ELDAR SABİROĞLU GÖZLƏRİNİN İÇİNƏ KİMİ YALAN DANIŞIR !!!

PAYLAŞIN

Eldar Sabiroğlunun Əvəz Zeynallının müəllifi olduğu “QAYNAR QAZAN”a müsahibəsindən bir parça (olduğu kimi)

eldar sabiroğlu-1

İlqar Verdiyevi kim öldürdü?

ilqar verdiyev
İlqar Verdiyev

 

 

– İlqar Verdiyevlə bağlı suallar var. Onu həm Cəsur Sumerli verib, həm də Sərdar Əlibəyli. Mən sualları verim, ondan sonra xahiş edirəm ki, siz də cavablandırasınız.

– Bəli.

– Cəsur Sumerli yazır: “İlqar Verdiyev kimi təcrübəli zabitlə bağlı Səfər Əbiyevin kabinetində nələr danışdığını xatırlayırmı? İlqar Verdiyev kimi savadlı, təcrübəli, vətənsevər zabitin bu və ya digər yolla ordudan uzaqlaşdırılmasında və ya ordudaxili cəzalandırılmasında əsas rol oynayanlardan biri olduğunu xatırlayırmı?” Bununla bağlı, S.Əlibəylinin də bir sualı var: “Səlyan kazarmasında keçirilən mətbuat konfransında S.Əlibəylinin iştirakına görə cəzalandırılaraq döyüş bölgəsinə göndərilən və sonralar minaya düşərək həlak olan şəhid İlqar Verdiyevin ölümündə özünüzü günahkar bilirsinizmi? Mənim mətbuat konfransına qatılmağımdan kim və niyə bu qədər əndişəyə düşmüşdü, nədən narahat idiniz ki?”

– Bu hadisəni mən xatırlayıram. Sonuncu sualdan başlamaq istəyirəm. S.Əlibəyli elə bir fövqəladə imkanlara malik adam deyildi ki, onun nəyindənsə ehtiyat edəm.

– Siz heç o zamanlar bizi də mətbuat konfransına çağırmırdınız. Nədənsə, bizə qarşı da çox ögey idiniz. Nəsə… Bu, ayrı bir məsələdir.

– Əvəz bəy, ögeylik yox idi. O zaman gərək biz mətbuat konfranslarına 150-yə yaxın jurnalist çağıraydıq.

– Niyə ki? Biz ölkənin ən çox satılan iki önəmli həftəlik qəzetlərindən biri idik.

– Bəlkə də yaddan çıxmaq məsələsi ola bilərdi. Ola bilsin, yadımdan çıxıb. Ancaq önəmli bir məqsədli münasibət olmayıb.

– Buyurun, suallara qayıdaq.

– Allah İlqara rəhmət eləsin. Onun nümunəvi zabit olması haqqında mənfi fikrim yoxdur.

– Burada bir iddia var ki, kimsə mətbuat konfransında planlaşdırılmadan iştirak elədiyinə görə, siz əsəbiləşmisiniz və onu mərkəzdən uzaqlaşdırıb cəbhə bölgəsinə göndərmisiniz. O da orada minaya düşərək həlak olub.

