GÖRÜNƏN JURNALDI, KİNO HƏLƏ QABAQDADI !!!!

BÖYÜK YALANLARA ÇAPAN ÇALANLAR, ZAMANI GƏLİNNƏ O YALANLARI UDMAQ ZORUNDADIR

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————–

Metroda və şərərdaxili avtobuslarda gedişhaqqı qaldırıldı – 30 qəpik. Əslində hökumət və tarif şurası düz eliyir, necə deyərlər, varlığa nə darlıq. “Son 15 ildə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər iqtisadi inkişaf olmayıb” açıqlamasına çapan çalan əhalinin indi etməyə çalışdığı etirazlar, “daldan atılan daş …” təsiri bağışlayır.

Mən demişdim axı, bir məmləkətdə ki BÖYÜK YALANLAR rəsmi statistika səviyyəsinə çıxar, rəsmi statistika isə BÖYÜK YALANLARdan oluşarsa, olacaqlara qatlaşmaq vacibiyyəti yaranır.

Hlə bu harasıdı, qabaqda soyuq payız və sərt qış dönəmləri var. Növbəti devalvasiya və infilyasiya, eləcə də digər enrtji daşıyıcılarının qiymət artımı qapları döyməkdədir, hətta işlər defolta qədər vara bilər. İndi tək ümid kəmərləri sıxmağa və onsuz da qısıdlı olan ailə büdcələrinin bir az da qısıdlanması ola bilər. Dünən Böyük Yalanlara çapan çalmağın bədəli, bu gün və sabah o yalanları udmaqdı, o qədər !!!!!!!!!!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*