
“Bütün dünyanın gözü qarşısında öz miqyasına görə misilsiz bir faciə oynanılacaq –
DÜNYANIN ƏN ƏYİLMƏZ XALQININ QƏTLİ FACİƏSİ.”!!!
Fb-NİN ARXİVİNDƏN
“DALLES PLANI”
Müharibə bitəcək və hər şey birtəhər də olsa, yerbəyer olacaq, sakitləşəcək. O zaman biz bütün olanımızı, qızıl və digər maddi imkanlarımızı insanların kütləşdirilməsinə və axmaqlaşdırılmasına sərf edəcəyik! İnsan beyni və adamların düşüncəsi dəyişməyə meyllidir. Beyinlərdə və düşüncələrdə xaos toxumları səpməklə, biz gizlicə onların dəyərlərini saxtaları ilə əvəz edəcəyik. Və insanları məcbur edəcəyik ki, bu saxta dəyərlərə inansınlar…
Necə? Biz Rusiyanın (SSRİ nəzərdə tutulur – S.Ə.) özündə həmfikrilərimizi, silahdaşlarımızı və müttəfiqlərimizi tapacağıq. Bütün dünyanın gözü qarşısında öz miqyasına görə misilsiz bir faciə oynanılacaq – dünyanın ən əyilməz xalqının qətli faciəsi. Bu xalqın, özünüdərki birdəfəlik və dönməz olaraq söndürüləcək. Ədəbiyyatdan və incəsənətdən yavaş-yavaş onların sosial mahiyyətini çıxaracaq, yaradıcı insanları başqa yönlərdə öyrədərək, onlarda yaradıcılıq həvəsini öldürəcəyik. Məsələn, onları xalq kütlələrinin dərin qatlarında gedən proseslərin tədqiqinə yönəltmək mümkündür. Ədəbiyyatda, teatrda, kinoda düşündüyümüz hər şeyin, insanlığın ən alçaq hisslərinin belə, ən böyük nailiyyətlər kimi təqdim olunmasına nail olacağıq. Bütün mümkün yollarla bizim istədiyimiz yöndə işləyən yaradıcı insanları dəstəkləyəcək və cəmiyyətin önünə çıxaracağıq. O insanlar ki, cəmiyyətin şüurunda zorakılığın, sadizmin, satqınlığın, seksual həyasızlığın, bir sözlə bütün növ əxlaqsızlıqların və mənəviyyatsızlıqların, ən yüksək həyat tərzi kimi oturuşmasını təmin edəcək, insanların şüuruna pərçimlənməsini təlqin edəcəklər. Dövlətin idarəçiliyində isə xaos və qarmaqarışıqlıq yaradacağıq.
Çox aktiv şəkildə və daimi olaraq, hiss etdirmədən məmurların özbaşınalığına, rüşvətxorların prinsipsizliyinə, axmaq hərəkətlərə meyllənmələrinə təkan verəcəyik. Bürokratizm və süründürməçilik mərhəmət mərtəbəsinə yüksəldiləcək. Namuslu, vicdanlı və əxlaqlı insanlar isə cəmiyyətin gülüş hədəfinə çevrilərək heç kimə lazım olmayacaq, keçmişin qalıqları kimi təqdim olunacaqlar. Kobudluq və qudurğanlıq, yalan və böhtan, sərxoşluq və narkomaniya, insanların bir-birindən heyvani hisslərlə qorxması və utanmazlıq, satqınlıq, millətçilik və xalqlararası düşmənçilik, ilk növbədə öz xalqına qarşı düşmən kəsilmək və hiddət bəsləmək – bütün bunları biz sürətlə və hiss olunmadan şürlara hakim kəsilənədək yerıdəcəyik. Və bütün bunlar sonda məxməri rəngli çiçəklər kimi yavaş-yavaş bütün ölkəni bürüyəcək.
Çox az adamlar nələrin baş verdiyini başa düşə biləcəklər. Ancaq bu cür adamları biz köməksiz vəziyyətə salacaq, cəmiyyətin gülüş hədəfinə çevirəcək və müəyyən üsullarla kütlələrin tapdağı vəziyyətinə gətirəcəyik. Mənəvi kökləri qoparacaq, xalq mənəviyyatının əsaslarını məhv və təhqir edəcəyik. Bu yolla bir neçə nəsillərin öz köklərinə genetik bağlılığını yerindən oynatmağa nail olacağıq. Orada bizimki olacaq insanlar uğrunda uşaq və gənc yaşlarından mübarizə aparacaq, əsas dəstəyi bu cür gənclərə verməklə cəmiyyəti get-gedə tərbiyəsizləşdirmək, əxlaqsızlaşdırmaq yolunda dönmədən hərəkət edəcəyik. Avara, alçaq və özünü bilməzlərdən kosmopolitlər yetişdirəcəyik.
Biz bunu belə etmək fikrindəyik.
Mənbə:
“A.DALLES: “SSRİ əleyhinə müharibə sonrası Amerika doktrinasmın reallaşması barəsində düşüncələr”, 1945.”
«Nota bene» qəzeti
01-10 iyun 2008-ci il