“Hadı Rəcəbli hansı mənəvi göstərici ilə …” ???!!!

PAYLAŞIN

Zümrüd YAĞMUR

Zahidə Yağmur
“Günah müəllimin özündədi, Hadı Rəcəbli kimi birini boynuna mindirib, ona qanad verəndə, onu deputat etmək üçün seçki dairəsində saxta bülletenləri, bu adamın adına qutuya tökəndə, belə biri də özünü bir şey zənn edəcək təbii…”

 

“GÜNAH MÜƏLLİMİN ÖZÜNDƏDİ …” !!!

 “Amma baxırsan ki, Azərbaycandasan…”

Əminəm ki, Hadı Rəcəbliyə də deputat maaşı çatmır, o da kənar işlərlə məşğul olur. Məsələn, kimdənsə rüşvət alıb işə düzəldib dəllalıq edir. İndi də öz təcrübəsini müəllimlərlə paylaşıb. Dolana bilmirlərsə, işdən sonra gedib başqa işlərlə məşğul olsunlar. 

 

Hadı Rəcəbli
“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”

Ancaq Hadı Rəcəbli bir şeyi nəzərdən qaçırıb. Müəllimin deputat kimi hamıya yarınmaq, istədiyi qapıda saatlarla gözləmək, hamının üzünə irişmək kimi bir qabiliyəti yoxdursa, o, başqa işlə məşğul olsa da, yaxşı qazanc əldə edəbilməz. Bir də siz, müəllimləri seçkidən seçkiiyə “başqa işlə” təmin edib hörmətdən elə salmısınız ki, onlara başqa iş verən də olmaz.

Müəllimi yalançıya, ələ baxana, saxtakara çevirib, indi də ona dolanmağın yollarını öyrətmək əvəzinə, zəhmət çəkib maaşlarını qaldırın. Olimpiya oyunları keçirib, Aztv-də təriflənmək, ucuz və kimsəyə lazım olmayan reklamlara görə, ölkənin pullarını dağıtmaq əvəzinə, müəllimin dolanışığını düzəldin.

Amma sizin nəyinizə lazım müəlimin dolanışığı… Müəllim yaxşı maaş alarsa, bəs seçkidə bir az pul verib kimə atdıracaqsınız saxta bülletenləri?!

Bir də, Hadı Rəcəbli hansı mənəvi göstərici ilə müəlimə məsləhət verir?

Günah müəllimin özündədi, Hadı Rəcəbli kimi birini boynuna mindirib, ona qanad verəndə, onu deputat etmək üçün seçki dairəsində saxta bülletenləri, bu adamın adına qutuya tökəndə, belə biri də özünü bir şey zənn edəcək təbii…

Hadı Rəcəbliyəsə mənim də bir təklifim var. Bu seçki ilində qəzadan bir şey olsa, deputatxanadan bir yer qapa bilməsə, onda özünü versin 20 Yanvar tərəfə…

… Orda dilənçilər çox olur…

Qeyd…

İndiyə qədər heç vaxt ədəb qaydalarını aşmadım. Amma bu yazıda aşmalı oldumsa, oxucumdan üzr istəyirəm.
Çünki insan içindəki diksintini sakit ifadə edə bilmir. 
“Daha bu qədər də həyadan yoxsun olmaq olmaz axı” – deyirsən…

Amma baxırsan ki, Azərbaycandasan…

 

1 Comment

  1. Günah hadi receblide deyil. Günhakar xalq özü, vetendashlardir . Pul verib diplom alanda, saxtakarliq edende , qadinli kishili hara geldi saxta bülleten soxub qutuya atanda bele olacaq. Eyer müellim özünü alchaldirsa,eyer vetendash öz tarixine tarixi shexsiyyetlerine ,dinine yalan, alchaldici münaisbet besleyrise? hadiler, ilhamlar ne etsin? 92-93 -de milli pulumuz dövriyeye buraxildi. Millet ne etdi? öz menevi seviyyeisni gösterdi , pul vahidini , bir manat ,behs manat ve s. yox, bir mmemed, besh nizami, sekkzi qiz qalasi, ,on shirvan ve s. deyib onu alchadib gülüshe hedef ederek tehqir etdi.Bu hemen milletdir ki Sovet puluna (rubl) ezizleye -ezizlyei bir manat ,üch manat ve s. deyirdi.Bir defe de olsun onun üstündeki shekile kreml, Lenin ve s. uygun olaraq adlandirmadi. Bu millet ferxr edirdi ki o birinci on mamed dedi.Bu millet ferx edirdi ki öz prezidentine hamidan evvel o kechibey dedi. Ve indi bu ölkenin birinci növbede müellimi ona qarshi edilen reftari haqq edir. yalanchi ,yaltaq ve qorxaqlara ne edilse azdir. Feriq yoxdur bir ferd olsun ya böyük bir xalq, millet ,ölke.

Leave a Reply

Your email address will not be published.


*