HAKİMİYYƏTDƏ “BOLŞEVİK”- “MENŞEVİK” BÖLGÜSÜ AÇIQ MÜSTƏVİYƏ KEÇİR

PAYLAŞIN

FƏZAİL AĞAMALI İLƏ AYDIN QULİYEV BİR-BİRİNƏ GİRDİ…

VƏ YA, BAŞ REDAKTOR DEPUTATI NƏ İLƏ VƏ NİYƏ ŞANTAJ EDİR!!!

Hkimiyyətin daxilində parçalanmalar və bölünmələr artıq adi gözlə belə görünməkdədi. İndi “bolşevik”lərlə “menşevik”lər hakimiyyət koridorlarını savaş meydanına çevirriblər və şıdırğı “kim-kimi” davası gedir. Bu arada  Fəzail Ağamalı KİVDF-ni kəskin tənqid edən müsahibə verib, Aydın Quliyev isə onu şantaj edən staus paylaşıb. Əslində məsələnin mahiyyətində alayı məqsədlər, mənasında ayrı məqamlar var. 

“Bolşevik” cinahından gələn hücuma  “menşevik” tərəfinin cavabı özünü çox gözlətməyib. Aydın Quliyevin qurduğu cümlələrin gücünə baxın hələ, adəta ölümünə vurulmuş zərbələr misalı cümlələrdi:

“Deputat Fəzail Ağamalı Prezidentin tezislərindən qərəzli və dövlətçiliyə ziyanlı nəticələr çıxartdı.Deputat Fəzail Ağamalı Prezidentin tezislərindən qərəzli və dövlətçiliyə ziyanlı nəticələr çıxartdı…

O,  az əvvəl “buynuzunu medianın çomağına sürtdüyü “üçün elə medianın özündən öldürücü zərbə almış deputat həmkarının miskin durumundan isə nəticə çıxarmadı.”

… və nəhayət:

“… Fəzail Ağamalı Prezidentin uğurla icra olunan layihəsinə şər atmaqla kimlərə, nəyə xidmət edir?
Prezident cənabları bu günlərdə biznesə qanunsuz dəstək verərək monopoliya yaradan və reketçi media ilə çirkin alyans quraraq islahatlara təxribat edən iki şərti qrup məmurlardan danışdl,əslində xalqın ürəyindən xəbər verdi. Fəzail Ağamalı özünün bu qruplardan hansı ilə bağlı olduğunu araşdırmamıza böyük təkan verdi… Araşdırmalara başladıq…”

Əslində, Aydın Quliyevin KİVDF-nin müdafiəsinə  4 əli, 8 ayağı ilə qalxması, əlbəttə ki, başa düşüləndir. Adam tayfa-toluğunun neçə-neçə üzvlərini bu fondun xətti ilə mənzillə təmin edib və qismət olursa,  KİVDF xətti ilə ev təşkil etməyi düşündüyü nə qədər  qohumu-qəbiləsi var hələ. Kvartalda bir, bayramlar arası aldığı 10 minlərlə qazanılmamış manatlar da öz yerində….

Bütün hallarda söhbət hakimiyyətin daxilində alovlanan ölüm-dirim davasından gedir və görünəni o ki, ilin sonunacan qan gövdəyə çıxacaq, çox kəllələr meydanda qalacaq…

Millətimiz və dövlətimiz üçün Allahdan xeyirlisi. !!!!!!!!!!!!!

————————————————————————————————

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

Deputat Fəzail Ağamalı Prezidentin tezislərindən qərəzli və dövlətçiliyə ziyanlı nəticələr çıxartdı..

Fəzail Ağamalı az əvvəl “buynuzunu medianın çomağına sürtdüyü “üçün elə medianın özündən öldürücü zərbə almış deputat həmkarının miskin durumundan isə nəticə çıxarmadı.
Adam başdan ayağa yalan,qərəz və qisasalma motivləri ilə Azərbaycan Prezidentinin yanında bütün dünya üçün unikal bir model kimi yaradılmış KİVDF-nin fəaliyyətinin üstündən “Ana Vətən Partiyasının üzündən də qara “rənglə xətt çəkməyə ,qaralamağa çalışıb.
Bu gün Azərbaycanda çap olunan qəzetlərin 100 faizi (yəni bir qəzet kənarda deyil)dövlətçiliyin yanında tərəddüdsüz mövqe tutubsa ,elə bu, Fəzail müəllimin bəd niyyətlərdən torlanmış fəhminin görmək istəmədiyi KİVDF-nin böyük nailiyyəti və Prezidentin özünü doğruldan layihələrinə bariz nümunə deyilmi?Fəzail Ağamalı Prezidentin uğurla icra olunan layihəsinə şər atmaqla kimlərə, nəyə xidmət edir?

25 illik özünü doğrultmayan və hakimiyyətə “ayı xidmətindən başqa “mənası olmayan deputatlıqdan sonra mandatı bu dəfə itirmək kimi təhlükə qarşısında hakimiyyət şantajmı olunur? KİVDF-ni “ağ yuyub qara sərdiyi “müsahibədə “deputat kimi fəaliyyətim göz qabağındadır”xatırlatmasını araya salıb deməkdə xeyir ola?Deputat kimi guya “göz qabağında olan “işlərini gözə soxmağa çalışan deputat “gözlər qabağında olmayan”işlərindən niyə danışmır?Bunu haqqı-sayını yerə vurduğu insanların etməyini istəyirsə,neynək olsun,hər söz sahibi öz sözünü götürəcək yəqin…

Qeyri -şəffaf prinsiplərlə dəstəklədiyi hansısa jurnalistə ev verdirmək planları baş tutmayıbsa,burada çıxış yolu cənab Prezidentin yaratdığı və fəaliyyət konsepsiyasını da özünün verdiyi KİVDF-ni qaralamaq deyil…

KİVDF-nin başqa bir sıra ləyaqətli deputatların da iştirak etdiyi təqdimat-bayram mərasimlərindən kənarda qalmağa görə də çıxış yolu qisas və böhtan atmaq deyil…
Prezident cənabları bu günlərdə biznesə qanunsuz dəstək verərək monopoliya yaradan və reketçi media ilə çirkin alyans quraraq islahatlara təxribat edən iki şərti qrup məmurlardan danışdl,əslində xalqın ürəyindən xəbər verdi.

Fəzail Ağamalı özünün bu qruplardan hansı ilə bağlı olduğunu araşdırmamıza böyük təkan verdi…Araşdırmalara başladıq…

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*