“CİNAYƏTKAR CƏZASIZ QALANDA, GÜNAHSIZ CƏZALANDIRILANDA …” !!!

PAYLAŞIN

İttiham aktına qarşı ittiham…

… və ya saxta ittihamçılara qarşı vicdanlı ittiham!!!

Aktın müəllifi – Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Qurban Səfərov.

Təsdiq edən – İstintaqın gedişinə prokuror nəzarətini həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun I müavini Rüstəm Usubov.

Ölkə Konstitusiyasına görə Azərbaycan Respublikasında İnsan Hüquqlarının qarantı dövlətin başçısı –prezidentidir. İlham Əliyev on altı ildir ki, bu vəzifəni işğal edmişdir öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlmək iqtidarında deyil, şəristəsizdir. Xalq qarşısında Konstitusiyaya, müqəddəs Qurani-Kərimə içdiyi anda sadiq deyildir. Sadə insanlar bundan əziyyət çəkir.

Artıq Azərbaycan sərhədlərindən kənarda belə tanışlar bir-biri ilə rastlaşanda hökmən “itboğuşduranların işi” barədə məlumat almağa cəhd göstərirlər. Bu işə xüsusi maraq ona görə göstərilir ki, cəmiyyətin sağlam düşüncəli hissəsini sözügedən faciə, sözün əsl mənasında, sarsıtmış, silkələmişdir.

Bütün həyatı hələ qarşıda olan, dünyaya gətirdiyi iki körpəni böyüdərək başa çatdırmaq, onları xoşbəxt həyatla qovuşdurmaq borcu olan gənc Azərbaycan kişisi öz azyaşlı oğlu, dostları, qardaşları və qohumlarının əhatəsində qətlə yetirilmişdir.

Qanlı hadisə mənim doğulduğum və 67 illik ömründən 17 ilini yaşadığım Yardımlı rayonunda baş vermişdir. Bu qara xəbəri mən bir az gec almışdım. Belə bir hadisənin baş verməsini qeyri-mümkün hesab etdim. Qərara gəldim ki, hadisənin, dəhşətin şahidlərindən biri ilə görüşüm və şüuruma yerləşməyən, əzab və iztirab çəkməyə vadar edən bu olaya bir aydınlıq gətirim.

Ziddiyyətli, çox ağır düşüncələr məngənəsində əzilməyimə baxmayaraq cənuba yola düşdüm.

Respublika hüquq-mühafizə orqanlarında əfsanəvi təhqiqatçı – müstəntiq kimi tanınan, öz təmizliyi, saflığı və şəffaflığı ilə insanlarda özünə qarşı hədsiz sevgi və sayğılar qazanmış, uzun müddətdir ki, dostluq etdiyim əslən Yerikli olan Əkbər Rüstəmovdan mənə yol yoldaşlığı etməyi xahiş etdim.

Burada mənim məqsədim Əkbər müəllimə təkcə yol-yoldaşı olmaq və onun hər bir həqiqəti özünəməxsus tərzdə çatdırmaq, ona əlavə etdiyi maraqlı açıqlamalarla  uzun yola qısa körpü salmaq deyildi. Mən elə hesab edirdim ki, 50 ilə yaxın müddətdə bu tip hadisələri yaşamağa məcbur olmuş bu ali insan mənim qaranlıq düşüncələrimə hansısa bucaq  (bilmirəm iti, yaxud kor) altında işıq salacaq, əzab və məşəqqətlərimi az da olsa yüngülləşdirəcəkdir.

Qarşısına çıxan, təhqiqatını aparmış olduğu bütün hadisələri çox qısa müddətdə xüsusi ustalıqla aça bilmiş bu nəhəng hüquqşünas, buna necə nail olduğunun sirrini dilə gətirərək etiraf etdi ki, hər bir işin təhqiqatına başlamazdan əvvəl onun məntiqini aydınlaşdırmış, bununla da kələfin qırılmayan ucunu əlinə keçirməklə, işin sükanını öz iradəsinin tabeliyinə ala bilmişdir.

