“ELDAR MAHMUDOV ARTIQ ÖLKƏNİN QARANLIQ TARİXİNİN KEÇMİŞ BİR SƏHİFƏSİDİR”!!!

PAYLAŞIN

ərəstun oruclu                                       Ərəstun ORUCLU

“165 000 AVRO DƏYƏRİNDƏ SAAT BAĞLAYAN POLKOVNİKİN … “ !!!

 

Eldar MahmudovDünən Eldar Mahmudovla bağlı yazdığım post müxtəlif saytlar tərəfindən də paylaşıldıqdan sonra təxminən 120 min dəfə oxundu. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyətinin siyasi proseslərə münasibəti heç də deyildiyi və düşünüldüyü qədər laqeyd deyil, sadəcə insanların diqqəti siyasətə çəkə bilmirik. Dostlardan birinə 2 ay əvvəl söz vermişdim ki, Mahmudov nazir postundan çıxarılanda müstəsna olaraq onun qəzeti üçün geniş məqalə yazacağam, amma üzürlü saysınlar, artıq buna ehtiyac görmürəm, çünki nə varsa, hamısını hələ o, nazir postunda olanda demişəm, yazmışam. Dünənki isə qalan son borcum idi. Mən hər şeyi çoxdan unutmuşam: evimə və maşınıma yerləşdirilən dinləyiciləri də, yaramaz bir əməkdaşın mənə gənclər təşkilatının fəallarından olan agent qızı soxuşdurub seks video çəkmək planını da, 2009-cu il dekabrın 15-də avtoqəzada ölməli olduğumu da. Heç zaman keçmişə baxmağın tərəfdarı olmamışam, Eldar Mahmudov isə artıq bu ölkənin qaranlıq tarixinin keçmiş bir səhifəsidir, Yuxarıda sadaladığım bütün əməliyyatlar da zamanında pozulub, onların qarşısı alınıb, çünki 165 min avro adna-da qətliamElmar-3dəyərində saat bağlayan bir polkovnikin planlaşdırdığı əməliyyat uğurlu ola bilməzdi və ola bilmədi də. Bir daha deyirəm, mən bütün bu məsələlərə nöqtə qoymuşam və xatırlamaq da istəmirəm, amma dövlət orqanları gələcəkdə belə halların təkrarlanmasını istəmirlərsə, Elmar Hüseynovun qətli, 2009-cu il aprelin 30-da ADNA-da törədilən terror aktı və bir sıra digər məsələlər ciddi və əsaslı şəkildə araşdırılmalıdır. Çünki 10 ildən artıq bir müddətdə Elmar Hüseynovun qətlini araşdıran MTN bu cinayəti çoxdan açmalı idi və ADNA terrorunun qarşısını almalı idi. Çünki bunlar həmin orqanın birbaşa vəzifəsinə aid olan məsələlər idi. Ən azı…

                                                                                            18 0ktyabr 2015-ci il

P.S.

milli tehlukesizlik nazirliyi-1Hal-hazırda xəbər portallarında ən önəmli yer tutan Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasıdır. Xəbər yayılan andan müxtəlif media və saytlarda bununla bağlı ən fantastik versiyalar hallandırılır, ən ağlasığmaz fantaziyalar öz əksini tapır. Təbii ki, xəbərin gözlənilməzliyinin də burda öz təsiri var. Amma bu tip məlumatların Eldar Mahmudovun hələ MTN-də qalan komandası tərəfindən dövriyyəyə buraxılması da istisna deyil. Səbəb də bəllidir – indi hər kəs bu illər ərzində törətdiyi əməllərini xatırlayıb, özünü, müqəddaratını düşünür və ona görə də həmin müddətdə cəmiyyətdə yaradılmış “MTN xofunu” maksimum yaşatmaq kimi bir “saman çöpündən” yapışır. Burda bir haşiyə də çıxım ki, Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük.
Amma hətta ən fantastik versiyalar belə reallaşsa və birdən Eldar Mahmudov Azərbaycan Respublikasının növbəti Baş naziri olsa (bu versiyanı biz tam olaraq istisna edirik), o, istənilən halda əvvəlki səlahiyyətlərə və imkanlara malik olmayacaq. Amma təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə E. Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. Dünyanın aparıcı milli tehlukesizlik nazirliyiölkələrində antiterror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi. Amma bunlar baş verdi və ümid edək ki, indi keçmiş nazirin 11 illik fəaliyyətinin acınacaqlı nəticələrinin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və bu addımların da ən təxirəsalınmazı MTN-nin ona yad olan zümrələrdən təmizlənməsi olacaq.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*