“ANASIZ DÜNYADAN ƏLİM ÜZÜLDÜ, ANALI DÜNYAMA APAR QƏLBİMİ…”!!!

PAYLAŞIN

DÜNYADAN BİR DƏRVİŞ KÖÇDÜ …

“DİNLƏ MƏNİ QOCA DÜNYA..” !!!

Dinlə Məni qoca Dünya.

Posted by Babək Türkoğlu on Saturday, 13 July 2019

—————————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

ÇOX AĞIR XƏBƏR OLDU, SÖZ DEMƏYƏ DİLİM, QƏLƏM TUTMAĞA ƏLİM GƏLMƏDİ. GƏLƏN BAHARA, BİR DƏ TALEYİ(mizi)N KƏMFÜRSƏTLİYİNƏ KÜSDÜM SADƏCƏ… DƏRVİŞ OSMAN ÖLMƏZ(di), ÖLƏMƏZ(di) BU DAR MACALDA…

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN !!!!!!!!!

—————————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

Samir ASADLİ

18 mart 2020

На изображении может находиться: 1 человек, сидит, океан, небо, на улице, вода и природаTanınmış ozan, şair-publisisti, ictimai xadim, Gürcüstan Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, hələ orta məktəbdə oxuduğu illərdə şeir yazıb. Tələbəlik illərində mətbuatda publisistik məqalələrlə çıxış edib. O. Əhmədoğlunun “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bədii yaradıcılıqla bərabər dövrü mətbuatda publisistik məqalələrlə çıxış edən

Şair-publisist vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, “Dədə Qorqud” adlı dərgiyə rəhbərlik edib. Dərviş Osman “Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən biri olub. Şeirlər kitablarından əlavə Azərbaycan folkloruna həsr olunan iki kitabı çap olunub. O. Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında və inkişafında böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə əslən Gürcüstandan olan azərbaycanlı ziyalıların xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirilib.

Osman Əhmədoğlu sadə, səmimi xeyirxah bir insan əsl millət fədaisi idi. Onun ən böyük istəyi mənsub olduğu millətin öz haqqına sahib olması idi. Şeirləriylə də, məqalələriylə də, çıxışlarıyla da bu amala xidmət edib, aşıq yaradıcılığına, sənətinə sevgiləriylə də. Borçalıda yaşayan şair bütün türk dünyasının dərdi, sevinci ilə yaşayırdı. Onun cismən aramızdan getməsi hər birimizin kədərimizdir.
Tanrı ruhunu şad etsin!

Vətəndaş Həmrəyliyi Partiyası

————————————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

D Ə R V İ Ş İ M

(“Anamın laylası düşüb yadıma” – deyib də,

köç edən, Dərviş Osman Əhmədoğlunun əziz xatirəsinə…)

Ana laylasına, Tanrı eşqinə,
Yol alıb havalı, uçan Dərvişim!
Şəhadət şərbətin içib eşq ilə,
Üfüqdən o yana, köçən Dərvişim!

Ayrılıq araya nə saldı? – bildin!
Yazın bu xoş günü, nəhs oldu, bildin!
Sənsizlik çox ağır dərs oldu, bildin!
Bilmədin nə çəkdi, “çəkən”, Dərvişim?!

Gələndə karvanla, köç ilə gəldin,
Gəldin, Haqq – batildən seçilə, gəldin!
Gedirsən, yol eylə köçkünə gəlsin,
Oldumu bu taydan keçən, Dərvişim?!

O yanda sən varsan, bu yanda yoxluq,
Sən Kəfən geymisən, yanında yoxuq!
Belə “var” olmaqdan, yaxşıdı yoxluq,
Qəlblərdən, ruhlara köçən Dərvişim!

Vətəndən, vətənə yolum bağlıdır,
Allaha əl açam.., qolum bağlıdır…
Ölümə nə var ki, “olum” – ağrıdır,
Qəribəm, tənhayam, təkəm, Dərvişim!

18.03.2020
/Etibar Qərib /

——————————————————————————————

F-b-NİN GÜNDƏMİNDƏN 

“Borçalı Cəmiyyəti”
DƏRVİŞ OSMANLA vidalaşacaq.

На изображении может находиться: 2 человека, люди стоятSabah – 19 mart tarixində saat 15-dən 18-dək “Borçalı Cəmiyyəti”nin ofisində Dərviş Osmanla vida mərasimi təşkil olunacaq, mərhumun xatirəsi anılacaq, quran oxunacaqdır. Osman bəyin xatirəsini əziz tutan insanlar dəvətlidir.

Allah Osman bəyə rəhmət eləsin, ruhu şad olsun.

 

 

 

 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*