Əkbər müəllim özünəməxsus təmkin və sakitliklə danışdıqca yaşamağa məcbur olduğumuz Azərbaycanda bu problemlərin kimlərin idarəçiliyində olduğunu düşüncə kəfkirimdə süzdükcə narahatlığım sürətlə artır, nəfəsimin çatmadığını, ürəyimin döyüntü ritminin pozulduğunu hiss edirdim. Respublikada cinayətkarlıqla məşğul olmalı olan prokurorluqdan yaddaşımda yalnız zərli furaşkalar  (papaqlardan – əgər belə adlandırmaq mümkündürsə) canlandıra bilirdim. Əsaslı şübhəm vardı ki, korrupsiya və rüşvətin içəridən ovaraq məhv etdiyi, rəhbərliyi tamahından və bununla bağlı digərlərindən yüzdə-yüz faiz asılı vəziyyətdə olan bir orqan belə bir məsuliyyətli işin öhdəsindən gələ bilsin. Dəqiqləşdirəndə ki, istintaq qrupuna əslən Ordubaddan olan Qurban Səfərov rəhbərlik edəcək, onda ümidlərim tamamilə söndü. Çünki, prokurorluğun təcrübəsindən mənə məlum idi ki, Rüstəm Usubov istintaq materiallarının içərisində eşələnməyi öz şəninə sığışdırmır, ibtidai istintaqa prokuror nəzarəti bütövlükdə formal xarakter daşıyır. İttiham aktı adlandırılan sənədi biraz qalın olmaqla Gədəbəy kartofunun alqı-satqısı barəsində fakturalardan tikdirsən belə Usubov açıb oxumur. Bundan sonra bazar sövdələşməsi qüvvəyə minir.

Sonra növbə Fikrət Məmmədovun tam bazar iqtisadiyyatı əsasında fəaliyyət göstərən Məhkəmə Hüquq Şurasında (tam səmimi olmaqla oxucularımın nəzərinə çatdırıram ki, bəlkə İlham Əliyevin səriştəsizliyindən özünün də korrupsiya çirkabına bulaşdığından sui-istifadə etməklə ətrafı və şərikləri tərəfindən cəhənnnəmə çevrilmiş bu məmləkətdə yaşayanlardan mənim qədər ora gedib-gəlmək məcburiyyətində olan ikinci bir bəxtsiz tapmaq mümkün deyil) mövcud bazar qiyməti ilə haqqını ödəməklə məhkəmələrə göndəriş (putyovka) almış və bu gün fəaliyyətinin ilk saatından xərclərini bərpa etməyə çalışan hakimlərin əlinə keçir. Qovluğu açan məruzəçi və sədrlik edən hakim onun səhifəsindən öncə prosesin nəticəsində marağı olanın müvafiq yatırımı etdiyini gördükdə, bu “başadüşənliyi” dərhal yüksək qiymətləndirir. Davamında hər şey yağ kimi gedir. “Hörmət” dərhal yuxarılar, məhkəmə, prokuror, sair xırda məsrəflər, xərclər statyaları üzrə əmsallara vurulur və “zəhmətkeş”lərin haqları çatdırılır. Zakir Qaralov prokurorlarının və Fikrət Məmmədovun məhkəmələrinin əsl mahiyyətini bilmək istəyirsinizsə – bundan ibarətdir. Ölkəni məhvə sürükləyən bunlardır.

Səlahiyyətlilərin nəzərinə çatdırıram YAP hakimiyyətinin banisi Heydər Əliyev demişdir. Hakimiyyət iki halda çökür, süquta uğrayır.

1. Cinayətkar cəzasız qalanda

2. Günahsız cəzalandırılanda

İlham Əliyev və onun YAP talançılarından və quldurlarından ibarət komandası bu postulatı dərk edə bilmir.

Kiminsə daxilində bu fikrə qarşı şübhə cücərməsi ehtimalı varsa konkret bir nümunədə fikrin əsaslı yox, tam əsaslı olduğumu sübut etdim.

