“FİLOSOF “MƏN PREZİDENTƏ SADİQƏM” SÖYLƏMƏZ” !!!

PAYLAŞIN

Fb-NİN GÜNDƏMİNDƏN 

Fəlsəfə gündəliyi:

Filosofun sevgisi və nifrəti

Fəlsəfə Göyləri də, Yeri də, Allahı da, dinləri də, elmin özünü də, ideologiyaları da, liderləri də, ənənələri də, mentaliteti də, hüququ da, dövləti də, cəmiyyəti də, həyatın özünü də, insanı da, mədəniyyəti də, tarixi də, bütün yaradılışları, yaradılşın anlamını, qayəsini, evrəni, bütün görünəni və görünməyənləri, heçliyi də, varlığı da, sonlu ilə sonsuz olanı da, ən əsası filosofun özünü belə sorğular. Fəlsəfə şüurun yoxluqdan varlığa, varlıqdan yoxluğa uzanan yolda var-gəl etməsidir. Sonlu olanla sonsuz olanın arasında mənəvi-idraki feyz almaqdır.

Fəlsəfə nə Allaha, nə dinlərə, nə siyasi sistemlərə, nə liderlərə, nə prezidentə, nə ideolojilərə “sadiq ol”, “boyun əy”, “tabe ol” söyləməz. Filosof bütün bu qavramlara gülər keçər. Filosof “mən prezidentə sadiqəm” söyləməz. Prezident filosofu idarə edə bilməz, lakin filosof onlarla prezidenti idarə edə bilər. Filosof bir partiya içinə sığmaz, bir partiyanın zombiləşmiş “sadiq” üzvləri filosofu sədaqətsizliklə, ikiüzlülüklə suçlayamaz. Filosofu suçlayan, cəzalandıran cəmiyyət özü suçlu cəmiyyətdir. Filosof cəmiyyətə tabe olmaz, hər zaman hər yerdə təkdir. Tənhalığın bütün iztirabları onun idrakını şölələndirər. Filosof lideri və prezidenti işığa da çevirə bilər, qaranlığa da. Xeyirə də çevirə bilər şərə də. Lakin prezidentlər “var olandır”, filosof özü daşıdığı bütün bilik və mənalarla bir heçlikdir.

Filosof ideyalarla oynayan oyunçu, ideyalarla yaşayan ruh adamıdır. Yalnız Haqqa tapar, lakin Haqq özü də nisbidir. Filosof İnsanların yaratdıqları bütün nəsnələrin sonlu və qüsurlu olduğunu bildiyi üçün Tanrıların yanlışlarını, dinlərin yalanlarını bilər və anlayışla qarşılar.

İnsanlar Tanrı adında çox böyük oyuncaq düzəldib onunla oynayırlar və bu oyunda əqli və fiziki baxımdan olğunlaşırlar, siyasi və hüquqi fərdə çevrilirlər. Dinləri yaradırlar və Tanrının adından danışırlar. Filosof Tanrı yaradan İnsanı da, Tanrılar adından danışan İnsanı da həm sevər, həm də maraqla izlər. Çünki İnsanın bütün potensiyası və yaradılışının anlamı bu prosesdə açılar. Bu proses İnsanın heçliyə qalib gəlməsi aktıdır. Şəxsiyyət bu prosesdən doğular. Sənət bu prosesdən doğular. Sevgi və gözəllik bu prosesdən doğular.

Filosof bütün sevgilərdən və nifrətlərdən arınmış insandır, bütün sevgiləri və nifrətləri yenmiş və işığa çevrilmiş insandır.

Filosof diktatorlara, heykəllərə, bütlərə tapınan cəmiyyətlərə və xalqlara nifrət edər və onların şüurunun ilkəl çağda qaldığına üzülər və o cəmiyyətdən qaçar. Bəli, filosofların da qaçışı vardır. O, insan fitrətindəki güclüyə tapınmaq ehtiyacının yaratdığı faciələrdən və rəzalətdən qaçar. O bütlərdən, bütpərəstlərdən qaçar. İnsanlara “Qurtuluş” vəd edən bütün siyasi oyunbazlardan, təkkə və şeyxlərdən qaçar. Çünki bilər ki, İnsanın qurtuluşu insanın öz içindəki fitrətdədir, Tanrı insanın öz içindədir.

Dinlər “İnsanı Tanrı yaratdı” – söylər. Fəlsəfə “Tanrını İnsan yaratdı” – söylər. İnsanın yaradılış qayəsi də elə budur. Öz ruhundan Tanrı doğurmaq. Filosof Tanrılara deyil, İnsana tapar. İnsan da bir heçlikdir. Heçlik olduğunu dərk etdiyi üçün Sonsuzluğu aradı və Sonsuzluğu – Tanrını yaratdı.

Müdriklər və peyğəmbərlər hər zaman əxlaqlı olarlar, çevrələrinə sevgi və əxlaq işığı saçarlar.
Filosofun, Fəlsəfənin və elmin əxlaqı yoxdur. Elm və fəlsəfə əxlaq anlayışına sığmaz. Heç bir çərçivə tanımaz. Elmin də fəlsəfənin də “+”, “-” kimi iki əks yükü var. İkisini də inkişaf etdirir. Bu inkişaf içində xeyir də şər də qoşadır.

Bütün bu heçlikləri dərk etdiyiniz halda bir heçlik içinə düşürsünüz. Lakin insanı və həyatı çox sevirsiniz. Filosof Sevgidir, Sevgini sevən insandır. Sizi xilas edən də elə bu sevgidir. Kant nə demiş:

“Mən biliyi azaltdım ki, imana da yer qalsın”.

Sevgi də nifrət də nisbi kateqoriyadır. Zamana, Şəxslərə və şərtlərə görə dəyişər. Nisbi olan hər şey maddə və enerjinin çevrilməsi qanununun zamanda və məkanda əks olunmuş bir anıdır. Hər şey həm vardır, həm də yoxdur. Filosof həm vardır, həm də yoxdur.

P.S.

https://videomin.ru/7/felsefi-sozler-filozoflarin-anlamli-sozleri-3

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


Show Buttons
Hide Buttons
Follow by Email
Facebook