“ERMƏNİLƏRİN BİZƏ NİFRƏTİ GENETİKDİR. BUNU ANLAMAMAQ SADƏLÖVHLÜK, ANLAYIB İNKAR ELƏMƏK İSƏ NADANLIQ VƏ SATQINLIQDIR.”!!!

PAYLAŞIN

Politoloq Ərəstun ORUCLU:

“Ermənilərə loyallığa çağırış edənlərə neqativ yanaşmışam, bəzilərinə isə hətta nifrət edirəm”!!!

 

Fb-NİN GÜNDƏMİNDƏN

ABŞ-da (və Avropada – red.) ermənilərin sürü şəklində azərbaycanlılara hücumunu bir daha izlədikdən sonra bəzi fikirlərimi sizlərlə bölüşməyə qərar verdim. Buna səbəb isə son illər Papadan artıq katolik olmaq istəyən bəzi həmvətənlərimizin “erməni xalqı ayrı, Ermənistan dövləti isə bir ayrı” sərsəm tezisini xalqa sırımağa çalışmasıdır.

İndi yazacaqlarım yalnız və yalnız həyatda gördüklərimdir və buna kim nə ad istəsə verə bilər. Təkcə bu gün deyil, hər zaman ermənilərə loyallığa çağırış edənlərə neqativ yanaşmışam, bəzilərinə isə hətta nifrət edirəm və belələrinin latent və ya potensial düşmən olduqlarını düşünürəm.

1983-cü ilin iyun ayı idi. Xidmət elədiyim hərbi hissənin qərargah rəisi çağırıb İrəvandan çağırışçı gətirəcək eşolonun mühafizə qrupuna rəhbərlik edəcəyimi bildirdi. Əmri alıb, komanda yığdım və rəhbərliyə təqdim elədim. Zəruri sənəd və silah-sursatı təhvil alıb eşolonun rəisi ilə birlikdə qatarla İrəvana yollandıq.

Mühafizə rəisi olaraq, İrəvandan Moskvaya yola düşən 17 vaqonluq eşolonun qərargah vaqonunda yerləşmişdim. Qatar axşam saatlarında yola düşdü və səhər tezdən bizi təcili bir vaqona çağırdılar. Vaqona gələndə əksər çağırışçıların üzü-gözü qan içində olan 4-5 nəfəri küncı sıxıb amansızcasına döydüyünü gördük.

Əmr verdim və avtomat qundaqları ilə qoçuları sakitləşdirib döyülənləri çıxardıq. Qərargah vaqonuna gələndə bildim ki, onların belə azğıncasına döyülməsinin səbəbi… azərbaycanlı olmaları imiş. Reaksiyamı təsəvvür edə bilməzsiniz.

Həmin gün daha 3 vaqondan təzyiqə məruz qalan bir neçə azərbaycanlını qərargah vaqonuna köçürməli olduq. Bir daha xatırladıram, bu, beynəlmiləl SSRİ vaxtı idi, 1983-cü il.
Etiraf edim ki, bizim hərbi hissəyə düşən erməni əsgərlərə 2 həftəlik karantin müddətində həqiqətən divan tutdum.

1985-ci il idi. Leninqradda oxuyurdum və qış tətilinə gələndə məndən Gəncədə bir nəfərə bağlama çatdırmağı xahiş elədilər. Adamı tapdım, Gəncədəki “Spartak” idman kompleksində boks məşqçisi idi. Görüşdük, bağlamanı verdim hal-əhval tutub danışanda bir uşaq gəldi.

Rusca danışırdı və ləhcəsindən erməni olduğu görünürdü. Məşqçi ondan keçən dəfə niyə gəlməməsinin səbəbini soruşub, cavabında “sən daha gəlmə” deyib, onu qovdu. Səbəb daha çox bəhanə göründüyündən niyə belə etdiyini soruşdum. Cavabı bu oldu ki, özüm qovuram, idmanı öyrənib, bizim uşaqları döyürlər.

Sonra Qarabağ, sonra müxtəlif ölkələrdə erməni fitnələri və bir dəfə də Əhməd Ağaoğlunun memuarlarında ermənilərin Şuşa rus-tatar seminariyasında müsəlman uşaqların başına gətirdiklərini oxudum. Söhbət 19-cu əsrin sonlarından gedirdi. Hələ heç ermənilərin haqqında şivən saldığı 1915 də olmamışdı.

Nəhayət, Kaliforniyada baş verənlər. Bu hadisə bir daha göstərdi ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq, erməni xisləti dəyişməzdir və onların bizə nifrəti genetikdir. Bunu anlamamaq sadəlövhlük, anlayıb inkar eləmək isə nadanlıq və satqınlıqdır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*