Mən tam qanuni əsaslarla Sumqayıtda fərdi ev tikdirərək 1999-cu ilin noyabrında istifadəyə vermişəm.  O vaxtlar bu məsələləri tənzimləyən qanunçuluq bazasının mükəmməl olmadığı nəzərə alınaraq, boşluqları doldurmaq üçün Sumqayıt SİH başçısının xüsusi sərəncamı da verildi.

2014-cü ilin sonlarında mən evimin Dövlət Reyestrinə daxil edilməsi üçün DƏK-ə müraciət etdim və tikintinin qanuniliyini təsdiq edən sənədləri arxiv toplusu şəklində təqdim etdim.

DƏK-də mənə qarşı açıq cinayət edildi. 400 000 (dörd yüz min) manat məbləğində rüşvət tələb etdilər və əsas kimi göstərdilər ki, onlar fondun (sözsüz ki, adını çəkəndə pıçıltıya verirdilər) “payı”nı çatdırmalıdırlar.

Mən 20 ilin dövlət qulluqçusu olaraq, onun qanunlarına inanır və xüsusi sayğı ilə yanaşdığımdan əmin idim ki, məhkəmədə ədalət bərpa ediləcəkdir. Çox keçmədi Sumqayıt məhkəmələri mənə sübut etdilər ki, kobud səhvə yol vermişəm. Məhkəmələr fəaliyyətlərində rəflərində toz basmış qanunlar yox, əlahəzrət pulu rəhbər tuturlar. Onurğa sütunu korrupsiya və rüşvət üfunəti verən hazırkı hakimiyyətdə başqa cür düşünənlərə yer yoxdur. Hökm vermək səlahiyyəti qatı cinayətkarlardadır. Bunu başa düşmək istəməyənlərsə dizə çökdürülür.

Mən məhkəmələrdən ümidimi üzüb prokurorluğa pənah gətirdim. Söhbət korrupsiya və rüşvətdən getdiyi üçün araşdırma Rüstəm Usubova tapşırıldı. Oxucularımın yaddaşını təzələyərək bildirirəm ki, bu zərli, furajkalı, səliqəli prokuror mundirli, xalqın pulu hesabına alınmış bahalı avtomobildə gəzən, xüsusi konfortlu kabinetdə əmirlər verən məmurun işi çox böyük zəhmət çəkərək mənim toplum şəklində olan arxiv çıxarışımın içərisindən sonradan yoxluğunu imtinaya bəhanə göstərmək üçün hansı sənədin çıxarılaraq yox edildiyini müəyyən etməkdən ibarət idi.

Bu, icrası çox “problem”li olan işi həyata keçirən bu möhtəşəm dövlət məmuruna dəstək olmaq üçün mən ikinci arxiv toplusunu gətirdim.

Bu hadisənin üstündən artıq beş il keçib, ancaq əməliyyat şəraiti çox mürəkkəb olduğundan (ermənilər ciddi maneələr törədirlər) sözügedən kağız vərəqi Usubovun mühakiməsinə təslim olmamışdır. Mənsə məhkəmələrə gedib-gəlməkdən təngə gəldiyim üçün işin başını buraxmışam.

Hörmətli oxucular mən bu tərtibdən olan yüzlərlə misallar gətirə bilərəm. Ancaq burada əsas məqsədim ondan ibarətdir ki, Sizin hər birinizdə mahiyyəti talan, soyğunçuluq, quldurluq və kağız üzərinə köçürməyi özümə təhqir hesab etməli olduğum digər keyfiyyətlərdən ibarət olan, baş prokurorluq adlanan qurum barəsində real təsəvvür yaratmaqdır…

Yardımlıda iki dost ailədə faciə baş verdi, ağır itki oldu. Yardımlı prokurorluğu ortaya çıxdı, istintaq hərəkətlərinə başlandı. Bu belə də olmalıdır.  Azərbaycan dövlətdir, onun qanunları var və bu qanunların keşiyində duranlar da əksik deyil. Amma bir əlahəzrət həqiqət də ortada vardır ki, bütün bunlar yalnız kağız üzərindədir. Nə bilim amerikanlar, avropalılar, ruslar və s. və i.a –lar qarşısında hesabat verilməsi və YAP-ın işğal etdiyi hakimiyyətdə ömrünü daha da uzatmağa xidmət edir.

