“BU NECƏ MƏMLƏKƏTDİ, BƏNDƏSİ HAQQ İSTƏMİR?!”!!!

PAYLAŞIN

“Mirmahmud bəyin heç bir siyasi qurum qarşısında məhdudlaşdırıcı öhdəliyi də yoxdur.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

AZADLIQ OYUNCAQ DEYİL…

…və ya NİYƏ BİRLƏŞMİRLƏR!!!

Azadlıqlara, azad düşünməyə, azad yaşamağa, ümumiyyətlə azad olan nə varsa, rəğbətliyəm. Təbii ki, söhbət o azadlıqdan gedir ki, başqasının azadlığının sərhəddindən içəri keçib onun üçün problem mənbəyi olmasın. Bu prinsiplər əksər subyektlərə aiddir.

Azərbaycan ciddi dönüş ərəfəsini yaşamaqdadır. 26 ildir millətin iradəsinin ifadəçisi olmayan parlament niyə indi buraxılır, prezident ardıcıl olaraq ciddi islahatlar anonsunu niyə verir, istefalara dəvət edir, vədlər verir. Həm də ənənəvi ideoloji düşmənlərini yamanlayır, bir az da qabağa gedərək şərəf tarixlərimizi aşağılayan ifadələr işlədir.

Bir qrup siyasi mərkəzlər iddialıdır ki, bunu bizim hərəkətlər, xüsusilə 20 yanvar qarşıdurması məcbur edir, bir qisim isə iddia edir ki, bu Azərbaycanın milli maraqlıarının əleyhinə olan oyunların tərkib hissələridir. Yəni, Qarabağı təslim etmək istəyirlər, Rusiyanın diqtəsi ilə hakimiyyətin ailə daxili ötürülmə ssenarisinin tərkibidir və Rusiyanın hegemonluğunu qəbul etməyə hazırlaşırlar.

Vəziyyət gərgin görünür. Ciddi oyunların oynanılması şübhəsizdir. Bütün vasitələrlə xalqın siyasi proseslərdən uzaqlaşdırılması və ideoloji qütbün imkansızlaşdırılması, seçki sisteminin iflası, siyasi qütblər arasında qütbləşmənin dərinləşdirilməsi təsadüfi hesab oluna bilməz. Halbuki, demokratikləşmə başqa meyarların hakim olmasını diqtə edir.

Müxalifət yekcins deyil. Normal cəmiyyətlərdə bu təbii hesab olunmalıdır. Preoblemlərlə zəngin Azərbaycanda isə bu durum fərqli yanaşma – konsalidasiyanı diqtə edir.

Müxalifətin əsas nüvəsi Ebülfəz Elçibəyin komandasının üzvləridir. İstər parlamentdən kənarda qalan, istərsə də parlamentdə təmsil olunan partiyalar həmin komandanın əsas funksionerləri olmuşlar. Parlamentdə müxalifət hesab olunan AVP (sədr Fəzail Ağamalı), BQP(sədr Fazil Qəzənfəroğlu), VP(sədr Tahir Kərimli), Əli Məsimov, BAXCP(Qüdrət Həsənquliyev), MDHP(Fərəc Quliyev) 1992-93-cü il Elçibəy iqtidarında məsul olan şəxslərdir.

Parlamentdən kənar əsas müxaliflik partiyaların rəhbərləri – İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, İlyas İsmayılov eyni komndanın məsul üzvləri, fəal funksionerləri olmuşlar.

 

Açar buradadır. Eyni komandanın varlığına və gedişinə məsul olan bu qüvvələr niyə birləşib vahid mübarizə metoduna sahiblənmir, vahid güc mərkəzinə çevrilmirlər? Niyə? İstəmirlər, yoxsa qoymurlar?

Biri “ana müxalifət” mənəm deyərək, digər tərəfi “müxalifətin müxalifəti” kimi, bir başqası həmin iddia sahiblərini ya hakimiyyətin, ya da xarici güclərin drijor çubuğu ilə davranmaqda suçlamaqdadır. Halbuki, problemləri dilə gətirib, bir az da onun içinə pafos qatan qüvvələr bu acılar içərisində ən azından funsional əməkdaşlıq haqda momerandum imzalamalı, ortaq maraqları uzlaşdıran hər bir subyektin əsas funksionerlərinin təmsil olunduğu koordinasiya mərkəzi və ya məclis formalaşdırmalı idilər. Bunlar olmadığı halda təəssüf ki, bir başqasının azadlıq sərhəddinə təcavüzlər başlayır ki, bu da bir olmanı əngəlləməklə, perspektivdə bu mütərəqqi ideyanı iflasa daşımaqla, siyasi qütbləşməni dərinləşdirir.

Gələk 30 noyabr Lökbatanda baş tutan Qaradağ mitinqinə. KXCP sədri və onun rəhbərliyində olduğu AXH muxtar hüququndan istifadə edərək Qarabağa azadlıq şüarı ilə mitinq təyin etdi. Mirmahmud bəyin heç bir siyasi qurum qarşısında məhdudlaşdırıcı öhdəliyi də yoxdur. Ondan öncə digər qurumların da analoji təşəbbüsləri olmuş, muxtar hüquqlarından istifadə etmişdirlər. Bu da onların hüququdur və hörmət edilməlidir.

AXH-nin “Qarabağa azadlıq, işğala son!” mitinqi. 30.11.2019, LÖKBATAN, CANLI

Posted by AzerFreedom TV on Saturday, 30 November 2019

30 noyabr mitinq təşəbbüsü olunandan və mitinqin baş tutduğunu iddia edən tərəfin açıqlamalarında sonra sanki böyük cinayət baş vermiş kimi sosial şəbəkəni bürümüş hay-həşiri anlamaqda zorluq çəkirəm. Əfəndilər, bir qurum, hesab edək ki, Lökbatana 200-300 adam çıxarıb fikirlərini bölüşübsə bu onun muxtar, azad seçimidir və hörmət edilməlidir. Bu ittihamları idarəolunan, bilərək və ya bilməyərəkdən siyasi qütbləşməni dərinləşdirmək istəyən güclərin əlinə imkan tanımaq kimi dəyərləndirirəm. Bu qarapiarlıqdan milli maraqlarımızın da əziyyət çəkdiyi düşüncəsindəyəm. Ən yaxın zamanda Elçibəy komandası üzvü olan, eloktoral bazası və strukturları olan əsas siyasi komanda liderlərinin – İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Arif Hacılı, Əli Kərimli, İlyas İsmayılovun bir araya gəlməsini və durumun dəyərləndirilməsi, əməkdaşlıq perspektivləri haqda müzakirələrə başlamalarını arzulardım. Bundan sonra isə digər qurumlarla əməkdaşlıq imkanları araşdırılmalıdır.

——————————————————————————————

PS…1
Bir başqa siyasi partiyanın 50 nəfərlik piketi, birinin 30 nəfərlik aksiyası, bir iddialının isə 5 və ya 10 minlik mitinqi problemləri həll etmək gücündə olmasa da elektoral bazanı fəallaşdırma baxımından əhəmiyyətlidir. Çünki 50-100 minlik mitinqlərin təşkilatçısı və iştirakçısı olaraq iddia edirəm ki, dəyişiklik etmək hələ kütlənin çox yığılması ilə adekvat olmur. Daha ağıllı olmaq, daha ağıllı taktikalar üzərində işləmək daha faydalıdır və daha gözəl gələcək vəd edə bilər.

——————————————————————————————-

PS…2
Zaman da sübut edir ki, itirilən hər an milli maraqlarımıza təhdid imkanlarını artırmaqdadır.

 

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*