ELŞAD MUSAYEV:””MIXI MİSMAR EDƏN”Ə ÜMİD BAĞLAYANLARADI SÖZÜM”!!!

PAYLAŞIN

“HAMI SANKİ RAZIDIR, HEÇ KƏS ETİRAZ ETMƏK İSTƏMİR”!!!

Səsini çıxartmağa qorxanlara isə xatırlatmaq istəyirəm ki,…

F-b-NİN GÜNDƏMİNDƏN 

Baxıram, hamı sanki razıdır. Heç kəs etiraz etmək istəmir. Yerlərdə bank hesablarının açılmasında xeyli süni əngəllər yaradıldı, imza vərəqələrinin verilməsi qəsdən ləngidildi əksəriyyət susdu. Bəzi müxalifətçi və müstəqil namizədlərin yaxınlarına təzyiq edilir, işdən çıxarılma hədə-qorxusu gəlinir hamı susur. Bu cür qorxaq mövqe ilə itər  ölkə müxalifəti, istərsə də özünü demokratik qüvvə hesab edənlər heç nəyə nail ola bilməz. İllərin təcrübəsi bunu deməyə əsas verir. Əksəriyyət “mıxı mismara çevirən” Allahın möcüzəsini gözləyir. Allah da deyir ki, sizdən hərəkət, məndən bərəkət. Hərəkət də yoxdur.

Binəqədi rayon İH, YAP-ın Binəqədi rayon təşkilatı tərəfindən bəzi adamlara təzyiq edilir ki, 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini irəli sürsünlər və buna nail olublar. Öz ağılları ilə bizə bu yolla maneçilik törətməyi düşünürlər.

Bu primitiv, gerizəkalı üsullarla biz ölkəni irəli apara bilmərik. Bizim məqsədimiz proqressiv üsullarla ölkəmizi sözdə yox, əməldə inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. YAP-ın köhnə düşüncəsi ilə yalnız parlamenti və özlərini buraxan köhnə deputatları yenidən namizəd kimi irəli sürmək olar. Bu deputatlar özləri özlərini hörmətsiz etdilər qəbul etdikləri qərarlarla, islahata, yeniliyə adekvat olmadıqlarını etiraf etməklə. Bu adamların bir qismi biznesini qorumaq üçün, bir qismi başını qatmaq üçün, bütövlükdə hamısı barmaq qaldırmaq üçün o yüksək kürsüyə çıxardılıb. Bu adamlar dəyişməyəcəkdisə, onda dövlətin milyonlarla vəsaitini xərcləyib bunlara yenidən deputat mandatı verməyə nə ehtiyac var idi?

Səsini çıxartmağa qorxanlara isə xatırlatmaq istəyirəm ki, susmaqla bizim ölkədəki saxtakarlıq çarxını saxlamaq sadəcə mümkünsüzdür. Odur ki, gəlin bir az fəal olaq…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*