“DAİMA SƏFƏRBƏR OL, 50 MİLYONLUQ AZƏRBAYCAN!”!!!

PAYLAŞIN

“Səfərbər ol ki, dövlətimiz qorunsun, Xalqımız əsarətə düşməsin!”!!!

Aydın Şükür

29 noyabr 2020

Salam dostlar!!

AXC-yə qarşı başladılmış qarayaxma kampaniyası nədir?!

Niyə? Bundan kimlər nə qazanmaq istəyirlər?!

Nədən Rusiya bu qədər narahatdır?!

Kimdir, nədir bu AXC?!

Zamanında Rus-sovet imperiyasına qarşı Milli Azadlıq savaşı aparmış AXC-yə alternativ olan və yaxud alternativ ola bilən siyasi partiya, hər hansı bir ictimai birlik, bir güc var idimi? Yox, yoxuydu!

Bəs Rusiya indi, 27 ildən sonra, təkrar Azərbaycana soxulub və niyə narahat olur ?! Niyə də narahat olmasın?! Rusu, ayını qovandan da betər zopayla qovub çıxarmışdıq torpaqlarımızdan. Bu ayı, 27 ildir çəkilib mağarasına donquldayırdı, 27 ildən sonra yenidən pəncəsini soxdu torpaqlarımıza və vaxtı ilə onu zopayla

torpaqlarımızdan qovub çıxaran Möhtəşəm Xalqımızın Möhtəşəm Birliyinin zopasından qorxusunu biruzə verir. Həssas siyasi dönəmimizdə, həm Qarabağla, həm də rus ordusunun ölkəmizə soxulması ilə bağlı saysız-hesabsız suallar artmaqdadır….

Rus-erməni alyansına AXC nələr etdi və necə etdi, əsas olan, kiminlə-hansı güclə etdi ?!

Əvvəla AXC, kiçik bir qrup, hansısa bir böyük partiya yox, 7 milyonluq Azərbaycan Xalqını əhatə edən, strukturlarını rusun müdafiə naziri Yazovun da dağıda bilmədiyi azman bir ictimai-siyasi təşkilat olub və ümumi baxışla gördüyüm və uyğun bildiyim bunlardır:

1. AXC, 7 milyon Azərbaycan Xalqı ilə, Milli Birlik yaradıb Milli Azadlıq və ərazi bütövlüyü savaşına başladı.

2. AXC, 7 milyon Azərbaycan xalqı ilə səfərbər olub, ziyalısından-akademikindən tutmuş, ən adi peşə sahiblərinə kimi, uşaqlı-böyüklü Azərbaycan Xalqını təşkilatlandırdı.

3. AXC, 7 milyon Azərbaycan Xalqı ilə 1989-1992-cı illərdə rus ordusunu, erməni silahlılarının qarşısına əliyalın çıxdı, erməni ilə söz və yumruq davasından başlayıb, ordu quruculuğu apara-apara strukturlaşmış müdafiə nazirliyi qurmaqla, düşmənlə aviasiya, reaktiv artilleriya həddində müharibə apardı.

4. AXC, 7 milyon Azərbaycan xalqı ilə Rus-erməni alyansının törətdiyi 20 yanvar soyqırımını yaşadı və gözü qorxmadı.

5. AXC, 7 milyon Azərbaycan xalqı ilə Yaşadığı 20-yanvar Şərəf Gününün Şəhidlərini, Rus-erməni alyansının Azərbaycanı işğal etdiyi terror ordusunun üzərinə yenə də əliyalın çıxıb, 22 yanvarda bir Xalq olaraq, Milli Birliyi pozulmadan ümumrespublika dəfn günü keçirdi.

6. AXC, 7 milyon Azərbaycan Xalqı ilə, 1990cı ilin payızında, son 70 ildə ilk dəfə olaraq Xalqın iştirak etdiyi parlament seçkiləri keçirdi.

7. AXC, 7 milyonluq Azərbaycan Xalqı ilə parlamentdə 41 nəfər deputatdan ibarət Demblok yaratdı və 1991-ci ildə Ali Sovetdə Demblok, Azərbaycanın müstəqilliyin elan etdi.

8. AXC, 7 milyon Azərbaycan Xalqı ilə, 1992-ci ildə hakimiyyətə gəldi.

9. AXC, 7 milyon Azərbaycan Xalqı ilə Qarabağın 52%- işğaldan azad etdi.

10. AXC, 7 milyon Azərbaycan Xalqı ilə, Rusiyanın işğalçı ordusunu Azərbaycandan çıxardı. Azərbaycan Xalqının belə bir Milli Birliyindən niyə də çəkinməsin Rus-erməni alyansı?!

11. Nəhayət, AXC, 1993-cü ilin iyununda, 7 milyon Azərbaycan Xalqı ilə bir yerdə, ölkəmizdən qovulan Rusiyanın işğalçı siyasəti ilə devrildi.

İndi, 2020-ci ildə də, zamanında 5 il mücadilə və müharibə aparan təcrübəli Azərbaycan Xalqı, 27 ildən sonra yenidən öz iradəsini ortaya qoyub Milli Birlik yaratdı, torpaqların işğaldan azad olunması uğruna döyüş meydanına atıldı, əsgərinin yanında və arxasında durdu və düşməni darmadağın etdi. Bu Milli Birliyi heç kim yaratmadı, hamı yaratdı. Bu Möhtəşəm Birliyi, Azərbaycan Xalqının savaş ruhu, intiqam hissi, azadlıq istəyi, dövlət anlayışı, dövlətçilik əxlaqı yaratdı. Düşməni qorxudan budur!

Rus-erməni alyansı, Azərbaycan Xalqının Milli Birliyindən başqa heç nədən, heç kimdən çəkinmir. Bu səbəbdən də bu kampaniyanı aparırlar ki, Azərbaycanda nə olursa olsun, Milli Birlik olmasın. Bu kampaniyanı aparırlar ki, rus ordusunun Azərbaycanda xoşməramla olmadığını və bu bədməramlı işlərini ört-basdır eləsinlər.

Bu qarayaxma kampaniyası, heç bir şəxsə, fərdə qarşı deyil, bu kampaniya, Azərbaycan Xalqının Milli Birliyinə qarşıdır.

Təəssüflər olsun ki, bu kampaniyanı öz üzərinə çəkib siyasi xal qazanmaq niyyətində olanlar da var və onlar, bu davranışları ilə, Azərbaycan Xalqının diqqətini məsələnin əsl mahiyyətindən yayındırmağa xidmət eləyirlər.

Rusiyanın əli və ayağı torpaqlarımızdan çəkilməyənə kimi fitnə-fəsad davam edəcək, xalqımız və dövlətimiz təhlükədə olacaq.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Allah Qazilərimizə can sağlığı versin!

Allah, Ordumuzu, Xalqımızı və Dövlətimizi qorusun !

Daima səfərbər ol, 50 milyonluq Azərbaycan! Səfərbər ol ki, dövlətimiz qorunsun, Xalqımız əsarətə düşməsin!

Dostlar, mən baxanda məsələnin əsl mahiyyətini belə görürəm, bəs siz ?!

———————————————————————————————

P.S.

Xahiş edirəm, mövzuya mahiyyəti üzrə yanaşaq. Söhbət, kimlərdənsə yox, xalqımızın və dövlətimizin taleyindən getməlidir.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*