– Heç bir əsəbiləşmək hadisəsi olmayıb. Deməli, mətbuat konfransı çağırılmamışdan əvvəl hansı qəzetlərin, hansı mətbuat orqanının dəvət edilməsi haqqında biz plan tuturduq. Yuxarı komandanlığa məruzə ediləndən sonra həmən siyahı təsdiq olunmuş şəkildə Təlim-Tədris Mərkəzinin Nəzarət Mühafizə Xidmətinə göndərilirdi. Gələnlər sənədlərini, pasportlarını göndərir, təsdiq olunduğu halda adamlar içəri buraxılırdılar. Mənim müavinim etibarilə də bu işə nəzarət rəhmətlik İlqar Verdiyevə tapşırılırdı. Bir siyahı da onda olardı. Həmin qəzeti mətbuat konfransına dəvət etmişdik. S.Əlibəylinin əməkdaşı olan bir xanımın adı da həmin siyahıda qeyd olunmuşdu. Bura hərbi obyekt idi. Əmrlə işləyən adamlarıq. Kimin adı o siyahıda varsa, o da içəri buraxılmalıdır. Sərdarın adı yox idi. Əgər istəyirdisə, o zaman özünün adını qeyd etdirərdi. Heç bir qadağa da yox idi, gəlib mətbuat konfransında da iştirak edərdi. Nə sualları da vardı verərdi. Mənə 3-4 sual ünvanladı, hamısına da cavab verdim. Qeyri-qanuni olaraq, verilən əmrdən kənara çıxaraq, İlqar Sərdar Əlibəylini içəri buraxdırmışdı. Mən bunu sakit qarşıladım. Lakin səhəri gün həm o xanımın imzası ilə, həm də Sərdarın imzası ilə ordunun əleyhinə mətbuat konfransından əldə edilən məlumatlar da əlavə olunmaqla məqalələr dərc edildi. Otaqda oturmuşdum. Bizim Almaz xanım adlı bir əməkdaşımızın – indi də sağ-salamatdır, lazım gələrsə, özündən dəqiqləşdirə bilərsiniz – yanında mənə nazirdən zəng gəldi. Soruşdu ki, “Eldar, sən mətbuat konfransına bir mətbu orqandan neçə nəfər çağırırsan?” Dedim, “birini”. Dedi, “Onda bu, nə həngamədir? Bir qəzetdən həm baş redaktoru Sərdar Əlibəyli iştirak edib, həm də bir xanım?” Dedim, “cənab nazir, mən bunu araşdıraram. Biz xanımın adını siyahıda qeyd etmişdik, elə də məntəqəyə göndərmişdik. Lakin necə olubsa, onu da içəri buraxıblar.” Sonradan aydın oldu ki, S.Əlibəylini İlqar Verdiyev içəri buraxdırıb. Nazir dərhal dedi ki, “təqdimatını yaz”. Bu gün də hesab edirəm ki, Səfər Əbiyev tamamilə doğru mövqe tutub. Başqa strukturlarla hərbi strukturu qarışıq salmaq olmaz.

– Bəs, Səfər Əbiyevin kabinetində nələr danışılıb?

– Səfər Əbiyevin kabinetində kimlər nə danışıb, necə danışıb? Səfər Əbiyevin kabinetində də heç nə danışmamışam. İlqar Mehdiyevə də…

– Verdiyevə…

– Verdiyevə də Alah qəni-qəni rəhmət eləsin. Axı o, o qədər də çəki və nüfuza malik deyildi ki, haqqında hansısa əlahiddə ölçü götürmək üçün nazirlə görüş keçiriləydi.

Özümü günahkar bilmirəm

 

– Yəni İlqar Verdiyevin işdən çıxarılmasında, hərbiyə göndərilməsində, ölümündə özünüzü günahkar bilmirsiniz?

– Qətiyyən, günahkar bilmirəm. Bir məqama da toxunmaq istəyirəm. Rəhmətə gedənin arxasınca danışmazlar, ancaq məcbur edirlər.

– Allah rəhmət eləsin.

 – Bu gün də Allah ona qəni-qəni rəhmət eləsin. Təzə işə getmişəm, buna 1-2 tapşırıq vermək istədim. İstədim bu və digər məsələlərlə bağlı analitik bir yazı hazırlasın. Dedi ki, “Eldar müəllim, biz bu işlə məşğul deyilik. Yalnız cəbhə bölgələrindən informasiya verməklə məşğuluq. Cəbhədə atəş neçə dəfə açılıb, kim ölüb, kim yaralanıb və s. Başqa mən heç bir şey edə bilmərəm. Yəni elə təcrübəm yoxdur”. Mən bilmirəm, hansı nüfuz və təcrübədən söhbət gedirdi… İndi bəzi şeyləri də o mənada açıqlamaq istəmirəm ki, ailəsi var, yaxınları var. Haqlı surətdə qəlbərinə dəyə bilərəm. Mənim ona çox sayda yaxşılıqlarım keçib. Elə hərəkətlər etmişdi ki… Mən onun Cəsurla, orduya müxalif olan adamlarla əlaqələrinin olduğunu bilirdim.  1-2 dəfə də yanıma çağırıb dedim ki, “İlqar, bu işlərindən xəbərim var. Xahiş edirəm, dön bu yoldan. Bütün bunlar sənin üçün yaxşı heç nə vəd etmir”. O, bu əlaqələri inkar edirdi, lakin mənim də əlimdə faktlar var idi.

