“DÖVLƏT SƏRHƏDDİ ETİBARLI MÜDAFİƏ OLUNMADIĞI ÜÇÜN …”!!!

PAYLAŞIN

“… SQ KOMANDANI İSTEFA VERMƏLİDİR”!!!

Azərbaycan Liberal Demokrat Partiyası Sədr Aparatının iclası keçirilib.
İclasda 3 gün öncə “Keşikçidağ” məbədi ətrafında bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülərin Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alması və görüntülərin sosial şəbəkələrdə yayaılması hadisəsi müzakirə olunub.

ALDP sədri Fuad Əliyev bu hadisənin təxribat olduğunu nəzərə çatdırsa da, Azərbaycan sərhədini qoruyan bir əsgərin tərksilah olunmasının rəsmi Bakıya utanc kimi dəyərləndirib. Partiya sədri bildirib ki, əsgərlərimiz sərhəd pozucusuna qarşı heç bir xəbərdarlıq etməyiblər, nəticədə belə utancverici və xoşagəlməz hadisə baş verib.

Məlum hadisənin müzakirəsindən sonra ALDP bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“İyulun 15-də “Keşikçidağ” məbədi ətrafında gürcü vətəndaşlarının sərhədi mühafizə edən əsgərə hücum çəkib, onu tərksilah etməsi hadisəsi Azərbaycanın regiondakı nüfuzuna xələl gətirib. Bu olay Azərbaycanı öz sərhədlərini qoruya bilmədiyinin əyani göstəricisidir. Dövlət sərhədi etibarlı mühafizə olunmur. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilməyib, sərhəd pozucusu təqib edilməyib və havaya xəbərdarlıq atəşi açılmayıb. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmadığından onun özünün silahı mülki şəxs tərəfinhdən əlindən alınıb. ALDP bəyan edir ki, dövlət sərhədi etibarlı mühafizə olunmadığı üçün Azərbaycan Dövlət Sərhəd Xidməti rəhbərliyi məsuliyyət daşıyır və xidmətin rəhbəri tutduğu vəzifəsindən istefa verməlidir”.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*