“DANABAŞ KƏNDİ”NİN TƏZƏ ƏHVALATLARI – 4

(kənd)XUDA(ya)YAR(lar)IN NƏ BƏYLİK SEVDASI BİTİR, NƏ DƏ KATTALIQ HƏVƏSİ !!!

—————————————————————————————–

Rüstəm BEHRUDİ

 Dostlar! Böyük olan, düşmən olsa belə, yenə böyükdür. Böyük Pyotr hakimiyyətə gələn zaman belə bir fərman vermişdi: kim kəndir almağa kifayət edəcək qədər rüşvət alıbsa, həmin kəndirlə dar äğacından asılmalıdır. Fərman sonradan imzalanmasa da, Pyotrun vaxtında rüşvətin sonu dar ağacı idi. Azərbaycanda kəndir bol, dar ağacı yox. Nazirlər, İcra hakimləri, haqq-ədalət qoruyucuları, bir sözlə, əlində möhür olan, sözü keçən hər kəsin kəndirin bolluğundan da xəbəri var, dar ağacının yoxluğundan da. Dar ağacı yoxdursa, kəndir qorxulu deyil.

——————————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN

Saxla samanı, gələr zamanı…

Yazırlar ki, Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edildikdən sonra universitetə gedib-gəlir. O, “Üzvi kimya” kafedrasının müdiri vəzifəsində qalır. Abel müəllimin yaxşı kimyaçı olmasını deyənlər var. Əslində rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb. Abel müəllimdən 7 il qabaq (1992-cü ildə)Tibb universitetinə rektor təyin olunmuş Əhliman Əmiraslanov da özünü “Onkologiya” kafedrasına müdir təyin etmişdi. Yəqin ki, o da ora gedib – gəlir. Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BDU-nun Biologiya fakültəsində “Torpaqşünaslıq” kafedrasının müdiridir. O, da ora gedib – gəlir. Misir Mərdanov Təhsil naziri təyin olunandan indiyə qədər BDU-da “Ümumi riyaziyyat” kafedrasının müdiridir. İşi yaman ağırdır. Həm Riyaziyyat və Mexanika İnstitutuna, həm də BDU-ya gedib- gəlir. Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru olanda özünü “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına müdir təyin etmişdi. Bax, Hacıyevin ora gedib–gəlməsindən xəbərsizəm. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakı Dövlət Universitetində “Ümumi fizika ” kafedrasının müdiridir. Qulaqlara qurğuşun, nə zamanasa MSK sədrliyindən getsə, o da BDU-ya gəlib – gedəcək.

Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər. 

P.S. Gedib – gəlirlər, gəlib – gedirlər… Nə vaxtacan! Allah bilir. Sonra da deyirlər ki, Universitetlərdə cavan kafedra müdirləri yoxdur.

———————————————————————————————–

P.P.S

Fb-NİN GÜNDƏMİNDƏN 

“BU İNKİŞAF SONDA BİZİ YIXACAQ…” !!!

—————————————————————————
Ovunmaz, tükənməz bir dərd içində:

Danışsam, söhbətim, sözüm bu ellər,

Duman içindədi bizim bu ellər.

Oturub ağlasam “dəli” deyəllər,

Oturub kədərli bir şeir yazım;
(R.B.)
—————————————————————————-

"BU İNKİŞAF SONDA BİZİ YIXACAQ…" !!!——————————————————————Ovunmaz, tükənməz bir dərd içində:Danışsam, söhbətim, sözüm bu ellər, Duman içindədi bizim bu ellər.Oturub ağlasam "dəli" deyəllər,Oturub kədərli bir şeir yazım; (R.B.)—————————————————————————-

Posted by Serdar Alibeyli on Friday, 23 November 2018

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*