“HƏR KƏS ÖZ ƏMƏLİNİN CAVABINI VERƏCƏK – GEC, YA DA TEZ…” !!!

PAYLAŞIN

“Faktiki olaraq 5 dəfə qalib gəlməyimə baxmayaraq MSK-nın nəticələrinə görə parlament seçkilərində 5 dəfə ikinci yerdə qalmışam. Amma heç kəsin haqqını yeməmişəm və kimsə qarşısında vicdan borcum yoxdur.”

————————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN

İlahi ədalət və Rəfail Cəbrayılovun aqibəti…

1. 1995-ci ildə 22 saylı Binəqədi-Nəsimi seçki dairəsində parlament seçkilərində qalib gəldim. Ölkənin bütün seçki dairələrində nəticələri elan etdilər, bizim seçki dairəsindən başqa. Əlimdə 38 seçki məntəqəsinin 33-nün rəsmi protokolları var idi. Qalan 5 seçki məntəqəsinin səsləri yekun nəticəyə təsir edə bilmirdi. Yalnız iki həftədən sonra Prezident aparatının İşlər müdiri Akif Muradverdiyevi “qalib” elan etdilər. Sonrası o oldu ki, Muradverdiyev iki dəfə həbsxana həyatı yaşamalı oldu.

2. 1996-cı ildə 21 saylı Binəqədi seçki dairəsində təkrar seçkini böyük fərqlə uddum. Hakimiyyət səslərimi 49,6 faizə endirdi. MSK təkrar seçki elan etdi, ilk turda sonyncu yeri tutan YAP-çı Toğrul İbrahimlini ikinci tura keçirdi və nəticədə onu “qalib” elan etdi. Toğrul dünyasını dəyişib, ona görə əlavə heç nə demirəm.

3. 2000-ci ildə yenə həmin seçki dairəsində o vaxt Azərsunun prezidenti olan indiki MM sədri Oqtay Əsədov haqqımı yedi, seçki günü bütün vəkillərimi, digər nümayəndələrimi həbs etdirdi. Nəticədə onu “qalib” elan etdilər. Sonrası o oldu ki, səsləri Moskvadan çox biyabırçı şəkildə gəldi, bir qəpiklik hörməti qalmadı.

4. 2006-cı və 2010-cu illərdə Binəqədinin 9-cu seçki dairəsində Rəfail Cəbrayılovla qarşılaşmalı oldum. O, Oktay Əsədovun adamı, şəriki qismində seçkilərə qatılmışdı. Adamın həyasızcasına açıq-aşkar maşınların baqajından pul paylamasını, bu səbəbdən də onun seçkidən kənarlaşdırıldığını YAP-ın İcra Katibi Əli Əhmədov televiziya ekranlarından elan etdi. Nəticədə Rəfaili “qalib”, məni də 2-ci yerdə olan kimi elan etdilər. Xüsusən ikinci dəfə yüksək səslə çox “xoruz-xoruz” danışırdı. Aqibəti göz önündədir. Mandatı əlindən alındı, özünün də çolpa kimi yolunacağı gözlənilir…

5. 2015-ci ildə yenə 9-saylı seçki dairəsində bir idarədə təsərrüfat işləri ilə məşğul olan təsadüfi adamı “deputat” elan etdilər. Mən isə ənənəvi olaraq 2-ci yerlə kifayətlənməli oldum.

Belə götürəndə, faktiki olaraq 5 dəfə qalib gəlməyimə baxmayaraq MSK-nın nəticələrinə görə parlament seçkilərində 5 dəfə ikinci yerdə qalmışam. Amma heç kəsin haqqını yeməmişəm və kimsə qarşısında vicdan borcum yoxdur.

İlahi ədalətə inanıram. Xeyirin şər üzərində qalib gələcəyinə də. Hər kəs öz əməlinin cavabını verəcək! Gec ya tez…

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*