“DÜZ 30 İL BUNDAN ƏVVƏL YAZDIĞIM KİMİDİ HƏR ŞEY” 

PAYLAŞIN

“AZƏRBAYCAN ORTADA QALMIŞ ANA TABUTUDU”!!!”

Rustem BEHRUDİ 

21 may 2020

KİMSƏ YOXMU?!

Bu gün Şuşada toy-bayramdı!

Birinin toy-düyünü başqasının matəm səbəbi olub həmişə,
Səbəb nəticədən böyük olanda fəlakətin miqyası böyük olur – Şuşadakı toy-düyün kimi!
Düz 30 il bundan əvvəl yazdığım kimidi hər şey!

“AZƏRBAYCAN ORTADA QALMIŞ ANA TABUTUDUR”

Bu gün bu ortada qalmış ana tabutunu Şuşada düşmən endirir məzara!
Biz o bədbəxt ananın üz qarasıyıq!
Bir qaşıq qanımızdan qorxub niyə susuruq, zalım dostlar, zalım qardaşlar?!

And olsun,
gecənin gündüzlə görüşdüyü ana,
And olsun,
Tanrının İblisə qiyamət gününədək
verdiyi amana!
And olsun,
Göy üzünü dirək kimi saxlayan
yeriyən dağlara,
And olsun,
Şuşada minarəsi yıxılmış
Sahibsiz allah evinin
Düşən daşlarının sinəsindəki dağlara!
Şuşa – zorlanmış bacı,
Təhqir olunmuş ana!
And olsun,
Yeddi oğul böyüdüb
Ortada qalan
Ana tabutuna!
Məmləkətim, and olsun, and olsun ,
Tabım yoxdu daha
Dərdinə, əzabına,acına…
And olsun,yoxdu daha
Min ildi tutub,
Gəldiyim dar ağacına!
And olsun!
Gücsüz, yorğun allaha,
Tabım yoxdu daha!
And olsun Tanrıya ki,
Mən də bir cür dəliyəm,
Eynimdə də deyil ki–
əvvəl nədi, axır nə?!
Lənət olsun bu günə,
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm!

Mənnən birlikdə bu savaşda ölmədən öldürmək istəyən kimsə yoxmu?!
Kimsə yoxmu?!
Kimsə yoxmu?!

——————————————————————————————–

P.S.

”Çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü gündü Azərbaycanda!”!!!

“BU MƏMLƏKƏTDƏ HEÇ KİM NAMUS VƏ LƏYAQƏTİNİ QORUMAQ ÜÇÜN VURUŞUB ÖLMƏK İSTƏMİR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Rustem BEHRUDİ

21 oktyabr

AZERBAYCAN ORTADA QALMIŞ ANA TABUTUDUR!

23.09.1991. Bakı.

Ve bu uzun iller erzinde heç ne deyişmeyb!

——————————————————————————————-

Çilik-çilik olmuş aynada görünən əksimiz kimidi bu məmləkətin halı. Toz basmış aynaların tozuna sığınıb, öz əksini görmək istəməyən adamların halına yazıq!

…Dünyada danışmaq lazım olduğu anda susmaqdan böyük dərd yoxdu. “Dar ağacına salam verməyimdən”, “Ölümə xoş gəldin” deməyimdən uzun illər keçdi. Nə dar ağacına getdim, nə ölüməİçimdəki “Böyük insan” olmaq istəyindən doğan hüzn və kədəri, ruhumdakı əbədiyyət qorxusunu “olmaq elə olmamaqdır” fəlsəfəsinin dumanı ilə ovutmaq istədim. “Göyü sevib yerin Adamı olmaq”dan qorxdum. “Haqq adından danışıb canından keçmək, mələklərin qanadından süzülən  qanın yiyəsi olmaqdı” düşündüm. “Dünəndən sonra bu gün, bu gündən sonra sabah gəlir” düşüncəsi yaddımənə. Bizim sabahımız bu gün, bu günümüz dünən olub həmişəŞairi (Nəsimi, Füzuli, Cavid) qədər böyük, arxasında 1 milyon qaçqını dayanan, şəhidlərindən  üzr istədiyim, əsgəri qədər kiçik və qorxaq məmləkətimizin taleyi dünyanın taleyidi elə. Biz dünəndən bu günə, bu gündən sabaha yox, təəssüf ki, sabahdan bu günə, bu gündən dünənə gedən bəşəövladıyıq.

