“BU “SİYASƏTÇİLƏR”İN ƏSAS XOBBİSİ GÜZGÜYƏ BAXIB ÖZ ADLARINI OZGƏYƏ QOYMAQDIR”

PAYLAŞIN
eldəniz quliyevSon günlərdə Milli Şuranın sədri Cəmil Həsənli ilə,  MŞ Koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevin mərhum deputat Maksud İbrahimbəyovun yas mərasimində iştirakına münasibətlər ictimai rəyi ikiyə bölüb  və bu ətrafda aparılan polemikalar, müzakirə və mübahisələr gündəmdən düşmək bilmir. Siyasi və mətbu çevrələrdə birmənalı qarşılanmayan bu addımın, bir belə qabarıq formada ortalığa atılmasının xeyli obyektiv və bir o qədər də subyektiv səbəblərinin olması şübhəsizdir. Amma o da maraqlıdır ki, xüsusilə də Cəmil Həsənlinin bu dəfn mərasiminə qatılmasına etiraz elənlərin xeyli hissəsi elə MŞ-nin tərəfdarları, bir hissəsi də, AXCP-nin fəallarıdır. Gerçəkdən nələrin baş verdiyinə  və bir sıra başqa məsələlərə Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Sərdar Əlib.Mərkəzinin üzvü Eldəniz Quliyevin münasibəti olub-bitənlərə aydınlıq gətirə bilmək üçün yetərli olacaq, ya da olmayacaq bilmirəm, amma, hər halda ilkin mənbə kimi, onun məsələlərə maraqlı yanaşması var deyə düşünməkdəyəm.
Bir sözlə, sizləri, ölkənin ictimai rəyini xeyli müddətdir ki, məşğul edən bir para məsələlərə, Eldəniz Quliyevin pəncərəsindən baxmağa dəvət edirəm.

Sərdar ƏLİBƏYLİ


 

Zəruri qeyd:

Msahibə aprelin ikisində cəbhədə yaranmış gərginliklər yaşanmadan, geniş hərbi əməliyyatlar keçiriləndən əvvəl alınıb. Ölkədəki ümumi ab-havanı və müharibə vəziyyətini nəzərə alaraq, müsahibənin dərcini müvəqqəti dayandırmışdıq.
 

eldəniz quliyev-2“SİYASİ MƏHBUSLARIN EVLƏRİNƏ GEDİLMƏSİNİ VƏ QARŞILANMASINI MİLLİ ŞURA TƏŞKİL EDİRDİ”

“İBRAHİMBƏYOVUN YASINDA İŞTİRAKIMIZA VERİLƏN REAKSİYALAR O QƏDƏR İYRƏCDİR Kİ …”

Eldəniz QULİYEV: “SİYASİLƏRİN ÇOXUNUN NƏ ETDİKLƏRİNDƏN ÖZLƏRİNİN BELƏ XƏBƏRLƏRİ YOXDUR”

 “MŞ KOORDİNASİYA MƏRKƏZİ HANSISA PARTİYANIN DİVANI VƏ YA ALİ MƏCLİSİ DEYİL Kİ ”


 

I hissə

–  Eldəniz müəllim, xoş gördük.

–  Ay belə əleyküm salam.

–  Ilk öncə keçmiş bayramlarınız mübarək olsun, ama açığı verəcəyim suallar heç də bayram əhvallı deyil. Ay Eldəniz müəllim, bu Milli Şura ümumiyyətlə fəaliyyətini davam elətdirirmi? Son vaxtlar ölkədə davam edər ciddi proseslərin bolluğunda tək-tək adamların səsi gəlir, amma Milli Şuradan nəsə bir səs-soraq yoxdu.

milli şura–  Səs-soraq yoxdu deməyin özü düzgün deyil. Mən sizə deyim ki, Milli Şuranın Koordinasiya Mərkəzi hər həftənin üçüncü günü toplaşıb ölkədə baş verən ictimai, siyasi, sosial, psixoloji və digər məsələləri geniş müzakirə edir.  İnanın ki, Koordinasiya Mərkəzinin hər bir üzvü müzakirə olunan bütün məsələlərə münasibət bildirir, ölkədə baş verən hadisələrin demək olar ki, hamısı gündəmdən keçir. Eləcə də sosial şəbəkələrdə statuslarla çıxışlar olur. Son günlərdə siz də gördünüz ki, əfvlə həbsdən çıxan siyasi məhbusların, demək olar ki, hamısının qarşılanması, evlərinə gedilməsi Milli Şutanın rəhbərliyi tərəfindən həyata keçirildi.

