“ELDƏN, GÜNDƏN XƏBƏRSİZ SARAY, TAXT ŞAİRLƏRİ”!!!

PAYLAŞIN

“KİM SEVİB, KİM YAŞADAR

BU BƏDBƏXT ŞAİRLƏRİ”!!!

Fb-NIN GÜNDƏMİNDƏN

XALQSIZ XALQ ŞAİRLƏRİ

Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq,
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq,
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər,
Nə qədərmiş, nə qədər,
Başsız başa keçənlər,
Xalqsız xalq şairləri.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*