“EH, TANRIM, BU HƏLƏ HARASI İDİ …” !!!

PAYLAŞIN

“ÖLMÜŞDÜM, QALMIŞDI NƏŞİM ORTADA,

DÜŞMƏN TORPAĞIMDA YALLI GEDİRDİ” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

LAÇININ İŞĞALINDAN 27 İL KEÇİR

Düşmən torpağımda yallı gedirdi

Elə bil üstümə uca dağ gəlib,
Anlamıram, hansı dövran, çağ gəlib,
Dünya görmür, gözlərinə ağ gəlib,
Düşmən torpağımda yallı gedirdi.

Ruhu o yerlərdə dolaşan mənəm,
Qəlbi şan-şan olan, alışan mənəm,
Şeytanla, iblislə çarpışan mənəm,
Düşmən torpağımda yallı gedirdi.

Deyirlər qurd basar arxalı köpək,
Düşmən quduzlaşdı gördükcə kömək,
Azğına bircə yol dəymədi kötək,
Düşmən torpağımda yallı gedirdi.

Torpağın üzünün qarasi idi,
Aldıği neçənci yarası idi,
Eh, tanrım, bu hələ harası idi,
Düşmən torpağımda yallı gedirdi.

Qala öz yerindən sürüşdü o gün,
Qacarın qəbrinə od düşdü o gün,
Pənahalı xan da döyüşdü o gün,
Düşmən torpağımda yallı gedirdi.

Ya doğulmayaydım, yarəbbim, ya da,
Niyə yaşayırdım, niyə dünyada, 
Ölmüşdüm, qalmışdı nəşim ortada,
Düşmən torpağımda yallı gedirdi.

На данном изображении может находиться: гора, небо, на улице и природа

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*