Məhbuslarin ailələrinin və sonra da özlərinin evlərində ziyarət olunması Milli Şuranınmı təşəbbüsü idi, yoxsa burda şəriklər də var idimi?

–  Bəli, bu, Milli Şura ilə AXCP-nin birgə yerinə yetirmək istədiyi tədbirlər idi və yerinə yetirildi də. Bu məsələ həm də ictimaiyyət arasında geniş rezonans doğurdu və çox da müsbət qarşılandı. Yəni bu qədər görülən işlərin və görünən əməllərin qarşılığında, “Milli Şura fəaliyyət göstərmir” – demək, ən azından insafsızlıqdır.

–  Mən elə demədim, dedim ki, sadəcə fəaliyyət görünmür, bu haqda nəsə eşidilmir.

–  Ola bilər, həm də ona görə ki, Milli Şura bir az təvazökar qurumdur və elədiklərini, gördüyü işləri ya reklam eləmir, ya da az eləyir. Amma çalışır ki, xalqımızı düşündürən, narahat edən, ağrıdan bütün məsələlərə öz imkanları daxilində reaksiya versin. Bununla yanaşı, siz də bilirsiniz ki, Milli Şuranın, eləcə də AXCP-nin elə güniş mətbu imkanları yoxdur. Yəni, televiziyalara, radiolara çıxış demək olar ki yoxdur. Bir dənə azadlıq qəzetidir və bir neçə saytlar var ki, onların vasitəsi ilə ictimai fikrə az-çox təsir edə bilmək gücü var.

Bu azdımı ki, təkcə “Azadlıq” qəzetinin saytla birgə oxunma əmsalı, mövcud televiziya və radioların tamaşaçı və dinləyici əmsalı ilə müqayisə olunmaz qədər artıqdır.

–  Əlbəttə ki, bu azdı, həmdə çox azdır. Elə buna görədir ki, siz də bir çox hallarda, Miili Şuranın özünə və rəhbərliyinin addımlarına, aid yazılanları ya görmür, ya da eşitmirsiniz.

cəmil həsənli–  Siz adına təvazökarlıq deyib, olanlara ayrı cür yanaşa bilərsiniz, amma, tutaq ki, Milli Şura sədrinin, mərhum millət vəkili Maksud İbrahimbəyovun yasında, daha doğrusu, dəfnində iştirakı dərhal gündəmə oturdu və Cəmil Həsənliyə xeyli təpkilər gəldi. Bu qədər hay-küyün içərisində də, mən Milli Şuranın özünün səsini duymadım, eşitmədim. Yəni doğru, ya da yanlış, fərq etməz, Milli Şura öz sədrinin atddığı addımın ictimai rəyə yansıyan boyutlarını cavabsız buraxdı. Etirazçilarin sırasında Milli Şuranın rəhbərliyində olan şəxlərə yaxınlığı ilə seçilən xeyli adamlar da var idi.