Bunların sadə azərbaycanlıya heç bir dəxli yoxdur.  Bütün hallarda əzilməyə məhkum olanlar əzilir, hüquqları tapdalanır, yekunda təqsirləndirilən qismində əsil cinayətkarlar qarşısında cavab verməli olurlar.

Yardımlı hadisələrinin (itboğuşduranlar) istintaqının davam etdirilməsi gözlənilmədən və heç bir zərurət olmadığı halda Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə ötürülür.

Beləliklə, “itboğuşduranlar”ın taleyi səmimiliyinə, professionallığına, ümumiyyətlə millətinə və xalqına sevgi hissləri ilə fərqlənməyən cütlüyün inhisarina verildi.

İstintaq materialları ilə tanışlıq məni dəhşətə gətirdi. Nə dərəcədə özünə arxayın olmalısan ki, hər addım başı prosessual qanunların tələblərini nümayişkəranə formada pozasan, günahsız Azərbaycan vətəndaşlarını təcridxanalara tullayasan, azyaşlı uşaqları, onların ailələrini, qadınları, yaşlıları gözüyaşlı qoyasan (ailənin ağbirçəyi Gülqədəm Hüseynova ağır zəhməti hesabına bir  evi –altı evə çevirmiş, kənddəki hazırkı dözülməz vəziyyətə tab gətirib doğma torpağı tərk etməyən 18 ailədən 6-sı bunlardır.  Ailədə vətən üçün 20 nəfərdən artıq əsgər yetişir. Usubovun harınlamış istintaqçılarının törətdikləri özbaşnalıqları, qanunsuzları, ədalətsizliyi həzm etməyə ürəyi tab gətirmədi və artıq iki aydan çoxdurki torpağın altındadır).

Prokurorlar, hakimlər və  insan talelərini çox ucuz qiymətə alıb-satmaqla məşğul olan digər YAP-çıların nəzərinə çatdiriramki bu oyuna aludəçiliyi yaddan çıxarsınlar.

Hər bir qeyri-insanı və qanunsuz hərəkət, sui-isdifadə üçün bir gün cavabdehlik peyda olur. Bu adətən o vaxt insanların qapısını kəsir ki, əlindən dərin peşmançılıq hissi keçirməkdən başqa bir şey gəlmir.

Mühüm işlərin istintaqçısı Qurban  Səfərov  birbaşa rəhbəri olan Rüstəm Usubovdan haqqı-nahaqqın ayağı altına yixaraq qurban kəsmək altında son ən dəyərli göstərişi aldiqdan sonra, əgər onun yazdığına inansaq 14.09.2019-cu il saat 10:00 da kifayət qədər sübutlar toplandığı və istintaq başa çatdığı üçün 8 aylıq “ zəhmət” nin bəhrəsini toplamağa – İttiham Aktını yazmağa başlamışdır.

Tanış olmağa imkan verilmiş sənədlərdə belə bir zərurətin harada doğulduğuna aydınlıq gətirə bilmədik. Mən Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər (itboğuşdurma deməli, düşmən tərəfə hərbi sirləri satanların işlərindən də mühüm imiş – biz nə qədər dar düşüncəliyik ki, bunu vaxtında başa düşərək dəyərləndirməmişik, bütün ağıllı başlardan üzr istəyirik) üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Qurban Səfərovun 190846002 saylı cinayət işinin sükanı arxasına oturdulması xəbərini necə deyərlər bir az ziddiyyətli hisslərlə qarşıladım. Bunun əsas səbəbi isə ilkin istintaqın gedişinə prosesual nəzarətin bütövlükdə Rüstəm Usubovun əlinə keçməsi ilə bağlıdır. Çünki, bu personaya inanmamağa, onu prokurorluqda yüksək vəzifə tutmağa layiq hesab etməməyə, nəhayət, bir sözlə, onun özünün ağır cinayət xarakterli əməllər sahibi olduğunu söyləməyə kifayət qədər arqumentlərim vardır.

