“BU QƏDƏR AZĞINLIQ GÖZLƏMİRDİM…” !!!

PAYLAŞIN

“ÜZƏRİMİZƏ TOTAL HÜCUMA BAŞLAYIBLAR…” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Ramiz Tagiyev

Bu qədər azgınlıq gözləmirdim… Ancaq, bunu da gördűk.  “37 ” yalanmış bu iqtidarın etdikləriylə mūqayisədə… Total bir hűcuma başlayıblar űzərimizə. Keçsinlər… Gùnahımız varsa cəzamızı versinlər. Nə edirlər-etsinlər, ancaq kişi adını daşıdıqlarını arada xatırlasalar pis olmazdı. Dostlar, sirr deyil ki, 1988-ci ildə milli azadlıq hərəkatına qoşulmuşdum. Műqəddəs torpaqlarımızın qorunması naminə kőnůllű batalyon yaradıb, Naxčıvan torpagının hər qarışı ugrunda dostlarım, qohumlarımla birgə vuruşmuşuq. Şəhidlərimiz də olub ki, sıralarında yaxın qohumlarım da var. Evlərimizin əşyalarını satıb, silahlanmışdıq… Indiki boynuyogun məmurlar kimi, nə villalar tikdirmişəm, nə də ki, sərvət toplamamışam. Buna görə təəssůflənmirəm də. Vətənə canımı belə əsirgəməmişəm. Ancaq 25 ildir bu murdar rejim mənim műqəddəs hislərimlə oynamaqdadır. Özűmə qarşı etdikləri haqsızlıqlar azmış kimi, indi də qohum-əqrəbamın üstünə qəddarcasına hűcum čəkiblər. Onları Naxçıvan DTX-sına aparıb , işkəncə verərək, “Ramiz Tagıyevin silahlarını siz gizlətmisiniz”- deyirlər. Elə hədə-qorxu gəliblər ki, qorxularından səslərini çıxara bilmirlər. Təbii ki, hədəfdə mənəm. Bu oyuncaq iqtidar növbəti dəfə məni qondarma cinayətə cəlb etmək istəyini ačıq-aşkar ortaya qoyub. Ayıbdır sadəcə… Əgər onlar utanc hisslərini tamamilə itirməyiblərsə, etdiklərinin nakişilik, şərəfsizlik oldugunu dərk etməlidirlər…

Bəli, mənim silah-sursatım olub və həmin silahlarla dűşmənlə vuruşmuşuq. Milli Ordumuz yaranandan sonra silahları hərbi hissəyə və Daxili İşlər Nazirliyinə təhvil verdim. Indi, 25 ildən sonra nə hoppanıb-dűşűrsűnűz?! Ermənilərə gűllə atdıgımızdanmı yanıqlısınız?! Mənəmi xox gəlirsiniz?! Keçməz…

Hə, Bakıda da hərəkətə kečiblər. “Kişi”lər ara-sıra çay içdiyim çayxana sahiblərinə ultimatium veriblər ki, məni çayxanalara buraxmasınlar. Sifarişin hardan verildiyi də bəlli… Sevinmişdim ki, nəhayət, Dővlət Təhlůkəsilik Xidmətinə peşəkarlar sahib çıxdı. Əfsuslar olsun ki, tam yanılmışam. Əgər, bunlar da Vətəni qorumaq űçůn silahlananların, erməniyə gůllə atanların űstűnə xoruzlanıb, qohum-əqrəbalarını 25 ildən sonra qanlarına qəltan edirlərsə, çayxana sahiblərinə “xox” gəlmək səviyyəsinə enirlərsə, bəri başdan deyirəm, sizə də bir quş və ya qoz… Heyif…

—————————————————————————————–

P.S.

Ramiz Tağıyevin qohumları təqib və təzyiqlərə məruz qalıb

Ramiz Tağıyevin qohumları təqib və təzyiqlərə məruz qalıb 29.08.2019 CANLI

Posted by Azel.tv on Thursday, 29 August 2019

Просмотры: 2 702

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*