Vüsallardan ayrılığı, yaxınlardan uzaqları gözəl, dilənçisi ilə hökmdarının, şairi ilə döyüşçüsünün, çadırı ilə sarayının, alimi ilə nadanının fərqlənmədiyi bir məmləkətdə kiməsə söz demək, ürəyini açımaq zor bir işdi, dostlar!

Baş daşının çiçəkdən, iblisin mələkdən gözəl göründüyü, mələklərin Tanrıdan daha çox sevildiyi gün gəldi, zalım dostlar! Dostlar, çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü gündü Azərbaycanda! Alimlə şairin günüdü bu gün hər kəsdən daha çox.

Şərəf və ləyaqəti təhqir olunan əsgər susubsa, alimin sözbəsöz səpdiyi iman, yurd sevgisinin nə vaxtsa mənim əkdiyim dar ağacına tuş olmayacağına kim zəmanət verə bilər?

Ovunmaz,  tükənməz bir dərd içində:rüstəm behrudi-21-21

Danışsam, söhbətim, sözüm bu ellər,

 Duman içindədi bizim bu ellər.

Oturub ağlasam dəli deyəllər,

Oturub kədərli bir yazı yazım; – dedim.

I  yazı

UCALIĞINDAN ENDİRİLMİŞ  MİLLƏT!

Bu  xalq qanı suyla  yudu,

Yudu,  ancaq sonu  budu…

Gəl  qan  ilə qanı  yu  di;

Daha  bəsdi  çökdüyümüz.

Millət kimi təhqir olunmağımız, ucalıqdan endirilməyimiz və buna sevinməyə məcbur edilməyimiz sözlə ifadə olunası dərd deyil, dostlar!

Ləyaqət və namusu təhqir olunan, ana-bacısı, qız-gəlini düşmən əlində girov qalan, 1 milyon qaçqından 100 minlik ordu çıxarıb, üstündəki namus ləkəsini yuya bilməyən millət, millət deyil! Bir istiqlal, Vətən savaşı, verməyin zamanı gəlmədimi? Əsgəri girdiyi torpaqdan əsgəçıxarar” fikri təmiz ana dilində, türkcə deyilməyibmi? Biz hər dəfə danışığa barmağımızı şəhidlərin qanına batıraraq imza atmadıqmı? İmza atmaq üçün barmağımızı batırdığırnız Qan öz qanımız deyil, ruhunu təhqir elədiyimiz şəhidlərin qanıdı!

Bu qanın bahasına sülh sazişi imzalamağa (özü də məğlub tərəf kimi) heç kimin haqqı yoxdu!

Günlərin bir günü sülh yolu ilə torpaqlarımız qaytarılsa belə, (dünya tarixində belə bir şey olmayıb) üstümüzdəki bu namus ləkəsini, lap Allah belə gəlsə, yuya bilməyəcək.

Bütün barışıqların sonu savaş, bütün savaşların sonu sülhdü. Bizə savaşdan sonrakı sülh gərəkdi, barışıqdan sonrakı sülh yox!

Bu millətin qulaqları kar, gözləri kordu elə bil. Çadırda doğulanın vətəni çadır, dilənçinin vətəni küçələrdi. Bu millətin yarısı çadırda, yarısı küçələrdədi. Vətənimiz yoxdu bizim, yoxdu!

Ona görə yoxdu ki, böyük Mirzə Cəlil deyirdi: “Vətən ibarətdir vətəndaşlardan”.

Zalım dostlar!

Danışsam, söhbətim, sözüm bu ellər,

 Duman içindədi bizim bu ellər.

Oturub ağlasam, dəli deyəllər,

Oturum kədərli bir yazı yazım.

 

II  yazı

MƏNİM  HARAM MÜSƏLMANDI?

