“GƏNGLƏRİMİZ YADDA SAXLASINLAR Kİ, …”!!!

PAYLAŞIN

“YALNIZ ÖZÜNƏ TƏNQİDİ YANAŞA BİLƏNLƏR KAMİLLİK ZİRVƏSİNƏ YÜKSƏLƏ BİLİRLƏR”!!!

—————————————————————–

FB dostluğumda olan, xanım Könül Rafiqqızına

A Ç I Q  M Ə K T U B

Hörmətli Könül xanım salam. Sizi çox fədakar və savadlı bir jurnalist olaraq çoxdan tanıyıram və bir ziyalı və bir vətəndaş  kimi Qarabağ həqiqətlərinin aşkarlanması üçün apardığınız işi yüksək qiymətləndirmişəm. Mən Sizə bu araşdırmalarınızda əldə etdiyiniz məlumatların bir kitab halına salınmasının vacibliyi haqqında söyləmişəm və siz də həmin fikirlə razılaşmış, amma belə bir  maddi imkana malik olmadığınızı söyləmişdiniz. Neynəmək olar, əgər belə bir imkan məndə olsaydı, həmin kitabların bir neçə nəşrini öz üzərimə götürərdim. Ona görə bir neçə nəşrini deyirəm ki, hər dəfə nəşrdən sonra üzə çıxan informasiyaların yenidən cilalanması zərurəti yaranacaq. Mən isə adi bir kənd müəllimiyəm, buna imkanım çatmaz. Vətənini sevən, onun gələcəyindən narahatlıq keçirən lazımı imkana  malik olan admlardan Könül xanıma dəstək olmağı xahiş edirəm.

Könül xanımı həqiqəti axtarıb tapmaq bacarığınına malik bir jurnalist kimi qəbul etdiyimdən, bilmədiyim lazımi   informasiyaları ondan almağa çalışmışam. Onun həqiqətlərinə daha çox etibar etmişəm. Yeri gəlmişkən gənclərimizə onu da məsləhət bilirəm ki, zamanın sınağından üzü ağ çıxmağın ən yaxşı yolu həqiqətin yanında olmaqdır. İlk baxışdan gənclərimiz bunun asan bir yol olduğunu zənn edə bilərlər. Amma burada çətinlik ondan ibarətdir ki,  həqiqəti aşkar etmək o qədər də asan iş deyil.  Xüsusilə siyasi bicliyin az qala sonsuz imkanlara malik olduğu indiki dövr üçün bu lap çətin məsələdir; ətrafda baş gicəlləndirən informasiya bolluğu və bunun da çoxunun sifarişli dezinformasiya olması işin çətin tərəfidir. Həqiqət hardadır?  Çox vaxt ilkin məlumat həqiqət kimi görünür, sonra bu haqqda  ikinci məlumat eşidirsən və əvvəlki nəticələrinə şübhə ilə yanaşırsan, bundan sonra eyni hadisə üçün üçüncü bir məlumat verilir və s. Beləliklə məlumatların sayı artıqca nəticələr də şaxələnir. Amma bütün bunların fonunda bir həqiqət formalaşır ki, o reallığa daha çox yaxın olur. Deməli informasiyanın çoxluğu həqiqətin üzə çıxmasında əhəmiyyətlidir. Ona görə də eyni bir hadisə haqqında çoxlu sayda informasiya əldə etmək həqiqətə daha da yaxınlaşmaq deməkdir.

