“HAKİMİYYƏTİ HARDASA BAŞA DÜŞMƏK OLUR, AMMA MÜXALİFƏTİ YOX” !!!

PAYLAŞIN

Fuad ƏLİYEV:

“AXH MÜXALİFƏTDƏ OLAN HEÇ BİR TƏŞKİLATA ALTERNATİV DEYİL” !!!

“AMALIMIZ AZƏRBAYCANDA DEMOKRATİYANIN BƏRQƏRAR OLMASI,  DEMOKRTİK CƏMİYYƏTİN QURULMASIDIR”!!!

——————————————————————————-

Müsahibəmiz Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

——————————————————————————-

– Fuad bəy, Azərbaycan Xalq Hərəkatı ətrafında söz, söhbətlər səngimir. Yaranan gündən hakimiyyət AXH üzvlərinin  həbsinə təşəbbüs göstərir və müxtəlif formada onlara təzyiqlər edir, digər tərəfdən də müxalifətin digər kəsimi tərəfindən, yeni yaranan müxalif güc mərkəzi ilə bağlı tənqidi fikirlər səsləndirilir. Hakimiyyəti hardasa başa düşmək olur, amma müxalifəti yox. Sizcə bu nə ilə bağlıdır?

– Müxalifət partiyalarının əksəriyyəti AXH üzvləridir. AXH-dən kənarda qalan iki, üç partiyanın Hərəkata qarşı tənqidi fikirlər söyləməsinə rast gəlməmişəm. “Tənqidi” deyilən fikirləri hakimiyyətə yaxın media və sosial şəbəkələrdə hakimiyyətin trolları yayır. Güya AXH kimlərəsə alternativ yaranıb. Bir daha qeyd etmək istəyirəm ki, Hərəkat müxalifətdə olan heç bir qüvvəyə alternativ deyil və niyə də olsun. Bizim amalımız birdir – Azərbaycanda demokratiyanın bərqərar olması, demokratik cəmiyyətin qurulması.

– AXH Qarabağ Komitəsini yaratdı. Bu da öz növbəsində digər Qarabağ Komitəsinin alternativi kimi qələmə verildi və onlar tərəfindən qısqancla qarşılandı.

– Dostlarımız bunu belə qəbul etdilər, amma AXH Qarabağ Komitəsi o Komitəyə alternativ kimi yaranmayıb. Komitə AXH strukturlarından biridir. Hərəkatda bundan başqa Hüquq, Sosial və Beynəlxalq əlaqələr Komitələri yaradılıb. Qarabağ Komitəsi də sonuncu yaranan komitədir. O ki, qaldı dostlarımızın iştrak etdiyi Qarabağ Komitəsinə, bizim partiya da oranın üzvü olub. Biz hesab etdik ki, əgər biz AXH-də varıqsa və orada Qarabağ Komitəsi yaranıbsa, onda bizim Qarabağ Komitəsində qalmağımız məntiqsiz olur.

– Deməli siz Qarabağ Komitəsindən istefa verib AXH Qarabağ Komitəsinə üzv olduz?

– Birincisi, biz AXH Qarabağ Komitəsinə üzv olmadıq, AXH-yə üzv olduğumuza görə avtomatik Komitənin üzvüyük. İkincisi,  bu situasiyada “istefa” sözünü işlətmək məncə düz deyil. Sadəcə orada öz fəaliyyətimizi dayandırıb bu Komitədə davam etdiririk.

– Mətbuatda belə bir fikirlər səsləndi ki, Qarabağ Komitəsi üzərində bir əməliyyət keçirildi və məqsəd onu dağıtmaqdır.

– Hesab edirəm ki, bu cəfəngiyyatdır. Amma hər bir təşkilatda fikir ayrılığı ola bilər, problemlərin həlli yolları müzakirə ediləndə müxtəlif baxışlar ola bilər. Bu, normal bir haldır. Misal üçün hörmətli Akif Nağının rəhbərlik etdiyi QAT-ın Qarabağ Komitəsindən qabaq verdiyi qərarlar daha cəsarətli olub. QAT Komitənin üzvü olmayanda icazəsiz piketlər və aksiyalar keçiridilər. Özü və üzvləri həbs olunurdular. İndi isə məcburdu çoxluğun verdiyi qərara tabe olmaq zərurəti var. Bu da normaldır, azlıq çoxluğun verdiyi qərara tabe olmalıdır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*