Ağır Cinayətlər üzrə Lənkaran məhkəməsinə təqdim olunmuş  190846002 saylı cinayət işində ədalət məhkəməsinə xələl gətirən, xalqda bu orqana qarşı nifrət yaradan iki təhlükəli məqama diqqət yetirilməlidir. Yüzdə-yüz faiz korrupsiyalaşmış və rüşvətlə nəfəs alan, Qaralov və Usubov tərəfindən  istiqamətləndirilən (rəhbərlik sözü bu hal üçün doğru ifadə deyil) prokurorluq çox asanlıqla heç bir əlavə əziyyət çəkmədən, özlərinə sərf edən formada prosesin digər iştirakçılarını öz cinayətlərinə şərik edirlər.

Mənim sözün əsl mənasında o hakimlərə, məhkəmə sədrlərinə yazığım gəlir ki, prokurorların primitiv, savadsız, kifayət qədər ziddiyyətli cızma-qaralarına quzu kimi tabeçilik edir, günahsız insanları qazamatlara atır, onların ailələrini dağıdır, zavallı tifil uşaqları aclığın-yalavaclığın ağuşuna verirlər. Onlardan çoxları qılıncı əlindən düşdükdən sonra ziyarətgahlara üz tutur, indi dəbdə olan titullar qazanırlar.

Belələrinə şadmı deyim, bədmi deyim bir xəbərim var. Amma dərhal deyəcəm. Axı, mən Xoşqədəmin yerişini gedə bilmərəm, heç bilmək istəsəniz başmaqlarında da gözüm yoxdur.

-Uca Allah ancaq öz qarşısında edilmiş günahlardan keçən – bağışlayandır. Kiminsə haqqına girməklə özünü cəhənnəm oduna yanmağa məhkum edənlərin günahlarının bağışlanması, bizim başa düşdüyümüz dildə desək, Allahın səlahiyyətində deyil. Allah heç bir yaratdığının haqqına girməz.

Bu işin təhlili mənim diqqətimi daha vacib və maraqlı bir problemin mövcudluğuna çəkdi. Bu vəkillik institutunun faktiki olaraq formal xarakter daşımasıdır.

Zamin Hüseynovun vəkili Quliyev Mahir Xəlil oğlu sözün əsl mənasında fədakarlıq edərək Bakı şəhər Nəsimi rayon məhkəməsi (hakim Elməddin Mirpaşa oğlu Hüseynov – mir ona qənim olsun) qarşısında vəsatət qaldıraraq irili-xırdalı bütün təfərrüatları izah edir və tam sübuta yetirir ki, Yardımlı rayon məhkəməsinin 07.03.2019-cu il tarixində Zamin Hüseynov barəsində həbs qəti imkan tədbiri seçilməsi haqqında qərarı yüzdə-yüz faiz qanunsuzdur və ləğv edilməlidir.

Elməddin Hüseynov bəlkə də nə bilim heç yazdığını özü də dərk etmir.

Yardımlı rayon məhkəməsinin qərarını qüvvədə saxlayır.

Müdafiəçi təqsirləndirilənlə yanaşı özünün haqqının tapdalandığı ilə razılaşmır. Bakı Apellyasiya Məhkəməsində qanunsuz qərarı apelirovat edir.

Hakimlər Babayev (hayıf mənim familiyamdan onu haqqı-nahaqqa dəyişənlər də daşımaq hüququna malikdirlərsə gərək mən onu dəyişim) Qədim Xalid oğlu (sədr, məruzəçi) , Səfərov Rizvan Kamal oğlu və Abdullayev Rəşad Məhərrəm oğlu haqqı tapdalamağı üstün tuturlar. Elməddinin qərarının müdafiəsinə qalxırlar.

İstintaq materiallarında aydın sezilən bir xəttə də oxucuların diqqətini cəlb edirəm. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 24 fevral 2019-cu ildə tərtib etdiyi 01 saylı ekspert rəyində elə ilk səhifədə belə bir yazı diqqətimi cəlb etdi.

