BU “SOSİAL SİYASƏT”İN SONUCU “SOS!!!” GƏTİRİR, İFLASA VARIR !!!

PAYLAŞIN

YAXUD, DEPUTAT MAAŞLARININ ARTIMI BİZƏ NƏLƏRİ VƏD EDİR???!!!

Deputatların maaşlarının bu qədər bəklənmədik məbləğə ulaşdırılmasından hədəflənən məqsədlərin önündə, arxasında nə var görən?! “Sosial suyasət yürüdürük” deyən hakimiyyətin şəhid ailələrinə, həm də bu qədər zorluqlar üzərindən verdiyi birdəfəlik müavinətə yaxın bir məbləğdə, özünün deputatlarına aylıq maaş bağlaması, həmçinin də bütün kateqoriyalardan olan təqaüdçülərin pensiyalarına, gülməli həddə, cüzi əlavələrin edilməsi, sosial siyasətin göstəricisi deyil hər halda. O zaman deputat maaılarındakı bu astronomik sıçrayışın səbəbi nə? Hər halda, bu, bir arada Baş Nazirin müavini Əli Əhmədovun bəyan etdiyi sıçrayışın göstəricisi də deyil…

Bu haqda hər kəsin də, hər kəsimin də düşünməsi lazımdır məncə. Cəmiyyəti sosial ədalətsizliklər üzərindən inqilabamı hazırlayanlar var, yoxsa, xalqı sosial bərabərsizliyin doğuracağı üsyanamı sürükləmək hədəflənir? Ki, bu məsələnin çox yaxın zamanda müxalifətin milləti müydanlara səsləyən əsas şüarlarından birinə çevriləcəyi, eləcə də dış güclərin ölkəni qarışdırmaq, məmləkətdəki sabitliyi pozmaq üçün istifadə edəcəyi şübhə doğurmur. Əslində, hakimiyyətdəkilərin və dövlət ərkanınındakıların da bunu anlamamaları mümkün deyil. Oysa, adamlar niyə öz oyurduqları budaqları kəsmək istəsinlər ki?.. Və bu, nə ilə bağlı ola, yaxud da hardan qaynaqlana bilər? Bəlkə cəmiyyətin indilik fərqinə vara bilmədiyi, və ya bizim fəhm edə bilməyəcəyimiz daha başqa nədənlər də var işin içində. Bir sözlə, cavabı zor bulunacaq suallar və anlaşılması zorluq yaradan məsələlər o qədər çoxdur ki…

Susqun medianın və şaşqın durumdakı cəmiyyətin fonunda, işlərin haralara vara biləcətini düşünmək də zor gəlir mənə, amma yenə də, dediyim kimi, hər kəsin və hər kəsimin bu haqda ciddi-ciddi düşünməsi lazım. Zira artıq geriyə dönüş yoxdu, bəs irəlidə bizi nələr gözləyir?! Bir zəhmət, düşünün, cənablar, düşünün və danışın… Danışmadıqca böyüyən yaralara cəmiyyətin vücudunun müqavimət gücü uzun sürə davam gətirməyə də biliər. Ancaq danışmaqla, ciddi, analiz və təhlillərlə müşayiət olunan müzakirələrlə, heç deyilsə az ağrılı çözümlər bulunur bu tip məsələlərə… Demədi deməyin …

———————————————————————————

P.S.

Hələlik isə bilinən tək məsələ odur ki, bu sıçrayış bizi, deputatların maaşı sahəsində MDB-nin lideri konimina   gətirdi. 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*