“HƏR YANDA BAYRAM HAVASI, DUR GEDƏK …

MİLLİ SABUN GÜNÜ VAR – MİLLİ MAZ BAYRAMI VAR…

HƏM SIĞAL BAYRAMI VAR, HƏM DƏ PAZ BAYRAMI VAR !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bayram çoxdu, çox şükür,
Bahar-yaz bayramı var.
Zurna-qaval-nağara,
Qarmon, saz bayramı var.
Xanımlardan bəylərə,
İşvə naz bayramı var.
Süpürgə bayramı var,
Xəkəndaz bayramı var.
Heç nə yaddan çıxmayıb,
Nöyüt-qaz bayramı var.
Vedrə, qazan, aftafa,
Unitaz bayramı var..
İldə 3-4 dəfə də,
İmtiyaz bayramı var.
Həm sığal bayramı var,
Həm də paz bayramı var.
İçimizdə böyüyən,
Etiraz bayramı var..
Köhnə hamam bayramı,
Köhnə tas bayramı var.
Zəfər bayramı yoxdu,
Ancaq yas bayramı var.
Milli sabun günü var-
Milli maz bayramı var…

 

 

1 Comment

Leave a Reply

Your email address will not be published.


*