“Yardımlı rayonu, Şovut kənd sakini, 1993-cü il təvəllüdlü Teymur Hüseynov Ləzran kənd sakini 1985-ci il təvəllüdlü Bəhruz İsgəndərov arasında baş vermiş mübahisə zamanı Teymur Hüseynov Bəhruz İsgəndərovu qəsdən öldürmək məqsədi ilə üzərində olan bıçaqla Bəhruz İsgəndərova bir neçə zərbə vurmuş və nəticədə o ölmüşdür.”

Bu istintaq orqanının ekspertiza qarşısında qoyduğu suallar bölməsində əks etdirilmişdir.

Deməli, əmrə tabe olan və imzaladığı kağızlar insanların taleləri üzərindən qara xətt çəkilməsi üçün müzakirəsinə imkan olmayan sənəd kimi qəbul olunan ekspertlər hansı nəticələri əldə etmək üçün rəy düzüb-qoşmalı olduqlarına birbaşa göstərişlərini almış olublar.

İşin materiallarında yuxarıda qeyd etdiyim “MTE və PA” ETT birliyinin digər bir rəyi də vardır. Bu rəy üçün lazım olan işlər 02.05.2019-dan 24.05.2019-cu ilə kimi görülmüşdür.

“Nəticə… Vətəndaş Teymur Hüseynovun bədənində müəyyən edilmiş xəsarətlər – başın təpə nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın, ola bilər ki, ağacın və gövdənin önündə döş qəfəsinin sol yarısının orta körpücük xətti üzrə VI – VII qabırğa səviyyəsi nahiyyəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası kəsici-deşici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə tarixi 23.02.2019-cu ilə uyğundur.

Qurban Səfərovun təhqiqat dairəsi bu vacib halları əhatə etmir, heç bir aydınlıq gətirilmir. Teymur Hüseynovun başını əzənlərin, bıçaqlayanların müəyyənləşdirilməsi məqsədi ilə barmaq-barmağa belə toxundurulmamışdır.

Burada müstəqil təhqiqatçıların diqqətini daha bir vacib detal cəlb etmişdir. Cəlilabad mərkəzi xəstəxanasında Teymur Hüseynova göstərilmiş tibbi yardım barəsində müvafiq jurnallarda olan qeydlər əsaslı şəkildə saxtalaşdırılmışdır. Bununla maraqlanmağa cəsarət tapanlara ciddi xəbərdarlıq edilmişdir ki, xəstəxana kağız üzərində dövlətin olsa da onun həqiqi sahibi Kərəmdir. Kərəmi isə respublikada tanımayanlar özlərinə tabe olmayanlardır.

Yada salıram. Kərəm o Kərəmdir ki, onun əlindən tutaraq adam içərisinə çıxarmış, vəzifə vermiş Əliyev qardaşlarını məhv etmək istəyən qüvvələrə yaltaqlanaraq istintaqı yalan məlumatlarla təchiz etdi. Məhkəmələrdə bu saxtakarlığa göz yumuldu. Ölkədə Kərəmi prosesə gətirə bilən qüvvə tapılmadı. Bununla da, prokurorluqlar, məhkəmələr və hakimlər Kərəmin ayağının altına tullanmış oldular. Hələ bu gün də bu bədbəxtlər o vəziyyətdədirlər.

Xəstəxananın adını tutmağa belə cəsarət göstərənlərin aqibətlərinin necə olacağı barədə fikir söyləmək heç də çətin deyildir.

Kərəmin xalqdan və dövlətdən oğurladıqlarının məbləği artıq trilyon Amerika əskinasları ilə ölçülür. Hər şeyin satıldığı və alındığı ölkədə belə bir imkana malik olan personanın qarşısına kim çıxa bilirsə – buyursun.

Q.Səfərovun istintaqının ümumiyyətlə bu işlə heç bir əlaqəsi yoxdur.

İstintaq cavab tapmağa borclu olduğu heç bir sualın öhdəsindən gələ bilməmişdir. Ona görə də oğul, ər , ata, qardaş , dost itirmiş adamların haqlı suallarına cavab vermək mümkün deyil.

