılığı, türkçülüyə sədaqəti, insanlara təmənnasız yardımı, tələbələrə göstərdiyi qayğı Mübariz bəyi mənim gözümdə ucaltmış və sevdirmişdir. Bir neçə gündür ki, Mübariz Mənsimov qardaş Türkiyədə həbs edilmişdir.

Türkiyə hüquqi dövlətdir. Azərbaycan xalqı Türkiyə cümhuriyyətinin ədalətinə inanır və ümid bəsləyir. Azərbaycan xalqı uşaqdan böyüyə Mübariz Mənsimovun tezliklə azadlığa çıxmasını gözləyir. Mən də bir şair kimi onu dəstəkləyir, Türkiyə dövlətinin başçılarından Azərbaycanın bu xeyriyyəçi oğlunun azadlığa çıxmasını xahiş edirəm.

Türkiyədəki şair-yazar dostlarımı da Mübariz Mənsimova dəstək olmağa çağırıram.

ARXANDADI AZƏRBAYCAN

Vətən oğlu, o qüdrəti,
O cəlalı, o neməti.
Tükənməyən bol sərvəti
Sənə veribdi yaradan!
Bu ilahi bir qərardı,
Arxandadı Azərbaycan!

Heç kəs səni yenə bilməz,
Şan- şöhrətin enə bilməz…
Sənin nurun sönə bilməz,
Hikmətinə dünya heyran…
Ey mərd oğul, igid oğul,
Arxandadı Azərbaycan!

Sən səxavət elçisisən.
Haqq-ədalət ölçüsüsən…
Ləyaqətin incisisən,
Neylər sənə qopan tufan?
Allahın başın üstündə!
Arxandadı Azərbaycan!

Haram tikə yemədin sən,
Nahaqqa haqq demədin sən.
Namərdə baş əymədin sən,
Haqq yolunda möhkəm dayan…
İlahinin hökmü ilə
Arxandadı Azərbaycan!

Yetim haqqı yeyənləri,
Yeyib özün öyənləri…
Qul şalvarı geyənləri
İfşa edən, ey qəhrəman,
Allahının sevgisiylə
Arxandadı Azərbaycan!

Bərəkətli qismətini,
Aşıb- daşan sərvətini,
Xalqa olan hörmətini,
Bilir aləm, bilir cahan…
Tanrının əziz bəndəsi,
Arxandadı Azərbaycan!

Sən doğuldun hikmət üçün,
Vətən üçün, qeyrət üçün…
Sən əl tutdun millət üçün
Bu bir İlahidən fərman…
Sən Mübariz olan gündən
Arxandadı Azərbaycan!

Torpaq, daş “Mübariz!”- deyir,
Uçan quş “Mübariz!”- deyir…
Dost, qardaş “Mübariz!” -deyir,
Haray çəkir hər bir insan…
Sonsuz sevgi, məhəbbətlə
Arxandadı Azərbaycan!

22. 03. 2020.

 

2 Comments

Leave a Reply

Your email address will not be published.


*