“Bu günkü Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır”, – deyirdi Mirzə Cəlil. Vətən savaşı din savaşından ucada olub həmişə. “Vətəni sevmək imandadır” deyilib. İmanımız yoxdu bizim. Bir vaxt pıçıltımız yetirdi Tanrıya. İndi Allahın qulaqları kardı dualarımıza. Çünki “Vətəni sevmak imandadır“, imanımız yoxdu, bizim Din adamlarımız cihada çağırmaq əvəzinə, partiya qurub hakimiyyət savaşına qoşulubsa, onda, zalım dost:

Qapımı  döy, qapımı vur,

Çatmaz mənə  çalınan sur.

 Çünki  mənim  ruhum duymur,

Tövbə,  dua,  namaz daha.

 

Döndüm yalqız bir ağaca,

Çarə yoxdu olacağa.

Məölmüşəm, qalx ayağa,

 Məzarımı  dur qaz daha.

 

Məndən  məni  uma-uma,

Gəlib girdin tabutuma,

Düzlüyümdən yalanıma,

No yoldu  ki?  –  Lap az daha

 

Qıldıq  yerə düşən andı,

 Dur,  adıma bir şam yandır.

Mənim  haram  müsqlmandır,

Mənə çarə olmaz daha.

Zalım dost!

“Vətəni sevmək imandandır”. İmanımız yoxdu bizim. İman gətirmək bir şeyi qəlbinlə təsdiqləmək deməkdi. Məmələkətimiz düşmən əlində. Şuşa, Ağdam, Füzuli… İman gətirməyə yerim varmı, zalım dost?!

III yazı

BALACA DAR AĞACLARI  ƏKİLİR!

Dostlar! Böyük olan, düşmən olsa belə, yenə böyükdür. Rüstən-2Böyük Pyotr hakimiyyətə gələn zaman belə bir fərman vermişdi: kim kəndir almağa kifayət edəcək qədər rüşvət alıbsa, həmin kəndirlə dar äğacından asılmalıdır. Fərman sonradan imzalanmasa da, Pyotrun vaxtında rüşvətin sonu dar ağacı idi. Azərbaycanda kəndir bol, dar ağacı yox. Nazirlər, İcra hakimləri, haqq-ədalət qoruyucuları, bir sözlə, əlində möhür olan, sözü keçən hər kəsin kəndirin bolluğundan da xəbəri var, dar ağacının yoxluğundan da. Dar ağacı yoxdursa, kəndir qorxulu deyil. Ancaq, zalım dostlar, xöbəriniz olsun! Çadırlarda doğulan balaca uşaqlar, elə çadırların önündəcə, çadırlarda can verənlərin qanı ilə suvarılmış balaca dar ağacları əkirlər. Şuşadan doğan qara Günəşin işığında böyüyür o dar ağacları, zalım dostlar! 

IV vazı

SAVABIMIZ GÜNAHDI   BİZİM!

Hər gün sözə çevrilib ölür, günah kimi dirilirəm, zalım dostlar. Yarpaqlarından əvvəl ölən ağaca bənzəyir bu məmləkət! Bu məmləkət bütlərlə dolu bir Allah evidi! Allahdan daha çox onun mələklərinə dua qılınır burada. Qanadlarından qan süzülən mələklər yazır günah və savabımızı. Bu Allah evində günahımız savab, savabımız günahdı bizim.

Zalım dostlar! Bu gün bu məmləkətdə:

Kim danışsa haqq adından,

 Demək indi çıxıb qandan.

Mələklərin  qanadından,

Süzülən qandı,  görünmür

Görünmür, qardaş, görünmür. Çünki:

Haqq özü bir yoldu, 

Bir oyun

Kim desə haqqa qol qoyun,

Orda İblislə qol-boyun

Bədəndə candı, görünmür.

Ancaq görünməlidi, mütləq bir gün görünməlidi, zalım dost! 

V yazı

AZƏRBAYCAN   KƏRBƏLA MEYDANl DEYİL

Bu gün Bakı Kufə şəhəridi, ancaq Azərbaycan Kərbəla meydanı deyil. Çünki heç kim namus və ləyaqətini qorumaq üçün vuruşub ölmək istəmir.  

