ÇİÇƏKLƏRİN LƏÇƏKLƏRİNNƏN,AĞACLARIN YARPAQLARINNAN ƏVVƏL ÖLDÜYÜ GÜN GƏLDİ AZƏRBAYCANDA !!!

PAYLAŞIN

…Dünyada danışmaq lazım olduğu anda susmaqdan böyük dərd yoxdu. İçimdəki “Böyük insan” olmaq istəyindən doğan hüzn və kədəri, ruhumdakı əbədiyyət qorxusunu “olmaq elə olmamaqdır” fəlsəfəsinin dumanı ilə ovutmaq istədim. “Göyü sevib yerin Adamı olmaq”dan qorxdum. “Haqq adından danışıb canından keçmək, mələklərin qanadından süzülən qanın yiyəsi olmaqdı” düşündüm. “Dünəndən sonra bu gün, bu gündən sonra sabah gəlir” düşüncəsi yaddı mənə. Bizim sabahımız bu gün, bu günümüz dünən olub həmişə. Şairi (Nəsimi, Füzuli, Cavid) qədər böyük, arxasında 1 milyon qaçqını dayanan, şəhidlərindən üzr istədiyim, əsgəri qədər kiçik və qorxaq məmləkətimizin taleyi dünyanın taleyidi elə. Biz dünəndən bu günə, bu gündən sabaha yox, təəssüf ki, sabahdan bu günə, bu gündən dünənə gedən bəşər övladıyıq.
Vüsallardan ayrılığı, yaxınlardan uzaqları gözəl, dilənçisi ilə hökmdarının, şairi ilə döyüşçüsünün, çadırı ilə sarayının, alimi ilə nadanının fərqlənmədiyi bir məmləkətdə kiməsə söz demək, ürəyini açımaq zor bir işdi!
Baş daşının çiçəkdən, iblisin  mələkdən gözəl göründüyü,  mələklərin Tanrıdan daha çox    sevildiyi gün gəldi! Dostlar, çiçəklərin  ləçəklərindən, ağacların  yarpaqlarından əvvəl öldüyü gündü  Azərbaycanda! Alimlə şairin günüdü bu gün hər kəsdən daha çox.
Şərəf və ləyaqəti təhqir olunan əsgər susubsa, alimin sözbəsöz səpdiyi iman, yurd sevgisinin nə vaxtsa mənim əkdiyim dar ağacına tuş olmayacağına kim zəmanət verə bilər?

Ovunmaz, tükənməz bir dərd içində:
Danışsam, söhbətim, sözüm bu ellər,
Duman içindədi bizim bu еllər.
Oturub ağlasam dəli deyəllər,
Oturub kədərli bir yazı yazım; – dedim.
(R.B.)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*