maksud ibrahimbeyov–  Doğrusu, Maqsud İbrahimbəyovun yasında iştirakımıza verilən reaksiyalar o qədər iyrəncdir ki, bu məsələyə ciddi şəkildə baş qoşmaq, məntiqlə münasibət bildirmək özü yolverilməzdir. Amma nə edək ki, iş-peşələri siyasətin çuğulluğuyla məşğul olmaq olan bəzi siyasətbazlar, az qala at milçəyinə çevrilib bizlərdən əl çəkmir?.. Leksikonları tərbiyəsiz və “beşmərtəbəli” söyüşlərlə zəngin olan bu “siyasətçilər”in əsas xobbiləri güzgüyə baxıb öz adlarını özgəyə qoymaqdan ibarətdir. Belə müştəbehləri görüb-eşidəndə, adam, sanki göydəki ulduzun aşağıda bəzi dördayaqlıların ona baxaraq hürdüklərindən necə həzz aldığını anlamağa başlayır… Açıqı lap başından mənim özümə də çox qəribə gəldi ki, nəyə görə kiminsə rəhmətə getməyi və orada kimlərinsə iştirakı bu cür bu cür rezonans doğurur? Əvvəla onu deyim ki, belə bir aforizm var, deyir: “Müdrik adamlar ideyanı, ağılsız adamlar hadisələri, ağılsızlıqdan da bir az aşağıda olan şəxslər adamlrı müzakirə edirlər”. Açığı mən gördüm ki, bu müzakirəçilərin içərinsində birinci hissəyə aid olanlar ümumiyyətlə yoxdur və burda birbaşa Ağıl haqdahadisənin və adamların müzakirəsi başladı. Bu da özlüyündə onun göstəricisidir ki, bizim siyasilərin tam əksəriyyətinin, hətta nə elədiklərindən, nəyin mübarizəsini apardıqlarından belə xəbərləri yoxdur. Tutaq ki, mərhum jurnalist Elmar Hüseynovla, Maksud İbrahimbəyovun arasında bir vaxtlar yaşanmış mübahisələri-filan önə çəkərək, buna çox irad bildirənlər oldu. Amma Elmarın öldürülməsində günahkar olduğu şübhə doğurmayan, güman edilən tərəflərin və ya şəxslərin adını belə çəkməyə qorxan adamlardır bunların əksəriyyəti. Bunu da bir kənara qoyuram və deyirəm ki, heç bir vicdan əzabı çəkmədən həmin yasda iştirak elədim. Eləcə də Cəmin müəllimin barəsində eyni sözləri deyə billəm. Birincisi, mərhum Maksud müəllimlə Cəmil müəllim neçə illər parlamentdə bir yerdə oturublar. Hətta Cəmil Həsənli ora qədər də aşıqlama verdi ki, Maksud iki dəfə oğlunun yasına gəlib və bunun da orda iştirak etməsi, həm də  mənəvi borc kimi vacib idi. Mənim özümə gəlincə, biz CƏMİL HƏSƏLİeldəniz quliyev-1Maksudla, hələ illər öncədən, bir neçə filmin çəkilişlərində birgə çalışmalarımız olub. Və indi kimlərsə, birmənalı şəkildə deyəndə ki, bu belədi, ya da elə olmalıdı, sözün doğrusu bu deyimlərə bir az da ironiya ilə yanaşıram. Bəli, mən indi də o fikirdəyəm ki, Maksud İbrahimbəyov, ömrünün son hissəsində çox böyük səhvlər elədi, amma bu adam yazıçıydı, həm də SSRİ miqyasında tanınan bir yazıçı. Məsələn, dünən mənə bir professor zəng eləmişdi, dedi ki, “Bizim Cəbiş müəllim” filminin bircə kadrı, indi M. İbrahimbəyovu tənqid edənlərin toplamından da ağır gələr. Burası belə, ikincisinə qalanda isə, indi internet əsridir, bu qədər sosial şəbəkələrin, müxtəlif sayt və portalların  bolluğunda, kiməsə söz atmağa, kimisə tənqid etməyə və hakimiyyətə də, lap elə müxalifətin özünə də  müxalifətçilik eləməyə nə var ki. Amma Maksuq və Rüstəm İbrahimbəyov qardaşları o vaxt, Svetlərin kəsakəs vaxtında, az qala dissident yazıçılar hesab olunurdular və bu mənim yaxşı yadımdadır. Fazil İskəndər, Rasputin və sair kimi tanınmış yazıçıların sırasında bu qardaşlar da o sistemə qarşı müxalif idilər. Bu o zamanlar idi ki, yazılmış bir əsər yox haa, hardasa deyilmiş ehtiyatsız bircə kəlmə belə yetərdi ki, insanın həyatına mail olsun. Yenə də o fikrə qayıdıram ki, axı, indi nə var müxalifət olmağa. Mənim pisimə gələn isə odur ki, dünənə qədər bir cümlədə səkkiz dənə səhv buraxan bir adam, indi bilirsinizmi Maksudun haqqında, daha doğrusu onun arxasınca, nələr yazır?

