“BU QAPININ GƏDƏLƏRİ BƏYLƏNƏR, KİŞİLƏRİ HARINLAŞAR, SƏYLƏNƏR …”!!!

PAYLAŞIN

(Xalq Şairi Zəlimxan YAQUBun xatirəsinə ithaf )

“Bu bazarda nə işi var lütlərin,
Yeri deyil “maymaqlarin, kütlərin”,
Qullugunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?” !!!

—————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN 

4 года назад

ZƏLİMXAN YAQUBDAN BİR YARPAQ XATƏRƏ 

Bir nazirliyin qapısında gozunun yaşını
yagıs kimi yağdiran qoca bir kişi gördüm.
Şikayəti Allahın yanına cıxsa da, yuxarıda
oturana çatmırdı:

Bu qapıdan yollar gedir, ay qoca,
Sud arxından qollar gedir, ay qoca,
Zəri daşır, pullar gedir, ay qoca,
Kimdi səni bu qapıdan buraxan?

Bu bazarda nə işi var lütlərin,
Yeri deyil “maymaqlarin, kütlərin”,
Qullugunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?

Bu qapının gədələri bəylənər,
Kişiləri harinlaşar, səylənər,
Gündə burda necə karvan əylənər,
Kimdi səni bu qapıdan buraxan?

Nə olsun ki, qəlbin qəmdən oyuqdu,
Nə olsun ki, bəxtin batan qayıqdı,
Görmursənmi, mərmər buzdan soyuqdu,
Kimdi səni bu qapıdan buraxan?

Sünbül elə dəndən kecir dərdini,
Tanriya bax, günden kecir dərdini,
Bura gəlmə, genden kecir dərdini,
Kimdi səni bu qapıdan buraxan?

Düyməsi var, tilsimi var, zəngi var,
Bir deyil ki, yetmiş yeddi rəngi var,
Talelərlə qovgasi var, cəngi var,
Kimdi səni bu qapıdan buraxan?

Aclar gəlib, acları da gedən var,
Dag əridən, das üyüdən bədən var,
Cangüdənin özunu də güdən var,
Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var,
Qorxusundan ömru boyu susan var,
Kimdi səni bu qapıdan buraxan?

Silahi var, polisi var, postu var,
Rüsvət adli bir can ciyər dostu var,
Bu qapının bu millətə qəsdi var,
Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayri is tap, ay qoca,
Ayrı dil tap, ayri diş tap, ay qoca,
Xacpərəst ol, bir keşiş tap, ay qoca,
Kimdi səni bu qapidan buraxan?

Zəlimxan YAQUB

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*