Öldürülənlərin qatili, ölümcül yara alana xəsarət yetirənin kimliyi barəsində heç bir səlih məlumat vermək mümkün deyildir.

Bəhruzun qətlini və Teymurun ölümcül yaralanması üçün cavabdehliyin onların üzərinə atılması ən azı növbəti cinayətdir.

Bəhruz böyük Teymur kiçik qardaşdır. Bu onların özlərinin seçimi olmuşdur.

Hamı bilir ki, Bəhruz Teymura əl qaldırmaz, Teymur isə Bəhruza ancaq və ancaq qulluq göstərə bilər. Bu həqiqətdir. Qurban Səfərov bundan sonra daha 50 ailədən ibarət yalan-palan yazsa da yuxarıda qeyd olunan həqiqətlərin üstündən xətt çəkə bilməyəcəkdir.

Üzümü adını təhqiqatçı qoymuş, əslində nə ilə məşğul olduqlarını bilməyən Səfərov komandasına tuturam. Əzizlərini Siz iflasa uğramışınız günahsız yerə həbsdə saxladıqlarınızdan üzr istəməyi, məhkəmədən onlara bəraət verməyi, dövlətdən vurulmuş ziyanı kompensasiya etməyi xahiş etməyə özünüzdə cəsarət tapın.

Yalnız bu Sizləri Uca Allahın qəzəbindən qurtara bilər.

Ey aidiyyatı orqanların vəzifəli şəxsləri mən üzümü Sizə tuturam və deyirəm. Cinayətkar hakimləri dayandırın. İnsanları silaha sarılaraq bu harınları və azğınları, qanunları döşəmə əsgisi yerinə tapdalayanları həyatdan silməyə sövq etməyin. YAP-ın korrupsiya və rüşvət üfunəti verən üsul-idarəsi artıq məhv olmuşdur, çökmüşdür.

Elşən Hüseynovun vəkili Meybulla Həbi oğlu Məcidov təkrar –təkrar Qurban Səfərova və baş prokuror Zakir Qaralova vəsatətlər ünvanlayaraq onun qeyri-qanuni həbs edildiyinə diqqət çəkir və xahiş edir ki, prokurorluğun səlahiyyətlərindən kəsici alət kimi istifadə edilməsinə son qoysunlar.

Haqq səslərinin eşidilmədiyini və bu yükə tab gətirə bilməyəcəklərini gördükdə bu vəkillər müdafiəni davam etməkdən imtina etdilər.

Bu fakt hesab edirəm ki, bütün Azərbaycan cəmiyyətini, hüquq müdafiəçilərini, aidiyyatı üzrə vəzifəli şəxsləri dərin düşündürməlidir.

Unutmaq lazım deyil ki, bu gün Azərbaycanda birinci şəxs öz yerində deyilsə, o səriştəsizdirsə, nəhayət xalq qarşısında hər bir vətəndaşın hüquqlarının qarantı kimi içmiş olduğu andı elə o andaca unudubsa, növbəti mümkün yalan hesab edibsə, elə belə də davam edəcək.

Xeyr bu belə ola bilməz. Mən şəxsən 1988-ci ilin 28 fevralında Sumqayıt şəhərində situasiyanın nəzarətdən çıxdığı anı öz gözlərimlə görmüşəm. İnsan axını sel forması alanda o bir an içərisində hər şeyi məhv edir.

İ.Əliyev , F.Məmmədov, Z.Nəqdəliyev, F.Ələsgərov, Z.Qaralov və s. və i.a –lara da ola bilsin ki çox da uzaqda olmayan gələcəkdə vəkillər lazım oldu.

  Bilin ha bu labuddur hökmən olacaq. Görək onda hansı mahnını oxuyacaqlar.

  Oxucuları yorduğum üçün üzr istəyir, İlham Əliyevin sonda nəzərinə çatdırıram ki, bütün ittihamlar Sizin ünvanınızadır. Buyurun cavab verin!!!

  Və nida işarələri!!!!!!!!!!!!!!!!!!

Oxucularıma dərin hörmət və sayğılarımla:         

Tahir Babayev

tel:050 331 58 11

23.10.2019.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*