Çünki axıtmalı qanlarımız axmır, ehsan etməli mallarımız bu torpaqdan çox-çox uzaqlardadı. Çünki Kərbəla meydanının Imam Hüseyni vardı, Hüseynimiz yoxdu bizim!

Səsimizə səs verən yoxdu bu məmləkətdə,

Gedəölək, ya öldürək,

Birdəfəlik bitsin bu iş!

VI  yazı

MƏN  SİZİ  DEYİRƏM,  SİZİ EHEYY…SİZ…

Sən – cənab prezident, sən – Sabir Rüstəmxanlı, sən – İsa Qəmbər, rüstəm-5sən – Sərdar Cəlaloğlu, sən – Əli Kərimov, sən – Etibar Məmmədov və Siz – adını çəkib-çəkmədiyim adamlar! Araz Fərat çayı, Azərbaycan Kərabəla meydanı deyil, çünki İmam Hüseyn olmağa gücünüz yox. Əgər Azərbaycan Kərbəla meydanı deyilsə, demək heç olmazsa, onda bir ana tabutudu.

Ana tabutuna girməyə bütün oğulların eyni dərəcədə haqqı var. Bir ana tabutu ortada qalıb. Bəs siz haradasınız, sevdiyim adamlar, haradasınız?

Bu gün bir ana tabutu ortada. Miras savaşı bitməzmi?

Zalım dostlar!  Sizə bir sualım var:

“Olmaq, yoxsa olmamaq gözəldi?”  Şairlər, alimlər üçün olmaq elə olmamaqdı.   Adlarını   çəkdiklərim şair deyillər axı, zalım dostlar.

VII   yazı

ÖLÜM  XOŞ GƏLDİN,  XOŞ GƏLDİN!

Şuşada, Ağdamda, Kəlbəcərdə təmiz, müqəddəs adamlarını, atam, anam, bacım, qardaşım kimi sevdiyim Cəbrayılda düşmən çəkmələrinin təpikləri altında təhqir olunan müqəddəs şəhidlərin ruhlarının pıçıltısı var qulaqlarımda:

Alçaq  da sən,  uca da sən,

Cavan da son, qoca da sən.

Sən həşeydən ucadasan,

Ölüm  xoş gəldin,  xoş gəldin

Ölümə xoş gəldin demənin zamanı gəlmədimi, zalım dostlar!? 

VIII   yazı

ƏLEYKÜM SALAM” DEYƏN  BİR KİŞİ  YOXMU  BU MƏMLƏKƏTDƏ?

Çilik-çilik olmuş aynada görünən əksimiz kimidi bu məmləkətin halı. Toz basmış aynaların tozuna sığınıb, öz əksini görmək istəməyən adamların halına yazıq!

Əsgərinə Ölməyi əmr eləyən (qalib gəlməyi yox) bir sərkərdə yoxmu bu məmləkətdə?!

Uzanan atəşkəs daha böyük atəşlərə düşməyimizdi bizim!

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən;

Haqq-hesab çokmoyə gələn mənəm, mən,

Salam dar ağacı!

Əleyküm salam”   

deyən bir kişi yoxmu bu məmləkətdə?

IX yazı

DUA

Əleyküm salam” deyən bir kimsə yoxsa bu məmləkətdə, Tanrıya bu   millət  adına  dua  oxumaqdan başqa əlacım yoxdu mənim:

Şaman  kimi  sözlərdənrüstəm-12

Mən tale toxuyuram,

Ürəyimdə sək-səkə,

Ruhumda bir zəlzələ.

Hər gecə göüzünə

mən dua oxuyuram;

–  İlahi,  bu  milləti yox olmaqdan  hifz elə.

rüstəm-4 

P.S.

Bütün hallarda insanın fərqlənmək istəyi İblis istəyidi. Allahın dərgahında İblis də mələklərdən biriydi. Onun fərqlənmək istəyi onu mələklikdəçıxarıİblis elədi.

270 total views, 1 view today

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*