–  O adam kimdi ki elə?

–  Indi mən burda ad çəkib onun səviyyəsinə enmək istəmirəm, amma özü çox yaxşı bilir kim olduğunu.

–  O zaman gəlin biraz çevrəni də daraldaq, sualı da konkretləşdirək. Məsələn, MŞ-nin Koordinasiya Mərkəzində təmsil ounan şəxslərdən, sizin dəfndə və yasda iştirakınıza açıq vəya örtülü etiraz edənlər oldumu?

–  Birincisi, Korrdinasiya mərkəzinin iclası hələ olmayıb, ikincisi də mənim bu haqda konkret bilgim yoxdu, hər halda, indiyə kimi belə etirazlar olmuş olsaydı, yəqin xəbərim olardı. Mərkəzin iclasında da nəsə olarsa, yəqin ki, mediadan siz də biləcəksiniz. Amma, açığı mən hesab eləmirəm ki, belə bir şey olsun. Olan hücumlarla bağlı mənim açıqlamama görə də, sonradan Cəmil müəllimin özü də mənimlə əlaqə saxladı və düzgün cavab verdiyimi söylədi. Ayrıca da, mən belə hesab edirəm ki, bizim minilliklərə dayanan adət-ənənələrimiz var və rəhmətə gedən adamların da arxasınca, mənasız adamların mənasız sözlər söyləmələri adamı bir az ağrıdır. Bu mənada, sözün doğrusu, olanlar mənə çox pis təsir elədi.

–  Məncə, məsələ rəhmətə gedənlə bağlı deyil və tutaq ki, Cəmil Həsənli ilə Eldəniz Quliyev orda iştirak eləməsəydilər, kimsənin yadına da düşən deyildi Maksud İbrahimbəyov və çox adamın da onun ya ödüsündən, ya da qaldısından xəbəri olası deyildi. Əslində isə, müzakirə obyekt, əsasən Cəmil müəllimdir və məndə onu soruşuram ki, Milli Şurada və Koordinasiya Mərkəzində bununla bağlı etirazlar varmı?

–  Qətiyyən yoxdur belə bir şey. Həm də bilirsiniz ki, bu Koordinasiya Mərkəzi hər hansı partiyanın Divanı, ya da Ali Məclisi deyil ki, orda oturan hər kəs də, müəyyən ictimai-siyasi qurumların təmsilçiləridir. Ona da sadəcə inanın ki, burdakı ab-hava elədir ki, istənilən məsələyə demokratik yanaşma tərzi qorunub saxlana bilib. Biz hamımız bu prinsipi gözləyirik, amma, cəm halında xalqın mənafeyinə uyğun gəlməyən, ölkənin demoktatikləşməsinə və bütövlükdə demokratik proseslərə mane olan məsələlərdə mütləq şəkildə konsensusa gəlirik. Amma müəyyən məsələlərlə bağlı da hərənin öz fikri var.  Bu da təbiidir və demokratik proseslərin tərkib hissəsi kimi baxılmalıdır.

eldəniz quliyev-5–  Eldəniz bəy, siz həm də ölkədə milli-etnik məsələlərlə bağlı hər hansı problemlər yaşananda, özününzün mövqeyi ilə seçilibsiniz. Bu mənada, Bakıda PKK-nın bayrağı və simvilları ilə bəzədilən saraylarda təmtəraqlı bayram tədbirlərinin keçirilməsini, o biri yanda da “Talış-Muğan Respublikası”nın bayraqları ilə bir qrupun peyda olmasını necə qarşıladınız. Bu arada hər iki məsələ ilə bağlı Rüstəm Rehrudinin də açıqlaması oldu. Həmin açıqlama barədə nə deyə bilərsiniz?   