Səfər Əbiyev-Nəcməddin Sadıqov gərginliyi

sefer-necmeddin
Səfər Əbiyev-Nəcməddin Sadıqov

 

 

– Eldar müəllim, onun müxalifətlə əlaqələrinin olduğunu qeyd etdiniz. Müxalifətlə əlaqələrinin olması cinayətdirmi? İndi də baxıram ki, sizin müxlifətlə münasibətləriniz pis deyil. 

– Müxalifətlə əlaqələri olan adamlarə cinayətkar adlandırmıram. Ancaq hərbidə hər hansı bir məlumatın sızmasını xəyanət hesab edirəm …


 

Sərdar Əlib.Sərdar ƏLİBƏYLİDƏN

 

ELDAR SABİROĞLU GÖZLƏRİNİN İÇİNƏ KİMİ YALAN DANIŞIR !!!

Eldar Sabiroğlu gözlərinin içinə, bəbəklərinin ortasına kimi yalan danışır, eyni zamanda da Şəhid İlqar Verdiyevə utanmadan böhtan atır…
Mən təsadüfi bir görüşdə Rüfətə söz verdim ki, onun xatirinə atası haqda yazmaqdan vaz keçdim. Ama bunnan sonra, susmağım Eldar Sabiroğlunnan Səfər Əbiyevin məkrlərinə və ölümə səbəbiyyət vermiş cinayət xarakterli əməllərinə ortaq olmaq anlamına gələcək. O zaman yazanda, hələ sağ olan İlqardan üzr istəmişdim, bu dəfə də Rüfətdən bəri başdan üzr istəyirəm ki, atasının ucbatından sözümü tuta bilmirəm, bilmərəm, bu mümkün də deyil, bunlar dirilər bir yana qalsın, ölülərə, hətta şəhidə belə bıhtan atmaqdan, şəhidin ruhuna hörmətsizlik eləməkdən belə çəkinmillərsə, bu haqda yazmamaq, danışmamaq günah olur… 
Eıdar-SəfərO zaman da yazmışdım ki, mən bu generalların şərəfsiz olduğunu bilirdim, amma bu qədərini ağlıma belə gətirə bilməzdim. Düzdü, Eldar Sabiroğlunun general poqonlarını taxmağa imkanı olmadı da, ama adam vaxtilə poqonlarını daşıdığı Sovet Ordusunun serjantı səviyyəsində beıə, mundirin şəfəfini və poqonun məsuliyyətini anlamıyıbsa, günah mənnən getdi…
Müharibə məsələsi bir yana çıxsın, mən ona dünyanın kaç bucaq olduğunu deyəcəm, özünün anlayacağını düşünməsəm də, ki, bunlarda anlama orqanları çoxdan ölüb, amma cəmiyyət həqiqətləri bilməlidi. Yəni anlıyacağınız, “QAYNAR QAZAN”dan “qalibiyyətlə” salamat çıxmış Sabiroğlunun qabaqda “QIL KÖRPÜ” və ordan da kəlləmayallaq gedəcəyi “QIR QAZANI” bəkliyor. Şəhidə böhtam atmanın bədəli bu, ona görə !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

HƏLƏLİKSƏ ELDAR SABİROĞLUNA, MİKAYIL MİRZƏNİN İFASINDA, XƏLİL RZANIN BU MÖHTƏŞƏM ŞEİRİNDƏKİ ÖZÜNÜN VƏ ÖZÜNƏ BƏNZƏRLƏRİN OBRAZLARINI TAPIB ONLARA TAMAŞA ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM !!!!!!!!!!!!!!!!!! 

https://www.youtube.com/watch?v=0_gW2jIX6RI

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*