FəFƏRƏMƏZ MAQSUDOV BU GÜNKÜ HAKİMİYYƏT ÜÇÜN HANSI FƏDAKARLIQLARI GÖSTƏRİB!!!(???)

PAYLAŞIN

“ELƏ BİL, BU ADLI ELM ADAMI OLMAYIB, YOXDUR”!!!

Azərbaycanın elmi içtimaiyyətinə

M Ü R A C İ Ə T

Bu gün Azərbaycanın elm xadimlərinin adına mükafatların təsis edilməsi haqda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə tanış oldum. Elmimizin tərəqqisi işinə böyük töhfələr vermiş alimlərimizin əməyinin qiymətləndirilməsi ilə bağlı atılan bu addımı yüksək təqdirəlayiq münasibət kimi qarşılamaq və dəyərləndirmək hər birimizin vətəndaş olararaq mənəvi borcudur. Ölkəmizə qürur gətirən korifey elm xadimlərini başımızın üzərində saxlamalı və onların qədir-qiymətini uca tutmalıyıq. Bu şəxsiyyətlər həm də xalqımızın gələcəyi deməkdir. Buna görə MEA-nın Rəyasət Heyətinin bütün üzvlərinə bir azərbaycanlı olaraq təşəkkürümü ifadə edirəm.

Ancaq, yeri gəlmişkən, ağrıverici bir məsələnin üzərindən sükutla keçə bilmədiyimə görə bu müraciəti yazmalı oldum. Mümkündür ki, fikrimlə razılaşmayanlar olsun, hətta elmi sahənin adamı olmadığımı əsas tutub, müdaxiləmi yersiz saysınlar. Eybi yox. Amma ölkədə heç bir sahə vətəndaşın üzünə qapadıla bilməz… Yəqin elmi içtimaiyyət Fərəməz Maqsudovu xatırlamamış deyil. Demək olar ki, onun bütün həyatı Elmlər Akademiyası ilə bağlı olmuş, uzun illər bu elm məbədinə rəhbərlik etmişdir. Saysız-hesabsız yetirmələri olan akademik Maqsudov sanki unudulub, yaddan çıxıb. Onun elmi sahədəki ugurlarını mütəxəssislər daha yaxşı bilər. Akademiya prezidenti kimi də yəqin xidmətləri az olmayıb. Lakin elə bil bu adlı elm adamı olmayıb, yoxdur. Nə yada salan, nə xatirəsini anmaq üçün, kiçik də olsa, bir tədbir keçirib ruhu şad edilir. Ədalətli münasibət deyil. Nəzərə alınsa ki, ailəsi hansı faciəli hadisənin qurbanı olub, bu da indikilərin bir qədər mütavazi münasibətini tələb edir. Hələ onu demirəm ki, vaxtı ilə Fərəməz Maqsudov bu günkü hakimiyyət üçün hansı fədakarlıqları göstərib. Halbuki, bəzi elm idarəçilərin az olmayan bir qismi Heydər Əliyevlə düşməncəsinə davranırdı. Dünya dağılmazdı ki, o mükafatlardan biri də akademik Fərəməz Maqsudovun adına təsis edilsəydi. MEA-sı bu cür məsələləri razılaşdırmadan icra etmək cürətində deyil. Prezident aparatında isə Maqsudova rəgbəti olmayanlar bu gün də söz sahibidirlər…

Eldar SABİROĞLU

 

————————————————————————————

P.S.

Açığı, Eldar Sabiroğlunun bu qayğısını anlamağa çalışsam da, bir türlü başa düşməkdə  zorlandım. Adam kəndinə yapılan müamilədən hələ də dərs almamış kimi görsənir. Bir də, Heydər Əliyevin ağır günlərində fədakarlıq edərək, onun ətradına ətdən divar çəkmiş kişilərdən, ona zor günlərində çiyindaşlıq etmiş insanlardan kimin özü və ya adı anılır ki? Bu arada, Eldar müəllimin özündən  belə mən yaxşı tanıyırdım o kişiləri, ki, bir tərəfdən kommunistlərin, o biri tətəfdəndən də  cəbhəçilərin amansızca təqib və təzyiqlərinə mərdanəliklə sinə gərərək, Heydər Əliyevin uğuruna açıq mübarizə aparan çoz az sayda adamlar vardı və o zaman meydanda olan cəmi 70 kişidən biri də bəndəniz idi. 91-lər-falan artıq sonrakı söhbətdi. Ki, onda artıq hər şey bəlliydi və artıq kababın qoxusu bütün ölkəni bürümüşdü…

YAP-ın məşhur “91-lər”i Heydər Əliyevlə

Nə isə… ama yenə də Eldar müəllimin kəndisi bilər, əgər Fərəməz Maqsudovun xatirəsini bu cür anmaq istəyinsə, istəsin. Daldan atılan daş misalı buldum onun bu yazısını və dərcinə də o səbəbdən qərar verdim…

Sərdar ƏLİBƏYLİ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*