ETİBARSIZ SEÇKİLƏRƏ ETİBARSIZ BÜLLÜTEN!!!

PAYLAŞIN

SEÇİCİ HAMIDAN BEZİB VƏ HAMIYA “YOX!!!” DEYİR.

Aydın Ş-3Aydın ŞÜKÜR

Əslində real seçici çoxluğu hamıdan bezib və Hamıya YOX deyir. Sadəcə olaraq bunu rəsmiləşdirib, xalqın başına seçki oyunu açanlara ciddi dərs vermək olar. Seçkilərin nəticəsinə təsir etməsə də, xalqın həmrəyliyinə təsir edər.Heç olmasa bir məsələdə həmrəylik nümayiş olunar.

Səsverməyə gedib, bütün bülletenin üzərindən çarpaz xətt çəkməklə, etibarsız rejimə etibarsız bülleten təqdim edək. Mənası, bu rejimə , fotoda əllə göstəriləni anladaq. Heç olmasa seçkidə hamıya YOX deməkdə həmrəy olmağa cəhd etmək olar.

Bülletenlər bizim şəxsi məsələmizə aiddir və onunla necə istəsək davrana bilərik.Məsələn, şüarlar da yazmaq olar, karikatura da çəkmək olar, vətənə , millətə , dövlətə aid şerlər də yazmaq olar, nəhayət “seçkini” keçirənlərə dürüst seçki keçirməsi haqqında qısa müraciət də olar və o cümlədən “seçki işini” aparan bütün komissiya üzvlərinə və s. Hətta onlara dürüst olmaları üçün and da vermək,  “X” formalı xətt də çəkmək olar.Təki bizim şəxsi məsələmizə aid olan vasitədən və mənəvi vəsaitdən əyri əllər əyri yollara, xalqın bütövlükdə əleyhinə olan yollara istifadə edə bilməsin. Etibarsız seçkilərə, etibarsız bülleten ! Nəticəsi məlum olan məsələ də olsa , xalq həmrəyliyi göstərməyə bir şansdır.

ETİBARSIZ BÜLLETEN

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*