İnformasiya axtarışı məni, jurnalist fəaliyyəti göstərən və özünün dediyinə görə sənədlərlə işləyən, Laçın Məmişov adlı birisinin ünvanına gətirib şəxardı. Gənc siyasətçilər baxımından kasad olduğumuzdan ona ümüdli gənc kimi baxırdım və təbii ki, FB-də dostluq əlaqəsi qurduq. Amma təəssüf ki, ümüdlərim boşa çıxdı. Belə ki, o əlində olan məlumatlardan bəzən kompramatlar kimi istifadə edirdi. Yazılarımın birində (2-06-2018, 19:17 – Gənclərə məsləhət: Ehtiyatlı olun! “Ovqat.com”) ona bunu xatırlatmalı oldum və iradlarımı bildirdim. Jurnalistlərin əksəriyyəti kimi onun da siyasətlə məşğul olmaq istədiyi hiss olunurdu. Burada da heç bir qəbahət yoxdur, ancaq onun buna gücü çatmayacağı aydın görünürdü. Fikirimcə o “fəlsəfə yoxsulluğu”ndan əziyyət çəkdidiyi üçün natamamlıq kompleksinə malikdir. Gənclərdə natamamlığın olması qəbul ediləndir, amma bunu ardan qaldırmaq əvəzinə, özündən razılıq mövqeyində olmaq cilalanmanı ləngidən bir prossesdir. Yeri gəlmişkən gənclərimiz  yadda saxlasınlar ki, yalnız özünə tənqidi yanaşmağı bacaranlar  kamillik zirvəsinə yüksələ bilərlər.

İnformasiyalarının dəqiqliyinə də məndə şübhələr yaranmışdı. Belə ki, o zaman DİN-in cənubda keçirdiyi iki əməliyyatın eyni vaxta baş verdiyini desə də sonralar öyrəndim ki, bunlar arasında ən azı bir aylıq zaman fərqi olub. Yaxıd da, həbsxanada hansısa insindentə görə Əbülfəz bəyin üzündə şram açılmasını söylədiyi halda, “Azerfreedom”-da bunu demədiyini israr etdi və s. Onda mənə qarşı aqresivlik  baş qaldırmışdı. Amma bunların heç birini dostluq əlaqələrinin pozulması üçün əsas hesab etməmişəm. Yalnız onun Elçibəy şəxsiyyətinə qarşı  işlətdiyi ifadələri qəbul edə bilmədim. Bu daha çox Elçibəy ideyalarına qarşı olmaq, yəni haqqa, ədalətə, əxlaqa tapınmağın lazımsız bir yanaşma olduğunu cəmiyyətə sırımağa çalışmaq   deməkdir. Bizim xilasımız isə Elçibəy ideyalarından keçir, onu hörmətdən salmağa çalışmaq manqurtluqdur. Məhz buna görə onun dostluğundan çıxası oldum. Son zamanlar isə Sizin adınız vasitəsi ilə mənim səhifəmdə görünməyə başlamışdı. Bu isə dostluğumda olanlara mənim onunla həmfikir olduğumu ifadə edə bilərdi. Buna görə müvəqqəti olaraq Sizi dostluqdan çıxarmışam. Üzürlü hesab edin.

Hörmətlə:  Zabil müəllim.

————————————————————————————–

P.S.

Elçibəyin ad günündə yazdığım statusdan:

“Bu gün Əbülfəz Elçibəyin ad günüdür. Həqiqət öz yerini tutduqca onun böyüklüyü daha da dərindən dərk ediləcək. Yəqin ki, əvvəlki illərdən fərqli olaraq o daha çox adamlar tərəfindən yada salınacaq. Arxada qalan illər ərzində bəyə daş atanların sayı azalsa da təəssüf ki, hələ də “qaçıb” ifadəsinə leksikonunda tez-tez yer verənlər tutuquşuluqdan əl çəkmək istəmirlər.
1) O boyda sovet imperiyasının,
2) dünyada ad çıxarmış KQB-nin,
3) erməni qəsbkarlarının,
4)dünyanı fırladan iqtisadi güclərin qabağından qaçmayan Elçibəy, öz xalqının qabağından qaçıb?
Nə qədər gülünc görünürsünüz.
İndiyə qədər “qaçıb” ifadəsinə görə kimisə siyahıma salmamaışam, amma bundan belə o ifadəni işlədənlərlə də heç vaxt razılaşmamışam və razılaşa da bilmərəm.”

————————————————————————————–

Zəruri qeyd:

Yazı bir neçə gün öncə, saytımızda dərc olunmaq xahişi ilə,  Zabil müəllim tərəfindən redaksiyamızın poçtuna göndərilib. Maraqlı tərəflər olaraq, Könül xanım Rafiq qızının və Lacın Məmişovun da, olacaq cavablarını və ya deyilənlərə münasibətlərini dərc etməyə hazırıq.

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*