“BUDURMU HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU?!”!!!

PAYLAŞIN

“Adamda Azərbaycan xalqına qarşı, AXC-nə qarşı bu qədər nifrət hardan qaynaqlanır ?!”

“Siyasi partiyaların bu məsələyə birgə münasibət bildirməməyi, konkret mövqe sərgiləməməyi d təəssüf doğurur. Tarixi saxtalaşdıranlara, Azərbaycan Xalqının tarixi haqqında subyektiv və primitiv fikirləri, beynəlxalq arenaya çıxaranlara “DUR!” deyilməlidir.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

İlham Əliyev, Qoşulmama Hərəkatında – 120 dövlətin iştirak etdiyi tədbirdə də xalqı biabır edib, xalqın mücadilə cəbhəsi haqqında, xalqın şərəfli tarixi haqqında subyektiv və primitiv fikirlərini təkrarlayıb.

Valdayda və Aşqabadda AXC-nə qarşı aşağılayıcı sözlərlə Putinə hesabat verməsinin səbəbi məlumdur. Məlumdur ki, İlham Əliyevin Valday və Aşqabaddakı çıxışında, Azərbaycan xalqının Rusiya imperiyası tərəfindən işğalına qarşı yüz illərdən bəri davamlı azadlıq mücadiləsindən və bu mücadilənin son dəfə 1988-ci ildə vüsət almasından, 1989-cu ildə,dünyanın ən mübariz xalqı adını qazanmasından, 1990-da 20 yanvar hərbi təcavüzündən,müstəqilliyini bərpa etmək üçün şəhidlər vermiş, kütləvi repressiyalara məruz qalmış,özlərini ölümün pəncəsinə atmış qaziləri olan, üçrəngli bayrağını dövlət bayrağı etmiş xalqın möhtəşəm mücadiləsindən,siyasi və mənəvi mədəniyyətindən, 1991-ci ildə öz müstəqilliyini tam elan etmiş xalqdan danışmadı.Ama,bütün bu şərəfli tarixi yaşamış və yaratmış insanlara iftira atdı,Azərbaycan xalqın bu şərəfli yolda təşkilatlandırmış AXC kimi azman bir təşkilatı aşağılamaqla məşğul oldu.

1992-93-cü illərə aid – müsavatçılıq ideologiyasının – AXC-nin əleyhinə dedikləri, milli düşüncəni gözdən salması, eyni ilə azərbaycan bolşeviklərinin, 1918-20-ci illər haqqında Rusiya qarşısında dediklərinin eynisidir, milli məfkurəyə qarşı stalinzmdə olduğu kimi repressiyanın başqa formasının bir çalarıdır.

Bu, hakimiyyətin, böyük qardaşları Rusiyanın qarşısında götürdüyü öhdəçilikdir,bu anlaşılır.

Lakin, Qoşulma Hərəkatında maduroların qarşısında,eyni zamanda mötəbər də olmasa, beynəlxalq kürsüdən Azərbaycan xalqını təhqir etməsi nəyidi,(!?)bu anlaşılmır. Aidiyyəti olmayan məclislərdə, beynəlxalq tribunalardan, ölkənin daxili siyasəti haqqında danışmaq, həm də bir xalqın möhtəşəm azadlıq mücadiləsi illərinə kölgə salmaq, şəhidlik, qazilik yolu keçmiş xalqın qəhrəmanlıq tarixini heçə saymaq, hansı zehniyyətin məhsuludur, necə diplomatiyadır?!

Azərbaycan xalqının böyük əksəriyyətinin birgə yaşadığı möhtəşəm tarixi saxtalaşdırmaq, əsl mahiyyətini ört-basdır etmək siyasətinin əsl müəllifləri kimlərdir ?!

Niyə, bu kimi tribunalardan Azərbaycanın müstəqilliyinə həmişə zərbə vurmuş rus imperiyasından, tarixboyu ermənistanın arxasında duran, Azərbaycan torpaqlarında ermənilərə dövlət quran rusiyadan, Xocalı faciəsini törədən 366-cı rusiyanın hərbi motoatıcı alayından, rus-erməni alyansının ərazi bütövlüyümüzə hərbi təcavüzündən danışmadınız?!

Azərbaycan Xalqının şərəfli tarixinə ləkə yaxmaq tapşırığın hardan alırlar?!
Axcfobiya kimlərə lazımdır ?!

Dünyaya Azərbaycan Xalqını çoban-çoluq kimi təqdim etmək cəhdi, ermənipərəst siyasət deyilmi ?!
Bunlara, 26 ildir qırıq val kimi,ilişidirib bir nöqtəni döyməyin sifariş sahibi hansı güclərdir? !
Təkrar-təkrar eyni məsuliyyətsiz sözləri və primitiv ifadələri, həm də dövlət başçısı olaraq beynəlxalq kürsülərdən danışmağa nə məcbur edir?!

Budurmu Heydər Əliyevin siyasi kursu və bu kimi anti-azərbaycan kursun siyasi mənəviyyatı və siyasi mədəniyyəti?!

Budurmu, vətəndaş həmrəyliyinə, xalq birliyinə, Qarabağ səfərbərliyinə götürülmüş siyasi kurs?!

Adamda Azərbaycan xalqına qarşı, AXC-nə qarşı bu qədər nifrət hardan qaynaqlanır ?!

Hakimiyyəti müəmmalar içərisində olan İlham Əliyevə, yönlənənməyə ehtiyac olan və izahsız sullar çoxdur…

—————————————————————————————

P.S.

Söhbət, Azərbaycan xalqından və tarixindən gedir, hansısa siyasi partiyalardan getmir. Ama, siyasi partiyaların bu məsələyə birgə münasibət bildirməməyi, konkret mövqe sərgiləməməyi də təəssüf doğurur. Tarixi saxtalaşdıranlara, Azərbaycan Xalqının tarixi haqqında subyektiv və primitiv fikirləri, beynəlxalq arenaya çıxaranlara “DUR!” deyilməlidir.

İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə nitqi

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. 25 oktyabr 2019, https://president.az/articles/3457…

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*