“BU QƏDƏR MUZDLİ DÖYÜŞÇÜ İRƏVANA NECƏ DAŞINIB?”!!!

PAYLAŞIN

Azərbaycana qarşı, 44 günlük savaşda ermənilər 2000-ə yaxın muzdlu silahlı qüvvədən istifadə ediblər.

Jalə MÜTƏLLİMOVA-SEYİDLİ

01 dekabr 2020

“Fly Erbil Airways” və “Fly Armenia Airways”…

PKK-nı Dağlıq Qarabağa Mehridən onlar daşıdı…

Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb?

Azərbaycan ermənilər tərəfindən demək olar ki, hər gün bu itthamla üzləşir. Dağlıq Qarabağda 44 günlük müharibədə, türklər robot döyüşçülərdən (onlar Azərbaycan ordusunun, Yaşma xüsusi təyinatlıları kimi tanınan, Qarabağ savaşında unudulmaz xidmət göstərən döyüşçüləri, belə adlandırırlar-red), muzdlulardan istifadə edib, “Artsaxı” işğal etdilər. Əslində, vəziyyət tam tərsinədir. Amma qismən. Əvvəla “Artsax” yox, Dağlıq Qarabağ, erməni ərazisi yox, tarixi Azərbaycan torpaqları, işğal yox, sülhlə razılaşmayan ermniələr, hərb yolu ilə, havlayan bəlli dördayaqlı kimi qovulub Qarabağdan.

İndi gələk ona ki, kim kimə qarşı, kiminlə döyüşüb? Dosxanlarda kim və necə döyüşüb, bunu artıq Azərbaycana birinci sinfə gedən uşaqlar da bilir, desək, yəqin yanılmarıq. Əldə edilən məlumalara görə Azərbaycana qarşı, 44 günlük savaşda 

ermənilər 2000-ə yaxın muzdlu silahlı qüvvədən istifadə ediblər.

Onlar İraqdan – Süleymaniyyədən gətirilərək, İrəvana Mehri tərəfdən, indi ermənilərin əlində olan Zəngəzur ə

razisindən keçiblər. Qeyd edək ki, muzdluların hamısı PKK və YPG döyüşçüləri olub. Bu barədə ciddi və təsdiqini tapmış faktlar mövcuddur.

Muzdlular Süleymaniyyədə Tələbani ailəsinə yaxın güclər tərəfindən himayə olunur. Region üzrə Dağlıq Qarabağa göndərilən bəlli silahlı kontingentə Lahur Tələbani nəzarət edir. Lahur Tələbani özü Azərbaycanın qonşu dövlətlərindən birinin daimi himayə etdiyi şəxsdir. PKK-nın Ermənistana gətirilib, oradan Dağlıq Qarabağa yerlşdirilən və Azərbaycana qarşı döyüşlərə cəlb edilən terrorçu dəstələrinə, Haşdi-eş-Şabiyə, Şirzad Lahur rəhbərlik edib. Hər iki terrorçu, Lahur Təlabaninin və demək ki, həm də Azərbaycanın yaxın qonşulardan birinin himayəsindədir.

Sual oluna bilər ki, bu qədər yaraqlı, İrəvana necə daşınıb. Daşınma prosesi “Kürdüstan”a məxsus “Fly Erbil Airways” və “Fly Armenia Airways” şirkətləri tərəfindən icra olunub. Maraqlı olanı bu ki, Ermənistanın sərnişindaşıma bazarına girmək üçün beynəlxalq icazə adıçəkilən şirkətə bu ilin iyulundan verilib. Şirkət rəhbərliyi bununla bağlı “finport.am” saytının müxbiri, Mariya Mkrtçyana verdiyi müsahibədə gülərək bildirib ki, bu çətin fəaliyyətə mühim əməkdaşlıqlar nəticəsində nail olublar və bundan çox məmnundurlar.

Yeri gəlmişkən, bu faktlar imkan verir ki, Azərbaycan Ermənistanı beynəlxalq məhkəmə qarşısına çıxarsın. Ermənistan PKK və YPG kimi terror təşkilatları ilə açıq əməkdaşlıq edir. Hətta onları, muzdlu olaraq Dağlıq Qarabağda, Azərbaycanın dövlət ərazisində keçirdiyi, qanunsuz hərbi əməliyyatlara cəlb edib. Bu beynəlxalq hüquqa və konvensiyalara zidd hərəkətdir, insanlığa qarşı cinayətdir.

Sonda qeyd edək ki, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli sazişdən sonra, PKK və YPG muzdluları eyni marşrutla, Süleymaniyyəyə qayıdıb. Dağlıq Qarabağda döyüşən həmin silahlı dəstələrin hazırda İraq-Türkiyə sərhəddinə yerləşdirildiyi bildirilir.

Jalə MÜTƏLLİOMOVA

30.11.2020

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*