Davamı var   



 ÇAĞDAŞ POEZİYAMIZDAN ZAMANA AYNA TUTAN NÜMUNƏLƏR

mübariz məsimoğluMübariz MƏSİMOĞLU

BU MİLLƏTİN TALEYİ

Bu millətin başına oyun açan hər dəli,
Tıxıb bal- qaymağını, bal dilini pisləyir.
Ağzı, burnu hardadır, kimə bağlıdır beli, 
Belə yaramazları kim yedirdib bəsləyir.
Xalqı qıpıqgöz edib qorxulu nağılları,
Qarğa didir ətini, darğa içir qanını.
Qaranlıq zindandadır işıqlı oğulları,
Zülmətdə kim yandırsın çırağını, şamını?
Hansı xalq, hansı diyar bundan qara gün görüb,
Mənim xəbərim yoxdur, bilən varsa söyləsin.
Vəzirləri, vəkili başına corab hörüb,
Aldanıb tora düşüb, yazıq millət neyləsin.
Sifarişlə yazılır hökmü, ittihamları,
Qanunları nə vaxtdır gedib qış yuxusuna.
Vahimə içindədir uçuq qara damları,
Həsrət qalb ciyəri oksigen qoxusuna.
Çiçəkləri, gülləri qönçə solur, ilahi,
Sinəsinin altında çabalayır ürəyi.
Adam baxıb halına dəli olur, ilahi, 
Gör kimin əlindədir bu millətin taleyi?

Qocalar evi

 

***

Aləmzər Əliyeva-1Aləmzər SADIQQIZI

ELƏ BİL DÜNƏNKİ VƏTƏN DEYİLSƏN

Elə qırılmısan, elə sönmüsən…
Elə bil dünənki VƏTƏN deyilsən…
Qanadın qırılıb, qolun qırılıb…
Şuşa harayına yetən deyilsən!
Ümidi, inamı gözündə itən…
Arazı ağlayan, çarəsi bitən…
İllərdir nisgili içində tütən…
Qorxursan Təbrizə çatan deyilsən!
Yumma gözlərini qurbanın olum!
Bir çimdik duz olub yarana dolum…
Nə qədər qızın var, nə qədər oğlun!
Özgə qollarında yatan deyilsən!!!
Dünyanın ən gözəl VƏTƏNİ sənsən!
Təkcə taleyindən, bəxtindən kəmsən…
Təpədən-dırnağa həsrətsən, qəmsən!
Qorxma!!!! Bu həsrətdə batan deyilsən!!!
Qoy çöküm qarşında əlindən öpüm…
Həsrətdən ağaran telindən öpüm…
Qarabağ adında gülündən öpüm…
Sən bizi yadlara satan deyilsən!!!
Gəl səni bağrımın başına basım…
Şəklini könlümün içindən asım…
Dağılmaq, yenilmək düşmənə qalsın!!!
Sən NAMƏRD əlində qalan deyilsən!!!
Sağım bir VƏTƏNDİ, solum bir VƏTƏN!!!
Gör necə ayağa durub TÜRKİYƏM!!!
Heç vaxt yenilməyən TÜRK oğlu TÜRKƏM!!!
Sonadək sən belə qalan deyilsən!!!
Düşmən tapdağında yanan deyilsən!!!

6.4.2016.

ŞƏHİD

1 Comment

  1. dahilerdenbirine sual verirlerki siyaset nedir gulur deyirler niye gulursen cavab verirki gerek axmaq olasan siyasetin ne oldugunu bilmeyesen axmaqlarin axmagi olasan siyasetle- Xeyanetle mewgul olasan siyasetden say secme numuneler parcala hokm sur parcala idare et parcala mehv et siyasetde daimi dost duwmen yoxdur daimi maraqlar var xalqi birlewdirmek lazimdir parcalamaq yox guc birlikdedir indi yerinden duran bir partiya yaradir guya qalqa xidmet edir ozlerinide mehv edirler xalqida deyin gorum hansi siyasetcinin ozu ve uwaqlari axiracan xowbext olub ozlerini diri iken bogazlari rejimi qorumaq ucun ipe baglanib heykelerinin bogazina tros salinib seddami asdilarki iraq xalqina zulm eleyib seddam kim idi pewka- rejimin pewkasi ona ele emr edirdiler o icraci idi butun dovlet bawcilari rejimin pewkalaridilar

Leave a Reply

Your email address will not be published.


*