“DTX ƏMƏLİYYATLARI HANSI ÇİRKABIN, XƏYANƏTİN İÇİNDƏ OLDUĞUNUZU SÜBUT EDİR”!!!

PAYLAŞIN

İqtidar anlayışını dövlət anlayışı ilə qəsdən eyniləşdirdiyiniz üçün, xalqın iqtidara inamsızlığını dövlətə yönəltmisiniz.“!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Pandemiya hakimiyyətin nə mal olduğunu mənim üçün tam ifşa etdi.

Millətin düçar olduğu bütün ümummilli bəlalara, yalnız milli iradə ilə, təşkilatlanmış xalqla qalib gəlmək mümkündür. Siz – hakimiyyətdə olanlar, Azərbaycan xalqının milli iradəsinin yaranmasından, xalqın təşkilatlanmasından həmişə qorxdunuz. Bunun yaranmasına imkan vermədiniz ki, Milli iradəsi olmayan, təşkilatlanmayan xalqı aldatmaq da, onun sərvətlərini talamaq da asan olsun. İndi də, pandemiya vəziyyətində ağzınız dirənib dalana və qalmısınız çabalaya-çabalaya. Qalmısınız 27 ildir bir kənara itələdiyiz, darmadağın etdiyiniz, deqradasiya uğratdığınız xalqın, ağız deyəni qulaq eşitməyən bir cəmiyyət(sizliy)in əlində əsir-yesir. Pandemiyada, həkimlərə, tibb işçilərinə, epidemiologiya sahəsinin mütəxəssislərinə önəm vermək əvəzinə və onların xalq içərisində geniş maarifləndirmə işlərini aparmaq əvəzinə, çıxış yolunu inzibati-amirlik metodlarınızda, sağa-sola çamur atmaqda, bacarıqsızlığınızın izini azdırmaqda görürsünüz. Bütün dünyada olduğu kimi vəziyyət çox ciddidir (mən də belə hesab edirəm – A.Ş.). Lakin, gördüyünüz iş və apardığınız təbliğat, düşdüyümüz duruma heç də adekvat deyil. Bu, düçar olduğumuz bəlaya görə, millət, vətən, dövlət naminə xoşagələn hal olmasa da, təqsirkar özünüzsünüz. Yenə də bu istiqamətdə yanlış addımlar atmaqdasınız. Yenə də, iqtidar-müxalifət bölgüsü aparırsınız. Əlacınız olsa, koronavirusu da müxalifət yaradıb deyərsiniz. Qüsurlarınızı ört-basdır etmək üçün, gündəmi qatıb qarışdırırsınız. Ümumdünya bəlaya görə az qala Azərbaycanda günahkar axtarırsınız…

Xalqa, xalqın təşkilatlanmasına yönəlik aparılan qupquru təbliğatlarınızda, xalqa sayğı, insana qayğı, vətəndaşa sevgi, cəmiyyətə məhəbbət yoxdu, ruhsuzdur. Siyasi səbatsızlığınız göstərir ki, sizlər nə milləti, nə vətəni, nə də dövləti qorumaq qabiliyyətində deyilsiniz. Xalqı çaşdırıb, milli iradəylə dövləti bərpa edənləri hakimiyyətdən yıxıb, əski kommunistlərdən ibarət bərpa etdiyiniz hakimiyyətinizi əldə saxlamaqda (məlum güclərin hesabına) səriştəniz olsa da, sizlər dövlət idarəetməsində görsəndiyi kimi səriştəsizsiniz. Sizlərin təfəkkür tərzinizdə, millətin başına gələn ümumilli bəlaların dövlətin necə qarşılamalı olduğu yoxdur. Siz bu dərsi keçməmisiniz. Sizlər, dövlət adamları deyilsiniz, sizlərin millətə sahiblənmək qabiliyyəti yoxdur, sizlər təlimat almaqla işləyən hakimiyyət – vəzifə adamlarısınız. Sizlər, millətə, vətənə, dövlətə könül verib namusla xidmət edə biləcək qabiliyyəti olan bir komanda da deyilsiniz. Son DTX əməliyyatlarınız da, hansı bir çirkabın, xəyanətin içində olduğunuzu təsdiq edir. Hər biriniz, vəzifədən çıxan kimi, hakimiyyətdən uzaqlaşan anda, milləti də, vətəni də, dövləti satmağa hazır olan potensial xəyanətkarlarsınız. İqtidar anlayışını dövlət anlayışı ilə qəsdən eyniləşdirdiyiniz üçün, xalqın iqtidara inamsızlığını dövlətə yönəltmisiniz. Nəticədə də, dövlətçilik təfəkkürümüzə zərbə vurmusunuz və vurmaqdasınız…!

——————————————————————————

P.S.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*