“BURASI LƏNƏTLƏNMİŞ MƏKANMIDIR, NƏDİR, …” !!!

PAYLAŞIN

“MƏKANDA QALAN AZSAYLILAR DA KÖLGƏ KİMİ…” !!!

(TARİXİN DƏRSLƏRİ SİLSİLƏSİNDƏN)

Fb-NİN ARXİVİNDƏN

Serdar ALİBEYLİ

8 апреля 2015 

ƏN YAXIN KEÇMİŞDE BELE HAKİMİYYETDE OLANLARIN ÖVLADLARI DİDERGİNDİ !!!

Azərbaycanın bu halına mail olan projedə icraçı olanların gələcəyi yoxdur. Təkcə yüzillərin o tayında deyil, ən yaxın keçmişdə belə hakimiyyətdə və siyasətdə olanların övladları didərgindi. Məkanda qalan azsaylılarlar da kölgə kimi, iddiasız keçinirlər, sadəcə nəfəsləri gedib gəlir. Çünki dəyişən rejimlər (hakimiyyətlər) yalnız qan, qada, fəlakətlə dəyişir, mədəni ötür-ötür yoxdur, gələn gedənin kökünü kəsir. Görünür, bu, hələ uzun müddət belə davam edəcək. Çünki projenin birbaşa məqsədinə xidmət edən davamlılığın bir istiqaməti də budur.

Filankəs filan əsrdə Azərbaycanda hakimiyyətdə olmuş sülalənin nəsil davamçısıdır və ya filankəs filan nəslin peşə davamçısıdır, dədə-babası kimi siyasətlə məşğul olur, deyə, barmağınızı kimsəyə tuşlaya bilməzsiniz. Kəsin olaraq yoxdur. Və belə görünür ki, yaxın gələcəkdə də olmayacaq.

Olarsa projenin davamlılığı pozular.!!!

Mehriban VƏZİR

———————————————————————————————-

Fb-NİN ARXİVİNDƏN

ALLAHSIZLIQ MƏKANI AZƏRBAYCAN !!!

Lənətlənmiş məkanmıdır, nədir, bilmirəm, burada xalqın aqibəti sadəcə məşəqqətlər içində mövcud olmaqdır. Və öz daimi ağrısızlığı, vurdumduymazlığı (və ara-sıra oyanışı-dirənişi) ilə mövcud olmaqdır. Bu mövcudluq kor-koranə, ictimai anlaqsızlıq halıdır.

Bu gün Azərbaycanda yüzil əvvəlki olaylar baş verir. Çox nəsnələr eynidir. Eləcə də ağa yanlısı kəsimlər içsavaşdadırlar. Bir kəsim rusun, bir kəsim qərbin, bir kəsim `dindaş`larının… uğrunda biri o birininin gözünü tökür. Azərbaycanda Azərbaycandan başqa hər kəsin, hər şeyin yiyəsi var.

Azərbaycanda Allhasızlıq həddində insafsızlıq var.

Bu, yeni dünya projesi – müasir Azərbaycandır. !!!

Mehriban VƏZİR

——————————————————————————————————-

Fb-NİN ARXİVİNDƏN

YOLDAŞINI GÖSTƏR, DEYİM SƏN KİMSƏN !!!

… xalqımızın qatili olan icraçı cəllad Mircəfər Bağırovun nəvəsi (yaxud, qardaşı nəvəsidir, deyirlər) Hüseynqulu Bağırov hakimiyyət komandasının üzvüdür. Bu məsələnin hörmətli nazirin fərdi kimliyinə dəxli yoxdur, o heç kimin cinayətinə cavabdeh deyil və heç pis adam da deyil, deyirlər. (Ümid edirəm Mircəfər adlı icraçı cəllada bəraət qazandırmaq kimi xəstə təxəyyüllə yazılan makulaturanın qələmi onun mürəkkəbinə-puluna batırılıb yazılmır. Yalnız ümid edirəm.)

Lakin xalqımızın icraçı cəlladı olan Mircəfər Bağırovun nəslindən birinin hakimiyyət komandasında uzun illərdən bəri vazkeçilməz şəkildə təmsil olunmasının mövcud hakimiyyətin kimliyinə çox ciddi dəxli vardır. Yoldaşını göstər, deyim, sən kimsən. !!!

Mehriban VƏZİR

——————————————————————————————

… ÇÜNKİ BİZDƏ İNSAN MİLLİ SƏRVƏT DEYİL !!!

Norveçdən gəlmiş qrupun moderatoru 38 yaşlı neft nazirini bizə təqdim edərkən qürurla dedi, onlar dördüncü nəsildir ki, siyasətlə məşğul olurlar. Təsəvvür edin, bir familiya dörd qurşaq nümayəndəsi ilə siyasətlə məşğul olur və seçilmiş müxtəlif hakimiyyət komandalarında dönəm-dönəm yer alır. Belə mötəbər nəsillər dövlətin kadr bankıdır. Ictimai hörmət və tarixi nüfuz əldə etməyin isə bir şərti var – profesionallıq və dürüstlük. (Dəyərləri irsən əldə etmək Norveçdə qiymətləndirilir.) Bu kimi kadrlar neft zəngini olan Norveçin əsas milli sərvətidir. Bizdə belə nümunə yoxdur. Çünki bizdə insan milli sərvət deyil. Bizdə insan nədir? Ehh, bu sualın cavabı qalsın, yeni mövzu aça bilər.
Yəqin Norveçdə də bizim nümunə ola bilməz; cümhuriyyət qurucusu Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə hakimiyyət komandasında təmsil olunmur. Çünki təmsil olunanlardan biliyi, bacarığı və şəcərəsi ilə `əskikdir`. Norveç kimi ölkələrdə hakimiyyət komandaları öz vitrinində belə ünlü isimlərin mövcudluğu uğrunda savaş aparır.!!!

Mehriban VƏZİR

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*