“… KOMSOMOLUN CANI İT CANIYMIŞ”!!!

PAYLAŞIN

“BU REJİMİ DƏYİŞƏ BİLƏCƏK TƏK CÜC XALQDIR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

1991-ci ildən başımdan çıxmayan bir not məni çox narahat edir deyə, həm bu narahatlığımı aradan qaldırmaq, həm də dövlətimiz daxilində baş verənlərə sizinlə birgə bir baxış edib,bölüşümək istədim.
Dəyərli həmvətənlər !

SSRİ-nin baş komsomolu, Ümumittifaq Lenin Komsomolçu Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, V.M Zyukin Moskvada komsomolçuların son 28 sentyabr 1991-ci tarixli, XXII fövqəladə qurultayında demişdir: “Kомсомол ушел в подполье”. ( Bu məlumat, o vaxt, “İzvestiya”, “Pravda”, qəzetlərində, televiziya və radiolarda verilib, həm də böyük səs-küyə səbəb olub.) 

Yəni, Komsomol gizli fəaliyyətə çəkildi. Onun bu mesajı, yəqin ki, keçmiş SSRİ respublikalarında olan səlahiyyətli komsomolçulara “Qiyafələrinizi-şüarlarınızı dəyişib maskalanın, təşkilatlanın, gələcək tapşırıqları gözləyin” göstərişi olub. 

Deyəsən, zaman-zaman yeraltından çıxıb normal cəmiyyətimizin formalaşmasına mane olmaqla məşğul olan “məğrur” komsomolçular, indi də dövlətimizi rusun ayaqları altına atmağa cəhd edə bilərlər. 

Bu gün, hakimiyyətdə köhnə kommunistlər olduğuna görə, onların mühafizəçiləri də köhnə komsomolçuların olması tam məntiqə uyğundur. Azərbaycan xalqı ilə milli düşüncə arasında əngəl olan yalançı millət fədailəri, eyni zamanda, Azərbaycan xalqı ilə anti-azərbaycan hakimiyyət arasında hakimiyyətlərini qorumaq məqsədilə siyasi təhlükəsizlik buferi yaradıblar və xalqın hakimiyyətə qarşı gerçək etirazlarını 26 ildir tam olaraq imitasiya etmək üçün vəzifələndiriliblər. Eyni proseslər keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalarda da baş verməkdədir. Bu məntiqin göstəricisi olaraq görsənən də o ki, ölkəmizdə milli demokratik düşüncəyə meydan, milli dəyərlərə yer yoxdur, xalq ictimai-siyasi proseslərdən kənarda tutulur. 1992-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bərpaçıları olaraq, Dövlət dilinin adını Türk dili olaraq qəbul etsək də, 1993-də yenidən Azərbaycanı silahlı yolla işğal edən Leninin-Stalinin-1937-ci illərin davamçıları olan kommunistlər, Türk dilini dəyişib “azərbaycan dili” etdilər və bununla da bizi, milli kimliyimizdən ayırdılar. Baxmayaraq ki, 1992-ci ildə dövlət dilimizin Türk olduğunu qəbul edilmişdi və 1995-ci ildə Elçi Bəy, dilimizin adının dəyişdirilib azərbaycan dili adlandırılmasına qarşı bəyanatlar versə də, başları deputat mandatı almağa qarışan “milli” qüvvələr Elçi Bəyin bu bəyanatlarına ciddi dəstək vermədilər. Milli kimliyi bəlli olmayan bir toplumun milli dövlət qura bilməyəcəyinə nöqtə qoydular. Məntiqi tamamlayan hərəkətlərdən də başlıcası, iqtidarlı, müxalifətli idarəetmə formasının avtoritar tərzdə olmasıdır. Xalqın təşkilatlanmasına imkan vermək istəməyən kommunistlər, özlərinin komsomolçulardan ibarət hazır təşkilatlarını önə çəkib, öz hakimiyyətlərinin mühafizəsini yaradıblar. 26 ildir, hakimiyyətdə olanlarla, müxalifətdə olanlarda heç bir dəyişikliyin olmaması, 26 ildir siyasi səhnənin və səhnədəkilərin dəyişməməsi, səhnəni quranların səhnədəkiləri müəyyənləşdirənlərə bağlı olması, bu ehtimalımın bir gerçək olduğunu təsdiq etməyə imkan verir. 

Beləliklə, keçmişi vəzifəli komsomollar olan “xalq fədailərini” tanımaq və onlardan uzaq durub, millətin əleyhinə apardıqları məqsədyönlü siyasətə alət olmamaq, yanlış mübarizə metodlarına son vermək, milli mübarizəyə yenidən baxışın və milli düşüncənin meydan almasına doğru təşkilatlanıb, xalqımızı da təşkilatlandırmaq istiqamətində dialoqlar başladılması, vacibdir… 
Onları tanımağa cəhd edin, tanıyın və yanlarını tərk edin. Bu da, mənim, vətənin fədakar övladlarına mesajım olsun. 

P.S.

Təbii ki, indiki yaşlı və orta yaşlı nəslin əksəriyyəti komsomol sıralarında ( məcburi) olublar. Söhbət, o zamankı vəzifəlilərdən, onlara tabe etdirilmiş əlamanlardan və bir sistemdən gedir. Millətimizə qarşı aparılan belə bir qorxulu siyasi sistemə qarşı, millətin bir dərnəyinin də olmaması, 1993-cü ildə məğlubiyyətə uğramış milli savaşın yenidən vüsət almağına böyük ehtiyac olduğunu diktə edir. Bu rejimi dəyişə biləcək tək güc xalqdır.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*