“Hakimiyyət  Şəhidlərimizi yad etmək əvəzinə, bu işğalın müəlliflərindən biri olan Primakovun yübiley tədbirləri keçirmək üçün imkan yaradır.”

PAYLAŞIN

Primakovun 90 illiyi qeyd edilməsi Şəhidlərimizin ruhuna, xalqımıza təhqirdir

 

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASININ

B Ə Y A N T I

Erməni faşistləri son iki əsr ərzində “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə Azərbaycan torpaqlarını işğal edib, xalqımıza qarşı  deportasiya və soyqırım həyata keçiriblər. Bu təcavüzkar siyasətin son nəticəsi olaraq Azərbaycanın qədim torpaqları olan  Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olundu. Bu işğalın və həmçinin 20 Yanvar faciəsinin müəlliflərdən biri Yevgeniy Primakov olub. 20 Yanvar 1990-ci ildə Bakıya qoşunların yeridilməsi məhz Primakovun tələbi və rəhbərliyi altında keçirilib.

29 oktyabr 1993-cü ildə Vətənimizin gözəl məkanlardan biri olan Zəngilan işğal olub. Hakimiyyət  Şəhidlərimizi yad etmək əvəzinə, bu işğalın müəlliflərindən biri olan Primakovun yübiley tədbirləri keçirmək üçün imkan yaradır.

ALDP olaraq, dünən, 29 oktyabr tarixində, Bakıda Primakovun 90 illiyi qeyd edilməsini Şəhidlərimizin ruhuna, xalqımıza təhqir kimi qiymətləndiririk.

ALDP bir daha hakimiyətdən bütün sülh danışıqlarına son qoyulmasını və işğal olan torpaqlarımızın erməni separatçılarından azad olunması üçün anti-terror əməliyyatlara başlanmasını tələb edir.

ALDP Mətbuat Xidməti

30.10.2019

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*