“GÖYÜN AĞLADIĞI, DƏNİZİN YUDUĞU RƏŞAD” !!!

PAYLAŞIN

“DƏNİZLƏRİ AŞ DA, GƏL, KURBAN OLAYIM” !!!

F-b-NİN GÜNDƏMİNDƏN

Besti ISMAYİLOVA

Tərtər şəhər 2 saylı məktəbin müəllimi

21 avqust 2019

“Bu gündən qağayılar dəniz üzərində bir Rəşad, Rəşadət, Rəşidlik şarkısı oxuyacaq…”

Mütləq adının mənasını bilirmiş! Rəşad-doğru yol, düşüncəlilik, fərasətlilik!!! Rəşadət-igidlik, qoçaqlıq, rəşidlik! Pilot! Hər kəsin Rəşadət edə bilmədiyi bir peşə. Hər kəsin fərasət və igidlik göstərə bilmədiyi bir sənət!

Amma sən adını göylərə yazmış birisən… Ruhunu sulara tapşırmış birisən. Bir şarkı var – Dənizləri aş da gəl, kurban olayım! Sənin cəsədinin tapılmasına qurbanlar deyildi! Çünki Rəşadın ölüsü də gözəldir, – dedik!

Markesin bir əsəri var – “Dünyanın ən gözəl ölüsü”… O ölü də dənizdən tapılmışdı..Onu da qadınlar hüznlü mahnı oxuya-oxuya üstündəki yosunları, mamırları təmizləyir.., sonra içlərini çəkib deyirdilər-dünyanın ən gözəl ölüsü. Bax o sənsən, Rəşad Atakişiyev! Dünyanın Rəşadı, Rəşidi, Rəşadəti!!

Tələbə vaxtı bir filmə baxmışdıq-“ Qum karxanasının generalları”. Orda da gözəl bir qız vardı… Meyitini bəzəyib suya buraxdılar..”Ah Dora! Dora! Bu gündən qağayılar dəniz üzərində bir Rəşad, Rəşadət, Rəşidlik şarkısı oxuyacaq.., buna əminəm.

Göyün ağladığı, dənizin yuduğu Rəşad! O yaralı ayağını torpağa bas! Rəşadətin mübarək!

Səni Tərtərə bağlayan bağlar var. Bir tərtərli kimi bu RƏŞADƏTİN, RƏŞADIN DƏNİZ RUHU QARŞISINDA BAŞ ENDİRİRƏM… Hamımızın sevimlisi, əzizi, Rəşidi, Rəşadı…

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*